Gülşəni sözü azərbaycan dilində

Gülşəni

Yazılış

  • Gülşəni • 85.7143%
  • gülşəni • 11.1111%
  • GÜLŞƏNİ • 3.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şeyx İbrahim Gülşəni
Şeyx İbrahim Gülşəni (1423, Şamaxı – 1534, Qahirə) – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur. == Həyatı == Dədə Ömər Rövşəninin vəfatından sonra səccadəsinə 1487-ci ildə İbrahim Gülşəni əyləşir. 50 ildən çox şeyxlik edən İbrahim Gülşəni 1501-ci ildə Təbrizdən ayrılana qədər burada 14 il şeyx olaraq fəaliyyət göstərmişdir. İbrahim Gülşəninin Amiddə (Diyarbəkir) və Azərbaycanın Bərdə şəhərində doğulması haqqında iki fərqli fikir vardır. Həyatı haqqında bilinənlər daha çox oğlu Əhməd Xəyalinin xəlifəsi Mühyi Gülşəninin Mənaqibi-İbrahim Gülşəni adlı əsərindən götürülmüşdür. Mühyi Gülşəni onun 1534-cü ildə vəfat edəndə 114 yaşında olduğunu söyləyir. Bu vəziyyətdə 1423-cü ildə doğulması güman edilir. Mühyi Gülşəni İbrahim Gülşəninin öz soyunu yeddi nəsil ilə oğuz ataya yetişdiyini söyləyir. Ziyalı bir ailəyə mənsub olan İbrahim Gülşəninin atası Məhəmməd Amidi fiqh, kəlam və məntiq mövzusunda əsərləri olan bir alim idi. Müəllimlik edən İbrahim Gülşəninin babası isə fiqh və təsəvvüfə dair əsərlərin müəllifi idi.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Gülşənilik
Gülşəniyyə - Sufi Xəlvətiyyə təriqətinin Rövşəniyyə qolundan ayrılmış təriqət. Dədə Ömər Rövşənin müridi və xəlifəsi olan Pir İbrahim Gülşəni tərəfindən yaradılmışdır. Mənbələrə əsasən Pir İbrahim Gülşənin nəsil şəcərəsi Azərbaycana, Oğuz Ataya gedib çıxır. Əvvəllər Şərqi Anadoluda yaşayıb təriqətini yaymasına baxmayaraq daha sonra Misirə köçmüş və burada fəaliyyətini davam etdirmişdir.Osmanlı imperiyasının Misiri fəthindən sonra Gülşəniyyə ideyaları orduda yayılmış və daha sonra İstanbul və Diyabəkirdə məşhurlaşmışdır. Həm İstanbulda, həm də Diyarbəkirdə bir neçə Zaviyə və Təkyə yaradılmışdır. Ən məşhurları Diyarbəkirdəki Şəmsəddin Əfəndi və Pir İkmaləddin Əfəndi tərəfindən yaradılan Təkyələrdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2004 ••••••••••••••••• 1.35
2006 •••••• 0.45
2008 •••••••••• 0.73
2010 •• 0.09
2012 ••• 0.17
2013 •••••••••••••••••••• 1.60

"gülşəni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gülşəni nədir? #gülşəni sözünün mənası #gülşəni nə deməkdir? #gülşəni sözünün izahı #gülşəni sözünün yazılışı #gülşəni necə yazılır? #gülşəni sözünün düzgün yazılışı #gülşəni leksik mənası #gülşəni sözünün sinonimi #gülşəni sözünün yaxın mənalı sözlər #gülşəni sözünün əks mənası #gülşəni sözünün etimologiyası #gülşəni sözünün orfoqrafiyası #gülşəni rusca #gülşəni inglisça #gülşəni fransızca #gülşəni sözünün istifadəsi #sözlük