* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 356.32 |
2003 | ••••••••••••••••••• | 323.61 |
2004 | ••••••••••••••••• | 293.42 |
2005 | •••••••••••••••• | 275.99 |
2006 | •••••••••••••• | 233.80 |
2007 | ••••••••••••••• | 263.65 |
2008 | ••••••••••••••• | 252.15 |
2009 | •••••••••••••• | 238.22 |
2010 | •••••••••••••• | 234.29 |
2011 | •••••••••••••• | 235.07 |
2012 | •••••••••••••• | 242.83 |
2013 | ••••••••••••• | 226.25 |
2014 | •••••••••••••• | 247.12 |
2015 | ••••••••••••••• | 264.19 |
2016 | •••••••••••••••• | 277.84 |
2017 | ••••••••••••••• | 264.53 |
2018 | •••••••••••••••• | 270.43 |
2019 | ••••••••••••••• | 266.22 |
2020 | •••••••••••• | 205.67 |
1 1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil. – Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. A.Şaiq. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi. 2. is. Hələ çatmamış, lakin çatması gözlənilən zaman (keçmiş əksi). Gələcəkdən danışmaq. – Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun. [Səriyyə xala və uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov. 3. is. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır. – [Məhəmməd ağa:] İnsan ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nərimanov. [Mirzə:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdiyev. Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq. 4. Gələcəkdə şəklində zərf – bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzərində işləmək istəyir. – [Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq. ◊ Gələcək zaman qram. – felin, iş və hərəkətin danışılan zamandan sonra baş verib-verməyəcəyini bildirən zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri.
Azərbaycan dilinin izahlı lüğəti / gələcək1 1. GƏLƏCƏK Boylanıram yaxın bir gələcəyə (S.Vurğun); İSTİQBAL [Nümayəndə:] Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / gələcək1 GƏLƏCƏK – KEÇMİŞ Mən isə adətim üzrə keçmişi yox, ancaq gələcəyi düşünürəm (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / gələcək1 1. будущий, предстоящий, грядущий, дальнейший; 2. будущее, будущность;
Azərbaycanca-rusca lüğət / gələcək2 I прил. 1. будущий, предстоящий, грядущий. Gələcək gün грядущий день, gələcək nəsillər будущие поколения, gələcək dərsdə на будущем уроке, gələcək sınaqlar предстоящие испытания, gələcək görüşlər будущие встречи 2. дальнейший. Gələcək inkişaf дальнейшее развитие, gələcək planlarda в дальнейших планах II сущ. будущее: 1. время, следующее за настоящим, совокупность предстоящих событий. Gələcəkdən danışmaq рассказывать о будущем, gələcək gəncliyindir будущее принадлежит молодёжи, yaxın gələcək ближайшее будущее, uzaq gələcək далёкое будущее, gələcək göstərər будущее покажет 2. участь, судьба. Gələcəyə inanmaq верить в будущее, gələcəyi olmaq иметь будущее, bəşəriyyətin gələcəyi будущее человечества; gələcək zaman лингв. будущее время
Azərbaycanca-rusca lüğət / gələcək1 I. i. the future, time to come; ~də in the future; gələcəyə arxayın olmaq to face the future calmly / confidently, to look ahead calmly / confidently; Gələcək göstərər The future will show; ~dən xəbər vermək to forecast the future II. s. future; next, coming, forthcoming; ~ nəsil the next / coming generation; generation to come, succeeding generation; ~ hadisələr forthcoming events; ~ gün the day to come; ◊ ~ zaman qram. the future tense; ~ zamanın qeyri-müəyyən forması qram. the Future Indefinite Tense form; ~ zamanın davamedici forması qram. The Future Continuous tense form; ~ zamanın bitmiş forması qram. The Future Perfect Tense form; ~ zamanın davam edib bitəcək forması qram. The Future Perfect Continuous Tense form
Azərbaycanca-ingiliscə lüğət / gələcək1 1) is. avenir m, futur m ; 2) sif. futur, -e, prochain, -e, ultérieur, -e ; qram. sadə ~ zaman futur m simple ; yaxın ~ zaman futur m proche
Azərbaycanca-fransızca lüğət / gələcək1 1. прил. гележег (къвезмай, къведай, гьеле атана агакьнавачир, атун лазим тир, идалай кьулухъ къвезвай, мес. несил); // гележегдин (мес. алимар); 2. сущ. гележег; gələcəkdən danışmaq гележегдикай рахун; 3. сущ. са затӀунин гилан ваъ, ахпагьан везият, гьал, кьисмет; uşağın gələcəyi аялдин гележег; ** gələcək zaman грам. къвезмай вахт; // къвезмай вахтунин (мес. суффиксар).
Azərbaycanca-ləzgicə lüğəti / gələcəkzaman çərçivəsində və məkan hüdudlarında fantaziyanın gizli söylədiklərinin hamısının formasız və qeyri-müəyyən baş verməsi.
Fəlsəfə terminlərinin izahlı lüğəti