gündəliyi sözü azərbaycan dilində

gündəliyi

Yazılış

  • gündəliyi • 92.1186%
  • Gündəliyi • 7.7368%
  • GÜNDƏLİYİ • 0.1446%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Tosa gündəliyi
Tosa Nikki (土佐日記, azərb. Tosa gündəliyi‎) – X əsr yapon şairi Ki no Tsurayuki tərəfindən yazılmış poetik gündəlik. Mətn Tsurayukinin əyalət qubernatoru olduğu Tosa əyalətindən 935-ci ildə Kiotaya qayıdarkən etdiyi 55 günlük səyahəti əhatə edir. Səyahətin gündəliyi şeirlərlə verilmişdir. "Tosa Nikki" Yaponiya ədəbiyyatında nikki (gündəlik) janrı üçün ilk mötəbər nümunə hesab olunur. O vaxta qədər "nikki" sözü hökumət və ya ailələr tərəfindən tərtib olunan quru rəsmi qeydlərə şamil edilirdi və kişilər tərəfindən çincə yazılırdı. Lakin "Tosa Nikki" yapon dilində yazılmış, hətta kanalardan istifadə olunmuşdur. Dövrün ədəbiyyatla məşğul olan kişiləri mətnləri kana və Çin heroqlifləri ilə yazırdılar, lakin qadınların Çin heroqliflərindən istifadə etməsi yaxşı qarşılanmadığından ancaq kana ilə yazırdılar. Qadın nəqlçinin prespektivindən əsəri yazan Tsurayuki Çin heroqliflərindən istifadə etməkdən qaçınmış, əvəzində Yaponiya dili və poeziyasının estetikasını vurğulamağa çalışmışdır.
Yazıçının gündəliyi
"Yazıçının Gündəliyi" (rus. Дневник писателя) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin, müxtəlif hadisə və mövzular haqqında şəxsi düşüncələrini əks etdirdiyi yazılarıdır. Bu yazılar, ilk dəfə 1873-1876.cı illər arasında "Qrajdanin" adlı jurnalda dərc olunmuş, daha sonra yazıçının səhhətində yaranan problem səbəbi ilə 3 il fasilə verilmişdir. Ardınca 1880-1881.ci illərə qədər isə Dostoyevskinin "Yazıçının Gündəliyi" adlı şəxsi jurnalında dərc olunmağa davam etmişdir.
Qreqin gündəliyi
Artıq adamın gündəliyi
Artıq adamın gündəliyi (rus. «Дневник лишнего человека») — rus yazıçısı İvan Turgenevin 1850-ci ildə yazdığı novelladır. Cəmi 31 yaşı olsa da, naməlum xəstəlikdən dünyasını dəyişən və həyatında baş verən hadisələri danışarkən ömrünə sayılı günlər qalan Tçulkaturin adlı şəxs tərəfindən gündəlik şəklində birinci şəxs tərəfindən yazılmışdır. Hekayə rus ədəbi anlayışının arxetipinə çevrildi. İlk dəfə 1850-ci ildə " Oteçestvennıe Zapiski " də çap olunub. == Hekayə haqqında == Turgenev hekayə üzərində işi 1850-ci ildə Parisdə tamamladı. "Gündəlik" və yazıçının yaradıcılığında “əlavə adam” mövzusuna başlayır. Müəllif bundan əvvəl də müraciət etmişdi, lakin əvvəlki əsərlər istehza və polemikaya bürünmüşdüsə, “Gündəlik”in əsasını daha obyektiv və dərin psixoloji təhlil təşkil edir. Yazıçı xüsusilə xarakterin hərtərəfli təsviri problemi ilə maraqlanır, Turgenevin psixologizmi burada yerləşir, amma romantik deyil, real əsasda. Müəllifin özü də “Gündəlik”i uğurlu əsər hesab edirdi.
Gənc qızın gündəliyi
" Gənc qızın gündəliyi " ilk dəfə 1947-ci ildə niderland dilində çap olunmuş avtobioqrafik əsərdir, 65-dən artıq dilə çevrilib və Holokostla bağlı olan ən çox oxunmuş kitabdır. Yüz ən çox satılmış kitabdan biridir. Gündəlik 1955-ci ildə Brodveydə səhnələşdirilmiş,Toni və Pulitser mükafatlarını qazanmışdır. 13-cü yaş gününə hədiyyə olaraq gündəlik alan Anna Frank, ona hər gün başına gələn maraqlı hadisələrdən yazmağa başlayır. Az sonra yəhudilərin soyqırımı başlayır və atası Otto öz ailəsini bu faciədən qorumaq üçün gizlətmək qərarına gəlir və onlar Annanın "Gizli artırma" adlandırdıqları, Ottonun iş yerində yerləşən kiçik otaqlarda yaşamağa başlayırlar.Daha sonra onlara Van Daan ailəsi və dentist cənab Dussel də qoşulur. Anna burada da yazmağa davam edir. == Mövzusu == Anna gündəliyinə yazmağa bu sözlərlə başlayır: Anna Kitti adlandırdığı gündəliyinə yazmağa 1942-ci il iyunun 12-dən başlayır. Hələ normal yaşayışına davam edən Anna dostları Hanneli və Sanne ilə söhbətlərindən, yəhudi liseyinə yazılmasından, burada dostluq qurduğu Ceklindən, ətrafa qarşı hisslərindən yazır. Tez-tez, heç kimi özünə əsl dost bilmədiyindən, yalnızlıqdan şikayətlənir. Yəhudi məktəbində oxudulmağa məcbur edilməsindən, Hitlerin anti-yəhudi qanunlarından, qohumların və özünün niyə Almaniyanı tərk etməli olduqlarından bəhs edir.
Safdil Qreqin gündəliyi
Safdil Qreqin gündəliyi (ing. Diary of a Wimpy Kid) — amerikalı yazıçı və karikaturaçı Cef Kinni tərəfindən yaradılmış uşaq kitabı seriyası və media franşizası. Kitab həyatını gündəlikdə təsvir edən orta məktəb şagirdi Qreq Hefflinin hekayəsindən bəhs edir. Kinni kitabı nəşriyyata təqdim etməzdən əvvəl üzərində səkkiz il işləmişdi. Kitab nəşr olunmazdan əvvəl ilk olaraq 2004-cü ildə FunBrain ilə əməkdaşlıqla onlayn versiyası buraxıldı. Bu onlayn versiya 2004-cü ilin sentyabrından 2005-ci ilin iyununa qədər gündəlik buraxılışlardan ibarət idi və 2009-cu ilə qədər 20 milyona yaxın baxış əldə edərək əhəmiyyətli dərəcədə populyarlıq qazandı. Onlayn oxucuların çap versiyasına artan tələbi ilə əlaqədar olaraq, Kinni 2006-cı ilin fevralında Nyu-Yorkda keçirilən comic-con zamanı Abrams Books ilə müqavilə imzaladı. Diary of a Wimpy Kid seriyasındakı ilk kitab 2007-ci ilin aprelində işıq üzü gördü və dərhal uğur qazandı. Time jurnalı Kinnini tanıdı və onu 2009-cu ilin aprelində Time 100 siyahısında ən nüfuzlu insanlardan biri adlandırdı. O vaxtdan bəri seriyanın cəmi on yeddi kitabı buraxıldı.
Anna Frankın gündəliyi (film)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.
Lezbiyanın gündəliyi (film, 2009)
Lezbiyanın gündəliyi (kat: Eloïse) — İspaniya rejissoru Xesus Gerayın 2009-cu ildə çəkdiyi katalan dilli filmdir. == Məzmunu == Dramda gənc qız olan Asiyanın Eloiza adlı rəssam qısa vurulmasından bəhs edilir. Qızlar bir yerdə təhsil alırlar, Asiya Eloisa üçün model kimi xidmət edir. Bir dəfə Eloiza Asiyaya çılpaq poza verməyi təklif edir və Asiya razılaşır. Bundan sonra onların münasibətləri dostluq çərçivəsini keçir və qızlar bir-birlərinə qarşı dostluqdan daha güclü bir hiss yaşatdıqlarını başa düşürlər. Lakin, onların münasibətlərinin qeyri-ənənəvi xüsusiyyəti Asiyanı narahat edir. Nəhayət ki, Asiya oğlan sevgilisi Nataniellə münasibətlərini tamamilə kəsmək qərarına gəlir. Anası Asiyanın lezbiyanla görüşdüyünü başa düşür və buna mane olmağa çalışır. O, münasibətlərinin ildönümü münasibətilə Nataniel və Asiyanın görüşünü təşkil edir. Həmin müddətdə isə Eloizaya zəng edərək onlara gəlməsini xahiş edir.
Əfqan gündəliyi (film, 1988)
== Məzmun == Filmdə haqqında danışılan azərbaycanlı oğlanlar naməlumluğa gedirdilər. Onların Əfqanıstanda qulluq etmələri isə uzun müddət hamı üçün sirr olaraq qalırdı. İndi valideynlər övladlarını hərbi xidmətə yola salarkən hərbi komissarlığın qapısı ağzında dayanıb, tələb edirlər: "Bizim uşaqlarımızı qoruyun!" Bu çağırış filmdə Əfqanıstanda həlak olmuş əsgərin dəfnini əks etdirən kadrlarda səslənir. Belə hadisə unudulmur və bağışlanılmır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Eldar Quliyev, Tatyana Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Anna Frankın gündəliyi (film, 1959)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.
Drakula: Bakirənin gündəliyindən səhifələr (film, 2002)
Drakula: Bakirənin gündəliyindən səhifələr (ing. Dracula: Pages from a Virgin's Diary) — 2002-ci ildə istehsal olunmuş Kanada filmidir. == Xarici keçidlər == Drakula: Bakirənin gündəliyindən səhifələr — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.82 dəfə / 1 mln.
2002 ••••••••••• 6.85
2003 •••••••••••••••••• 11.02
2004 •••••••••••••••••• 10.78
2005 ••••••••••••••••••• 11.47
2006 ••••••••••••••••• 10.59
2007 •••••••••••••••••• 10.78
2008 ••••••••••••••••••• 11.94
2009 •••••••••••••••••••• 12.64
2010 •••••••••••••••• 10.08
2011 •••••••••••••••• 9.69
2012 •••••••••••• 7.57
2013 ••••••••• 5.54
2014 ••••••••••• 6.69
2015 •••••••••••••••• 9.87
2016 ••••••••••••••• 9.37
2017 •••••••••••••• 8.78
2018 ••••••••••••••••••• 11.54
2019 •••••••••••••••••• 10.99
2020 •••••••••••••••••••• 12.33

"gündəliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gündəliyi nədir? #gündəliyi sözünün mənası #gündəliyi nə deməkdir? #gündəliyi sözünün izahı #gündəliyi sözünün yazılışı #gündəliyi necə yazılır? #gündəliyi sözünün düzgün yazılışı #gündəliyi leksik mənası #gündəliyi sözünün sinonimi #gündəliyi sözünün yaxın mənalı sözlər #gündəliyi sözünün əks mənası #gündəliyi sözünün etimologiyası #gündəliyi sözünün orfoqrafiyası #gündəliyi rusca #gündəliyi inglisça #gündəliyi fransızca #gündəliyi sözünün istifadəsi #sözlük