Gəmiqaya sözü azərbaycan dilində

Gəmiqaya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Gəmiqaya • 99.3976%
  • GƏMİQAYA • 0.3012%
  • gəmiqaya • 0.3012%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəmiqaya
Gəmiqaya — Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqində, Zəngəzur silsiləsinin suayırıcında yerləşən zirvə. Hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m) xalq arasında Gəmiqaya adı.Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə.III-I minilliklərə aid qayaüstü rəsmlər–piktoqramlar (qədim yazılar) var (Gəmiqaya rəsmləri).
Gəmiqaya Holding
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Gəmiqaya dağı
Gəmiqaya dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3725,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Nəsirvaz kəndindən 7 km cənub-şərqdə yerləşən zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, meridional istiqamətdə uzanan piramıdaya oxşar qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir. Cənub-şərq yamacından şimal-şərq istiqamətli fay qırılmaları keçir. E.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar və Bibqətəl piri buradadır. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində m.ö.
Gəmiqaya nekropolu
Gəmiqaya nekropolu — Ordubad rayonunun Nəbiyurdu yaylasında arxeoloji abidə. Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. == Ümumi məlumat == Burada qəbirlər daş qutu tiplidir. Tədqiqat zamanı dağıdılmış qəbirlərin birindən isə Kür-Araz mədəniyyətinə aid keramika parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda həmçinin dəmir dövrünə aid qəbirlər aşkar olmuşdur. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanmış, üzəri ağır sal daşlarla qapadılmışdır. Qəbirin içərisinə şimal tərəfdə yerləşən ensiz dromoslardan girilir. Qəbirin sağ divarında bir üçbucaq şəkilli taxça vardır. Abidə kanal qazılarkən dağıntıya uğramışdır və talan edildiyindən maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Nekropol tikinti texnikasına və quruluşuna görə onu eradan əvvəl 4-1-ci minilliklərə aid edilir.
Gəmiqaya petroqlifləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Gəmiqaya qəbiristanı
Gəmiqaya qəbiristanı — Ordubad rayonunda Qapıcıq dağının (Kiçik Qafqaz) cənub-qərb ətəyində, Qaranquş yaylağında (Tunc dövrünə aid qayaüstü rəsmlərlə zəngin ərazi) orta əsrlərə aid arxeoloji abidə. Qəbiristanda qəbirüstü və dik daşlar var. Bəzi qəbirlərin üstü kurqanları xatırladan müxtəlif daşlarla örtülmüşdür. Qəbirüstü daşlarda kitabə yoxdur. Gəmiqaya qəbir abidələri sahəsindən göy şirli gil qab qırıqları əldə edilmişdir. Abidə X-XIV əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 127.
Gəmiqaya rəsmləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Gəmiqaya təpəsi
Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur. Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.
Gəmiqaya (film, 1981)
== Məzmun == Film Naxçıvan Muxtar Respublikasının ərazisində, Ordubad yaxınlığında Gəmiqayanın zirvəsində qranit sal qayalar üzərində 10 min il bundan əvvəl bizim əcdadlarımızın əlləri ilə yaradılmış qədim rəsmlərə həsr edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Aydın İbrahimov Operator: Ələkbər Muradov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Gəmiqaya Tarix-Bədii Qoruğu
Gəmiqaya Tarix-Bədii Qoruğu — dünyada dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən nadir qoruqlardan və muzeylərdən biri. == Haqqında == Naxçıvandakı Gəmiqaya təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox yüksək nöqtədə yerləşən muzeylərdən biridir. == Yaradılma tarixi == Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda açılış zamanı 184 eksponat olmuşdur. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.07 dəfə / 1 mln.
2003 •••••••• 2.36
2004 •• 0.34
2005 ••• 0.67
2006 •••••••••••••••• 4.96
2007 ••••••••••••• 4.02
2008 •••••• 1.71
2009 ••••••••••••• 3.84
2010 •••••••• 2.45
2011 •••••••••• 2.83
2012 •••••••• 2.24
2013 0.15
2014 ••• 0.86
2015 0.17
2016 •••• 1.21
2017 ••• 0.81
2018 0.15
2019 0.14
2020 •••••••••••••••••••• 6.23

Oxşar sözlər

#gəmiqaya nədir? #gəmiqaya sözünün mənası #gəmiqaya nə deməkdir? #gəmiqaya sözünün izahı #gəmiqaya sözünün yazılışı #gəmiqaya necə yazılır? #gəmiqaya sözünün düzgün yazılışı #gəmiqaya leksik mənası #gəmiqaya sözünün sinonimi #gəmiqaya sözünün yaxın mənalı sözlər #gəmiqaya sözünün əks mənası #gəmiqaya sözünün etimologiyası #gəmiqaya sözünün orfoqrafiyası #gəmiqaya rusca #gəmiqaya inglisça #gəmiqaya fransızca #gəmiqaya sözünün istifadəsi #sözlük