Yalançıbuynuz gürzələr
Yalançıbuynuz gürzələr (Pseudocerastes) — Gürzələr cinsinə aid ilan cinsi. Əsasən Yaxın Şərq regionunda yayılmışlar.
Əsas özllikləri gözlərinin üzərində 2–3 pulcuqdan ibarət olan buynuzun olmasıdır.
Bucinsə daxil olan canlıların uzunluqları 40–70 sm arasında dəyişir. Nadir hallarda 108 sm-ri keçir. Yumurta qoymaqla çoxalırlar.
== Təsnifatı və yayılması ==
Bu cinsə 2011-ci ilə olan məlumata görə 3 növ daxildir:
Pseudocerastes fieldi — Fələstin gürzəsi
Pseudocerastes persicus — Fars yalançıbuynuz gürzə
Pseudocerastes urarachnoides — Hörümçək quyruqlu gürzə
Əvvəllər birinci və ikinci növlər eyni növə daxil idi (Pseudocerastes fieldi). Birinci növ Misir, İsrail, İordaniya, Cəudiyyə Ərəbistanı, Suriya, Cənubi İranda yayılmışdır. İkinci növ isəPakistandan Türkiyə, Azərbaycandan İsrail və İordaniya kimi ərazilərə yayılmışlar. Onlara həmçinin Səudiyyə Ərəbistanı, Oman və BƏƏ kimi ölkələrdə belə görülə bilir.