gəmilər sözü azərbaycan dilində

gəmilər

Yazılış

  • gəmilər • 91.2778%
  • Gəmilər • 8.6350%
  • GƏMİLƏR • 0.0872%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Qara gəmilər
Qara gəmilər (yap. 黒船; kurofune) — qərb üslublu gəmilər nəzərdə tutulur. Bu ifadə Edo dövründən başlayaraq müasir Yaponiyada da işlədilir. Edo dövrünün sonlarında (Tokuqava mütləqiyyətinin sonlarında) gələn gəmiləri belə adlandırırlar. Hazırda xarici siyasətin Yaponiyaya qarşı sanksiyalarının və xarici kapitalın artması kimi vəziyyətlərdə "müasir dövrün qara gəmiləri" kimi tanınır.
Gəmilər tarlaya çıxır (film, 1975)
Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi
== Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. == Əsasnamə == Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. == Haqqında == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. == Region şöbələri == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. == Ümumi məlumat == Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Hava gəmilərinin texniki xidməti
Hava gəmilərinin texniki xidməti — uçuş aparatlarının istismar müddəti ərzində onların daimi sazlığının və uçuşa hazırlığının təmin edilməsinə yönəldilmiş yerüstü mühəndis-texniki təminatıdır. Texniki xidmət və lazımi qayğı olmadan istənilən hava gəmisi uçuşa yararsız hala çox tez gəlir. Hava gəmilərinin Səlahiyyətli texniki xidməti uçuşların təhlükəsizliyinin əsas amilidir. == Xaricidə istehsal olan kommersiya təyyarələrinə texniki xidmət == Müəyyən bir müddətdən və ya müəyyən bir uçuş saatlarından sonra(aviaşirkətin Maintenance Program'ında göstərilən) aviaşirkətlər (texniki xidmət təşkilatları) tərəfindən həyata keçirilməli olan təyyarələrin texniki vəziyyətinin dövri yoxlamalarından ibarətdir. Yoxlamaların bir neçə növü mövcuddur: transit check, daily check, weekly check, A-check, B-check, C-check və D-check. A-check və B-check — sadə, С və D-check texniki yoxlamaların ən çətin növləridir. Təyyarələrin bəzi növləri üçün istismar formalarına daxil olan iş həcmi istehsalçı tərəfindən aviasiya orqanlarının nümayəndələri və operatorların nümayəndələri ilə birlikdə hazırlanan texniki xidmət qaydaları ilə müəyyən edilir. Daha müasir tipli hava gəmiləri üçün vahid reqlament mövcud deyil və istismarçı zavodun rəhbər sənədləri (MRBR), tövsiyələri (MPD) və hakimiyyət orqanlarının göstərişləri əsasında konkret hava gəmisi üçün texniki xidmət proqramını hazırlamalıdır. Bu halda istismarçı tətbiq etdiyi siyasətə uyğun olaraq texniki xidmət formalarının formalaşdırılması ilə məşğul olmalıdır. Belə ki, əgər aviaşirkət yalnız gündüz reysləri həyata keçirirsə, gecə saatlarında texniki xidmətin aparılması məqsədəuyğun olardı.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
== Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. == Əsasnamə == Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. == Haqqında == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. == Region şöbələri == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. == Ümumi məlumat == Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.
Osmanlı İmperiyasının zirehli döyüş gəmilərinin siyahısı
Osmanlı İmperatorluğunun zirehli döyüş gəmiləri siyahısı — Osmanlı İmperiyasına aid olan və olması planlanan döyüş gəmiləri.Millətçi türklərin 1908-ci ildə Osmanlıda güc qazanmasından sonra İttihad və tərəqqi partiyası iqtidara gəldi; güclü bir Osmanlı Donanması hazırlamaq üçün planlara başlandı . 1910-ci ildə edilən Osmanlı Donanması keçid mərasimində ciddi əskiklik açıqca görülmüşdü.Girişilən zirehli gəmi inşa işləri Abdül Kadirdə olduğu kimi müvəffəqiyyətsizliklə nəticələnmişdi, bunun üçün Donanma Cəmiyyəti quruldu; yerli ianələr toplanması yolu ilə gəmi alışını hədəfləməktəydi. Bu səylərə baxmayaraq donanma pis vəziyyətdə qaldı. Donanmanın qeyri-kafiliyi, Birinci Balkan müharibəsinda qəti olaraq görüldü. Bu döyüşdə Osmanlı Donanması, Yunan Donanması tərəfindən İmroz və Mondros Dəniz Müharibəsində iki dəfə məğlubiyyətə uğradıldı. Balkan müharibələrinin bitməsinin ardından, donanma mövzusunda Osmanlı İmperatorluğu ilə Yunanıstan Krallığı arasında bir yarış başladı. Donanmanın müvafiq hala gələ bilməsi üçün Donanma Cəmiyyətinin səyləri ilə Birləşmiş Krallıqdan Sultan I. Osman gəmisi və özü [[Reşadiye sinifi zirehli döyüş gəmiləri]]ndən iki gəmi daha sifariş edildi. Lakin Birləşmiş Krallıq, Birinci Dünya Müharibəsinin təhlükəsini səbəb göstərərək pulu verilmiş olan gəmiyə əl qoydu.Zırhlılardan Sultan I. Osman , HMS Agincourt ; Sultan Rəşad , HMS Erin adını aldı. Onların düzəltdikləri ianələr ilə bu döyüş gəmilərini maraqla gözləyən Osmanlı xalqı, gəmilərə əl qoyulduğunu eşidəndə qəzəbi alovlandı. Almaniya İmperiyası, bu hadisə üzərinə SMS Goeben müharibə kruvazörü ilə SMS Breaslau yüngül kruvazörünün Osmanlının paytaxtı İstanbula 1914-ci ildə göndərdi, iki döyüş gəmisi də Osmanlı Donanmasının mülkiyyətinə keçdi.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum

Qenbunun qara gəmiləri
Qenbunun qara gəmiləri (元文の黒船, Qenbun no kurofune) – 1739-cu ildə Rusiya imperiyası ilə Yaponiya arasında baş vermiş insident. Martin Spanberqin başçılıq etdiyi Rusiya ekspediyasının Yaponiyaya çatması Tokuqava şoqunluğunda həyəcan təbilinə səbəb olmuşdur. İnsident Qenbun dövrünün 4-cü ilində baş verdiyi üçün belə adlanmışdır. Bu hadisə Yaponiya ilə Rusiya imperiyası arasında ilk birbaşa əlaqə olmuşdur. == Zəmin == XVIII əsrin birinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə əlaqələr qurmağa maraqlı idi. Bu dövrdə Denbey, Qonza və Soza kimi qəza nəticəsində Rusiyaya gəlib çıxmış yapon dənizçilərin Yaponiya haqqında verdikləri məlumatlar Rusiyada Yaponiyaya qarşı marağın oyanmasına səbəb olmuşdu. Rusiya imperiyasına xidmət edən Danimarka səyyahı Vitus Berinq 1733-cü ildə Kuril adalarını araşdırmaq və Yaponiyaya dəniz yolu kəşf etməklə vəzifələndirilmişdi. Berinqin ekspedisiyası iki partiyadan ibarət idi. "Archangel Michael" və "Saint Gabriel" gəmilərindən ibarət ikinci partiyaya Martin Spanberq və Vilyam Valton rəhbərlik edirdi. İkinci partiyasının əsas vəzifəsi cənuba səyahət edərək Amerika sahillərinin Yaponiyaya yaxın olub-olmadığını müəyyən etmək idi.

"gəmilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gəmilər nədir? #gəmilər sözünün mənası #gəmilər nə deməkdir? #gəmilər sözünün izahı #gəmilər sözünün yazılışı #gəmilər necə yazılır? #gəmilər sözünün düzgün yazılışı #gəmilər leksik mənası #gəmilər sözünün sinonimi #gəmilər sözünün yaxın mənalı sözlər #gəmilər sözünün əks mənası #gəmilər sözünün etimologiyası #gəmilər sözünün orfoqrafiyası #gəmilər rusca #gəmilər inglisça #gəmilər fransızca #gəmilər sözünün istifadəsi #sözlük