günahsız sözü azərbaycan dilində

günahsız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • günahsız • 94.2169%
  • Günahsız • 5.6848%
  • GÜNAHSIZ • 0.0983%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günahsız adam
Günahsız adam (Hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Günahsız Abdulla (film, 1984)
== Məzmunu == Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi. == Televiziya tamaşası haqqında == Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. == Səhvlər == Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.72 dəfə / 1 mln.
2002 •••••••••• 17.13
2003 •••••••••••••••••••• 34.64
2004 •••••••••••••• 24.93
2005 ••••••••• 15.52
2006 •••••••••••••• 24.78
2007 •••••••••••• 20.30
2008 •••••••••••• 21.44
2009 •••••••••• 16.48
2010 •••••••••• 17.70
2011 •••••••••••• 21.02
2012 ••••••••••••••• 25.47
2013 •••••••••••••••••••• 35.88
2014 ••••••••••••• 23.00
2015 •••••••••••••• 23.65
2016 •••••••••••• 20.13
2017 ••••••••••••••• 25.53
2018 ••••••••••• 18.88
2019 •••••••• 13.63
2020 ••••••••• 15.25

günahsız sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Günahı, təqsiri olmayan; təqsirsiz. Günahsız adam. – İnsaf et, öldürmə, günahsız qulu; Əl-əldən üzülür, yaman çağıdır. M.P.Vaqif. Qəlbində bir yetimtək qoymadın öz kamını; Günahsız qurbanların aldın intiqamını. S.Rüstəm. 2. Məsum. [Cəmil bəy:] …O günahsız quşcuğazı; Məhv etməkdə nə məna var? H.Cavid. Ana basdı bağrına günahsız körpəsini; Hönkür-hönkür ağladı. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / günahsız

günahsız sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 saf — təmiz — məsum — ismətli

    Azərbaycan dilinin sinonimlər lüğəti / günahsız
  • 2 təqsirsiz — qəbahətsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / günahsız
  • 3 GÜNAHSIZ (günahı olmayan) [İsa:] Sizin hansınız günahsızdır, qoy onu daşqalaq etsin (C.Məmmədquluzadə); BİGÜNAH Məstəli şah: Bəs divlər, ifritələr nahaq yerə o qədər bigünah xalqın hərəkətinə bais olurlar.. (M.F.Axundzadə); BİTƏQSİR ..Çünki o biçarə bitəqsirdir və özü o vaxt heç burada olmayıb (N.Vəzirov); MƏSUM Oqtay: Yox, o, məsum bir çocuqdur (C.Cabbarlı); TƏQSİRSİZ Ona elə gəlirdi ki, gözlü olub təqsirsiz adamlara quyu qazmaq kimi alçaqlıqdan isə gözsüz olub onlara xidmət etmək yaxşıdır (S.Rəhimov); SUÇSUZ, QƏBAHƏTSİZ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / günahsız

günahsız sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 GÜNAHSIZ – CİNAYƏTKAR Qıymaz axsın qoca Qafqaza günahsız qanlar (S.Rüstəm); On gün ərzində cinayətkar qaçıb gizlənə bilər (C.Əmirov). GÜNAHSIZ – MÜQƏSSİR Kəsildi yollarda günahsız başlar (S.Rüstəm); Mən müqəssirəm, Sevil! (C.Cabbarlı).

    Azərbaycan dilinin antonimlər lüğəti / günahsız

günahsız sözünün rus dilinə tərcüməsi

  • 1 1. рел. безгрешный; 2. невинный, безвинный; 3. невинно;

    Azərbaycanca-rusca lüğət / günahsız
  • 2 прил. 1. безгрешный: 1) не совершивший поступков, осуждаемых религиозно-нравственной моралью. Günahsız adam безгрешный человек 2) не совершивший никакого проступка. Qarşınızda günahsızam я безгрешен перед вами 2. невинный, безвинный, невиновный. Günahsız qurbanlar безвинные жертвы

    Azərbaycanca-rusca lüğət / günahsız

günahsız sözünün inglis dilinə tərcüməsi

günahsız sözünün fransız dilinə tərcüməsi

günahsız sözünün ləzgi dilinə tərcüməsi

"günahsız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#günahsız nədir? #günahsız sözünün mənası #günahsız nə deməkdir? #günahsız sözünün izahı #günahsız sözünün yazılışı #günahsız necə yazılır? #günahsız sözünün düzgün yazılışı #günahsız leksik mənası #günahsız sözünün sinonimi #günahsız sözünün yaxın mənalı sözlər #günahsız sözünün əks mənası #günahsız sözünün etimologiyası #günahsız sözünün orfoqrafiyası #günahsız rusca #günahsız inglisça #günahsız fransızca #günahsız sözünün istifadəsi #sözlük