Günəbaxanlar
Günəbaxanlar (fr. Tournesols) — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri.
== Haqqında ==
Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.