Güvən sözü azərbaycan dilində

Güvən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Güvən • 51.2121%
  • güvən • 48.1818%
  • GÜVƏN • 0.6061%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bərkcan Güvən
Berkcan Güven və ya təxəllüsü ilə BEGE (30 may 1996, İstanbul) — Türkiyə internet fenomeni, "YouTuber" və müğənni. O, 2014-cü ildə "YouTube" karyerasına başlamış və indiki dövrdə xüsusilə buraxdığı mahnılarla tanınır. == Kariyera == Güven 2013-cü ildə "Vine" sosial şəbəkə platformasında ilə mediaya daxil olmuşdur. O, daha sonra platformanın bağlanması ilə "Instagram" , ardınca "Youtube"da məzmun istehsal etməyə başlamışdır. Güvən 2017-ci ildə "YouTube My Job", daha sonra isə "Re" və "Where?" kimi buraxdığı mahnılarla populyarlığını artırmışdır. Onun “Re” mahnısının klipində müğənni Aleyna Tilki ilə çıxış etməsi də mətbuatda yer almışdır. O, 27 dekabr 2019-cu ildə "Clear Man"in sponsorluğu ilə Kriştiano Ronaldo ilə video çəkmişdir. O, Ben Fero, Reynmen, Unlost və Efe Uygaç kimi şəxslərlə əməkdaşlıq edərək öz nənəsi üçün ianə yayımı başlatmış, Darülacezeyə 200 min TL ianə etmişdir. Bu ianə yayımında Türkiyə futbolçusu Yusuf Yazıcı da ianə etmişdir. == Həyatı == Güvən səs aktyoru və aktyor Burhan Güvənin oğludur.
Gizəm Güvən
Gizəm Güvən (türk. Gizem Güven; 31 dekabr 1993, İstanbul) — Türkiyə aktyoru.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Ozan Güvən
Ozan Güvən (19 may 1975, Nürnberq, Bavariya) — Türkiyəli serial, kino və teatr aktyoru. == Həyatı == 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun oldu. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alır və ardından Şahika Tekand Teatrında çalışdı. İkinci Bahar, Çiçəyi Böyütmək, Qoçum Mənim, Əsli ilə Kərəm, Bir İstanbul Nağılı və Canım Ailəm kimi televiziya seriallarının yanında G. O. R. A, A.R.O.G və Yaxşı Qərb filmlərində yaxın dostu olan Cem Yılmazla oynadı. 2005-ci ildə, İkinci Bahar serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.
Əzmiyə Hami Güvən
Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır.
Güvəndik
Güvəndik — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonimi göyənlik (otluq) sözü ilə və ya Güvəndik şəxs adı ilə bağlayırlar. Əslində, kəndin adı güvəndli/güvəndlik nəsil adı ilə bağlıdır. 1933-cü ildə kəndin adı Güyəndilər variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Fərzalıyev Samiq Misir oğlu (1992-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Güvəndik kənd kitabxana filialı, Güvəndik kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Güvəndik kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Güvənpark
Güvənpark — Ankara Qızılay Meydanında yerləşən park. Klemenz Holzmeyster tərəfindən park və abidə inşaat layihəsi inşa edilmiş, içində Güvənpark abidəsi, park adını isə bu abidədən almışdır. Hal-hazırda Güvənparkda ağaclar, hovuz, oturacaqlar və oyun meydançası vardır. Park ərazisinin bir hissəsini vaxtında doldurub, avtobus dayanacaqları və metro lahiyələri nəticəsində itirmişdir.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır.Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.29 dəfə / 1 mln.
2003 •••••• 0.79
2006 •• 0.23
2007 ••••••••••• 1.48
2009 ••••••• 0.96
2010 •••••• 0.82
2011 ••••••• 0.94
2012 •••••••• 1.03
2013 ••••••••••••••• 2.04
2014 •••••••••••••••• 2.23
2015 ••••••••••• 1.53
2016 •••••••••• 1.39
2017 ••••••••••• 1.46
2018 ••••••••••••••••• 2.40
2019 ••••••• 0.97
2020 •••••••••••••••••••• 2.92

güvən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

arxalanma yeri; arxalanmalı adam; arxa, dayaq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"güvən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güvən nədir? #güvən sözünün mənası #güvən nə deməkdir? #güvən sözünün izahı #güvən sözünün yazılışı #güvən necə yazılır? #güvən sözünün düzgün yazılışı #güvən leksik mənası #güvən sözünün sinonimi #güvən sözünün yaxın mənalı sözlər #güvən sözünün əks mənası #güvən sözünün etimologiyası #güvən sözünün orfoqrafiyası #güvən rusca #güvən inglisça #güvən fransızca #güvən sözünün istifadəsi #sözlük