Atatürkün türk gəncliyinə xitabı
Gəncliyə müraciət — Mustafa Kamal Atatürk tərəfindən, Cümhuriyyət Xalq Partiyasının II Böyük Qurultayında 20 oktyabr 1927-ci ildə "Nitq" adlı əsərinin yaranmasına səbəb olan nitqinin sonunda türk gəncliyinə xitabən söylədiyi mətndir. Nitqin yekun hissəsini təşkil edir.
Xitab, Nitqin "Türk gəncliyinə qoyduğum əmanət" başlıqlı bölməsindədir. "Türkiyə istiqlalı" və "Türkiyə Cümhuriyyəti" anlayışlarına əsaslanan bir mətndir.
Cəmi 15 cümlədən ibarətdir, onlardan on üçü tam, ikisi isə elliptik cümlədir.
Mətn "Ey türk gəncləri!" ilə başlayır, "Sizə lazım olan güc damarlarınızdakı nəcib qandadır!" ilə bitir.
Mustafa Kamal bu müraciəti ilə türk millətinin gələcəyi olan gənclərə keçmişdə yaşanan bəlaların bir daha təkrarlanmaması üçün həyati tövsiyələr verib.
Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti ilə ortaya çıxan qaranlıq mənzərənin təsviri ilə başlayır. Bu çətin şəraitdə belə türk gəncliyinin borcunun Türk istiqlalını və cümhuriyyətini əbədi olaraq qorumaq və müdafiə etmək olduğu bildirilir. Mustafa Kamal bir növ siyasi vəsiyyətnamə olan gənclərə müraciətini oxuyarkən çox təsirlənmiş və göz yaşlarını saxlaya bilməmişdi.