gözətçi sözü azərbaycan dilində

gözətçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gözətçi • 94.2251%
  • Gözətçi • 5.7018%
  • GÖZƏTÇİ • 0.0731%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gözətçi qülləsi
Gözətçi qülləsi, növbətçi və ya mühafizəçinin ətrafı müşahidə edə biləcəyi yüksək və təhlükəsiz bir yerdə tikilmiş bir istehkam növüdür. Normal qüllədən hərbi istifadəsi ilə fərqlənir. Gözətçi qüllələri fiziki təhlükəsizlik və ya yanğın riskinə qarşı meşə sahələrini müşahidə altında saxlamaq kimi tamamilə mülki vəzifələri də yerinə yetirə bilər. Bu gün ərazidə işçi heyətinə ehtiyac olmadığı üçün, gözətçilik işini ətrafında fırlanan bir müşahidə kamerası həyata keçirdir.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gözətçilər (teleserial, 2019)
Gözətçilər (ing. Watchmen) — Alan Mur və Deyv Qibbonsun eyniadlı "DC Comics" məhdud seriyasının personajlara əsaslanmış ABŞ superqəhrəman teleserialı. Teleserial Deymon Lindelof tərəfindən "HBO" telekanalı üçün yaradılmışdır. Lindelof həmçinin, teleserialın icraedici prodüseri və ssenaristidir. Teleserialın birinci mövsümü doqquz seriyadan ibarətdir. Teleserialda təsvir olunan hadisələr ABŞ-da, alternativ bir müasir reallıqda cərəyan edir. Burada superqəhrəmanlar və maskalı vidjilantelər zorakı tətbiq üsullarına görə qadağan olunublar, ancaq onlardan bəziləri bir araya toplaşaraq inqilab etmək istəyirlər. Lindelofa görə, teleserial orijinal materialın birbaşa adaptasiyası yox, daha çox "remiks" edilmiş bir versiyasıdır. Lindelof çalışmışdır ki, orijinal süjet xəttinin gerçəkləşdiyi bir dünyada tamamilə yeni bir hekayə təsvir olunsun. Teleserial həmçinin, müxtəlif nöqteyi-nəzərlərə toxunsun.
Meşə gözətçisi
Meşə gözətçisi - dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər. == Meşə gözətçisinin vəzifələri == Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı - tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var. Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir. Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur. Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir. Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehlik daşıyır və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.03 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••••••••••••••••• 9.05
2004 •••••• 2.70
2005 •••••••••• 4.72
2006 ••••••••• 4.50
2007 ••••••• 3.59
2008 •••• 1.71
2009 ••••••• 3.36
2010 ••••••••• 4.36
2011 •••••••• 3.69
2012 •••••••• 3.87
2013 •••••••••••• 5.69
2014 ••••••••••••••••• 8.58
2015 ••••••• 3.23
2016 ••••••••••• 5.55
2017 •••••••••••••••••• 9.27
2018 •••••••••••••••••••• 10.34
2019 •••••••••• 4.73
2020 •••••••• 3.71

gözətçi sözünün leksik mənası və izahı

  • 1 is. Qarovulçu, keşikçi, mühafizəçi, bəkçi, baxıcı. Mağaza gözətçisi. – Osman gözətçidir oyankı dikdə. H.K.Sanılı. …Var-gəl edən gözətçinin ayaq səsləri aydınca eşidilirdi, ağır çəkmələrin dabanlarındakı nallar daş səkiyə sürtülürdü. İ.Hüseynov. □ Üstünə (üstündə) gözətçi qoymaq – birini nəzarət altında saxlamaq. [Çoban:] Üstümdə də gözətçi qoyublar, heç yana tərpənə bilmirəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / gözətçi

gözətçi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 keşikçi — nəzarətçi — baxıcı

    Azərbaycan dilinin sinonimlər lüğəti / gözətçi
  • 2 GÖZƏTÇİ Sonra məlum oldu ki, dəstə kəndə basqın düzəldib, kənd sovetinin gözətçisini lapdan yaxalayıb boğdular (M.İbrahimov); KEŞİKÇİ Girdman qalasının qoca keşikçisi, adəti üzrə yenə də geniş həyətdə gəzinir, arabir dayanıb ətrafı dinləyirdi (M.Hüseyn); QAROVUL Leytenant bir neçə məntəqəyə əlavə qarovul təyin etdikdən sonra, tutulmuş adamı örtülü səngərə aparmağı əmr etdi (M.Hüseyn); QAROVULÇU [Balağa:] Hacı Zeynalabdin Tağıyevin keçmiş dəyirmanında qarovulçuların böyüyüdü (H.Abbaszadə); QORUQÇU (tarla, meşə, bağ, bostan gözətçisi) Bəşər daha heyvanlıqdan əl çəkib; Qoruqçu otlağa çəpər çəkməsin! (A.Səhhət); NƏZARƏTÇİ Günorta zavodun qoca nəzarətçisi gəlib Həmidə dedi ki, səni bir nəfər hərbçi soruşur, qapıda dayanıb (H.Abbaszadə); NİGAHBAN (kl.əd.) Səndən ötrü bütün övladımı giryan edərəm; Qeyrətü şənimi hifzində nigahban edərəm (C.Cabbarlı); PASİBAN (köhn.) Qapımda pasiban möhnətdir nədən; Yazılıb qətlimə fərmanını yoxsa? (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / gözətçi

gözətçi sözünün rus dilinə tərcüməsi

  • 1 часовой, караул, сторож, дозор, наблюдатель

    Azərbaycanca-rusca lüğət / gözətçi
  • 2 I сущ. 1. сторож: 1) лицо, несущее охрану кого-л., чего-л., охранник, караульщик. Gecə gözətçisi ночной сторож, dəmir yolu gözətçisi сторож на железной дороге, zavodun gözətçisi заводской сторож, meşə gözətçisi лесной сторож, mağaza gözətçisi сторож магазина; gözətçi vəzifəsi должность сторожа 2) тот, кто наблюдает за кем-л., чем-л., оберегает кого-л., что-л. Bağın gözətçisi сторож сада 2. надсмотрщик, надсмотрщица (лицо, осуществляющее надсмотр, надзор за кем-л., чем-л.). Yol gözətçisi путевой надсмотрщик II прил. сторожевой, дозорный, караульный: 1) несущий охрану, оберегающий кого-л., что-л. Gözətçi dəstəsi сторожевой отряд, gözətçi gəmi дозорное судно 2) связанный с несением охраны. Gözətçi məntəqəsi сторожевой пункт, gözətçi budkası сторожевая будка, gözətçi postu сторожевой пост, gözətçi xidməti караульная служба, gözətçi otağı караульное помещение, gözətçi çardağı караульная вышка; gözətçi durmaq kimə, nəyə сторожить кого, что

    Azərbaycanca-rusca lüğət / gözətçi

gözətçi sözünün inglis dilinə tərcüməsi

gözətçi sözünün fransız dilinə tərcüməsi

gözətçi sözünün ləzgi dilinə tərcüməsi

gözətçi sözünün türk dilinə tərcüməsi

"gözətçi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gözətçi nədir? #gözətçi sözünün mənası #gözətçi nə deməkdir? #gözətçi sözünün izahı #gözətçi sözünün yazılışı #gözətçi necə yazılır? #gözətçi sözünün düzgün yazılışı #gözətçi leksik mənası #gözətçi sözünün sinonimi #gözətçi sözünün yaxın mənalı sözlər #gözətçi sözünün əks mənası #gözətçi sözünün etimologiyası #gözətçi sözünün orfoqrafiyası #gözətçi rusca #gözətçi inglisça #gözətçi fransızca #gözətçi sözünün istifadəsi #sözlük