GIF sözü azərbaycan dilində

GIF

Yazılış

  • GIF • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
GIF-in tələffüzü
GIF-in tələffüzü — "Graphics Interchange Format" qrafik mübadilə formatının akronimi olan "GIF" sözünün necə tələffüz edilməsi. Bu məsələ 1990-cı illərdən bəri mübahisə mövzusudur. İngilis dilində populyar olaraq təkhecalı söz kimi tələffüz olunan akronimin ingilis dilində ən çox işlənən tələffüzü /dʒɪf/ (yumşaq "g"; Azərbaycan dilində "cib" sözündəki "c" kimi) və /ɡɪf/ (sərt "g"; Azərbaycan dilində "qara" sözündəki "q" kimi) kimidir, burada fərqlənən cəhət "G" hərfi ilə təmsil olunan fonemdir. Bir çox ictimai xadim və qurumlar mövzu ilə əlaqədar müzakirələrdə tərəf tutmuş, formatın yaradıcısı Stiven Vilhayt özü 2013-cü il "Webby Awards" mərasimində çıxış edərək yumşaq "g" ilə edilən tələffüzün düzgün olduğunu bildirmişdir. Hər bir tələffüz formasının istifadə edilmə tezliyi regionlara görə fərqli olsa da, aparılan sorğulara əsasən ümumi mənzərədə sərt "g" ilə edilən tələffüzün daha çox istifadə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi natiqlər akronimdəki hər hərfi tələffüz edərək /dʒiː aɪ ɛf/ formasından istifadə edirlər. İngilis dilinin lüğətlərində ümumi olaraq hər iki əsas alternativi etibarlı qəbul edilir və linqvistik təhlillər ingilis dilində olan oxşar sözlərin tələffüz tezliklərinə əsaslanaraq hər ikisi üçün aydın üstünlük göstərmirlər. Akronimin tələffüz formaları ingilis dilindən başqa dillərdə də dəyişə bilir. == Zəmin == "Graphics Interchange Format" (GIF) 1987-ci ildə ABŞ onlayn xidmət provayderi "CompuServe"də çalışan Stiven Vilhayt tərəfindən inkişaf etdirilmiş qrafik formatdır. "GIF"lər qısa, təkrarlanan animasiyaları göstərmək üçün populyar olaraq istifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••• 0.09
2016 •••••••••••••••••••• 0.52
2017 ••••••• 0.16

Oxşar sözlər

#gıf nədir? #gıf sözünün mənası #gıf nə deməkdir? #gıf sözünün izahı #gıf sözünün yazılışı #gıf necə yazılır? #gıf sözünün düzgün yazılışı #gıf leksik mənası #gıf sözünün sinonimi #gıf sözünün yaxın mənalı sözlər #gıf sözünün əks mənası #gıf sözünün etimologiyası #gıf sözünün orfoqrafiyası #gıf rusca #gıf inglisça #gıf fransızca #gıf sözünün istifadəsi #sözlük