* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 68.52 |
2003 | •••••••• | 26.77 |
2004 | ••••• | 14.15 |
2005 | ••••••• | 22.94 |
2006 | ••••• | 15.77 |
2007 | ••••• | 15.65 |
2008 | •••• | 12.67 |
2009 | •••••••••• | 32.00 |
2010 | •••••••••• | 33.04 |
2011 | •••••••••• | 33.54 |
2012 | •••••••••• | 31.06 |
2013 | ••••••••••••••••• | 57.91 |
2014 | ••••••••••••• | 41.36 |
2015 | ••••••••• | 28.24 |
2016 | ••••••• | 21.17 |
2017 | ••••• | 14.47 |
2018 | ••••• | 16.48 |
2019 | ••••• | 16.69 |
2020 | •••••• | 19.76 |
1 is. 1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək. – [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi. □ Gəlin köçmək – ərə getmək. …Gülpəri atasından iznsiz kəbin kəsdirib Əmiraslana gəlin köçdü. S.S.Axundov. Gəlin otağı etnoqr. – 1) Toy günü gəlinlə bəy üçün ayrılıb bəzədilmiş otaq. Şahsənəm gəlin otağına keçdi. “Aşıq Qərib”. Ananın bəzədiyi təzə gəlin otağı; Olar azğın düşmənin kef məclisi, yatağı. Ə.Cəmil; 2) məc. bəzəkli, qəşəng otaq mənasında. Bura lap gəlin otağıdır. Gəlin otağı kimi bəzənmiş. – Xanım, Səriyyəgili yuxarı qaldırdı, … fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi… M.İbrahimov. // Təzəcə toyu olmuş, təzəcə ərə getmiş cavan qadın. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. M.F.Axundzadə. Səhərsəhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Kərbəlayı Dünyamalı səslədi, səsinə o biri damdan bir cavan gəlin çıxdı. E.Sultanov. 2. Qayınanaya, qayınataya görə oğlun arvadı. [Nənəxanım:] Allaha heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boğçasını gəlini götürsün, … amma mənim gəlinim olmasın! Çəmənzəminli. Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü… S.Vəliyev. 3. məc. Çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında. Yenə gəlin camalını açacaqdır, bizim dağlar; Bu ellərin sinəsindən gedəcəkdir odlu dağlar. S.Vurğun. Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. M.İbrahimov. 4. bax gəlincik1…Səntək qızlar hələ gəlin oynadar. C.Məmmədquluzadə. [Qız] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov. Balaca bir qız uşağı çıxdı. Əlindəki kifir gəlinlə oynadığı bilinirdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / gəlin1 Gəlmək feili ilə bağlı yaranıb, “evə gətirilən” deməkdir. Ruslarda da невеста sözü новый веду birləşməsindən törəyib, “təzə gətirilən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gəlin1 1. GƏLİN (toy edilib ərə gedən qız) Sallanıb gəl bizə, gəlin; Ağ üzündə siyah telin (Aşıq Abbas); ƏRUS (kl.əd.) Bu gün sən özünə gəlin gətirirsən, sən bu gün eyş-işrətdəsən.. (C.Məmmədquluzadə). 2. gəlin bax gəlincik
Azərbaycan dilinin sinonimlər lüğəti / gəlin2 сущ. 1. невеста (девушка, вступающая в брак, имеющая жениха) 2. молодая (молодая женщина, недавно вступившая в брак) 3. невестка (замужняя женщина по отношению к родным её мужа-отцу, матери, братьям, сёстрам) 4. сноха (жена сына по отношению к его отцу, свёкру) 5. кукла (детская игрушка в виде фигурки девочки) ◊ gəlin getmək (köçmək) выйти замуж; отправляться в дом жениха; gəlin otağı: 1. комната, отведённая для невесты и жениха; 2. красиво убранная, уютная комната; gəlini aparmaq сопровождать невесту в дом жениха; gəlin kimi geyindirmək наряжать (нарядить) как куклу
Azərbaycanca-rusca lüğət / gəlin1 I. i. 1. bride, fiancee fr.; ~ köçürmək to see* the bride off to the house of the bridegroom; 2. (oğulun arvadı) daughter-in-law (pl. daughters-in-law); 3. (qardaş arvadı) sister-in-law (pl. sisters-in-law) II. s. bridal; ~ paltarı a bridal dress
Azərbaycanca-ingiliscə lüğət / gəlin1 is. 1) bru f, fiancée f ; ~ köçürmək marier vt ; ~ otağı chambre f de fiancée
Azərbaycanca-fransızca lüğət / gəlin1 сущ. 1. свас (мехъерна гъуьлуьз физвай руш; цӀийиз мехъер хьана алатнавай, цӀийиз гъуьлуьз фенвай жегьил дишегьли); gəlin köçmək свас яз фин, гъуьлуьз фин; gəlin otağı этногр. сусан кӀвал а) мехъерин юкъуз сусазни ччамраз ччара авунвай, дамах гваз туькӀуьрнавай кӀвал; б) пер. гзаф дамах гвай, иердаказ туькӀуьрнавай кӀвал; 2. гададин диде-бубадиз чпин хцин паб, свас; 3. пер. гзаф дамах гвай, чӀагай, иер, гуьзел, хушуниз къведай затӀ манада; 4. кил. gəlincik¹.
Azərbaycanca-ləzgicə lüğəti / gəlin(Qazax) cəhrədə iy keçirilən yer
Azərbaycan dilinin dialektoloji lüğəti.toyu edilən, yeni ailə quran qız.
Azərbaycan qadın adlarının izahlı lüğəti.