Gülbəniz sözü azərbaycan dilində

Gülbəniz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Gülbəniz • 98.5896%
  • gülbəniz • 0.8463%
  • GÜLBƏNİZ • 0.5642%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gülbəniz Babaxanlı
Gülbəniz İbrahim qızı Babaxanlı — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru. == Həyatı == Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə "Azərbaycan poemaları və folklor (20-30-cu illər)" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. == Elmi və təşkilatı fəaliyyəti == Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir. Onun əsas elmi tədqiqatını Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan XX yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqlarının araşdırılması təşkil edir. Fil.ü.e.d. G.Babaxanlı Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsir izlərini araşdırmışdır. Alim öz tədqiqatlarında tarixilik prinsipinə istinad edərək, məsələn, 20-50-ci illər poemalarının fəlsəfi qaynaqlarından biri kimi zərdüştlük təlimini, "Avesta" obrazlarını araşdırmaya cəlb edir ki, sovet dövrü Azərbaycan poemalarının "Avesta" obrazları, zərdüşt fəlsəfəsi ilə əlaqələrinin açılması ədəbiyyatşünaslığımızda yeni istiqamətlərdən biridir.
Gülbəniz Muxtarova
Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent. == Ümumi məlumatlar == Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir. G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır. G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə 1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır. 2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır.
Gülbəniz Əzimzadə
Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980), Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra — 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974–1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri — priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz.
İsmayılzadə Gülbəniz

gülbəniz sözünün leksik mənası və izahı

gülbəniz sözünün rus dilinə tərcüməsi

"gülbəniz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gülbəniz nədir? #gülbəniz sözünün mənası #gülbəniz nə deməkdir? #gülbəniz sözünün izahı #gülbəniz sözünün yazılışı #gülbəniz necə yazılır? #gülbəniz sözünün düzgün yazılışı #gülbəniz leksik mənası #gülbəniz sözünün sinonimi #gülbəniz sözünün yaxın mənalı sözlər #gülbəniz sözünün əks mənası #gülbəniz sözünün etimologiyası #gülbəniz sözünün orfoqrafiyası #gülbəniz rusca #gülbəniz inglisça #gülbəniz fransızca #gülbəniz sözünün istifadəsi #sözlük