* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax gülbədən(li). Nə xoşdur baş qoymaq bir güləndamın qucağında; Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında… M.P.Vaqif. Aldı mey camini ol yari-güləndam əlinə; Can fəda saqiyə, verdi o gülün cam əlinə. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / güləndam3 f. bədəni gül kimi; gözəl və ətirli bədəni olan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / güləndam1 Əndam “ bədən” deməkdir. Güləndam “bədəni gül kimi olan”, “zərif bədən” mənasını əks etdirir. Fars dilindən keçib. Qadın adı kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / güləndam