Gəncəvinin sözü azərbaycan dilində

Gəncəvinin

Yazılış

  • Gəncəvinin • 99.9006%
  • gəncəvinin • 0.0497%
  • GƏNCƏVİNİN • 0.0497%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nizami Gəncəvinin abidəsi
Sumqayıtda Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nizami Gəncəvinin divanı
Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی‎) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır. Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur. Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır.
Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin Ev Muzeyi
Nizami Gəncəvinin Ev Muzeyi — Azərbaycanın Gəncə şəhərində yerləşir. Ev muzeyi 1980-ci ildə "Nizami" bədii filminin çəkilişi zamanı tikilmişdir. Muzeyin tikilməsində məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından ibarət olmuşdur.
Nizami Gəncəvinin ev-muzeyi
Nizami Gəncəvinin Ev Muzeyi — Azərbaycanın Gəncə şəhərində yerləşir. Ev muzeyi 1980-ci ildə "Nizami" bədii filminin çəkilişi zamanı tikilmişdir. Muzeyin tikilməsində məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından ibarət olmuşdur.
Nizami Gəncəvinin heykəli (Daşkənd)
Nizami Gəncəvinin heykəli — Özbəkistanın paytaxtı Daşkənd şəhərində, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin yaxınlığındakı meydanda, Babur adına parkın yaxınlığında yerləşən görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin heykəltəraşı İlham Cabbarovdur. Abidə 2004-cü ilin martın 23-də ucaldılıb. Abidənin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Abidə Nizami Gəncəvinin büstüdür, burada şərq geyimində, başında çalması olan, sol əlində kitab, sağ əli isə sinəsində olan şair təsvir edilmişdir. Postamentdə özbək (özb. Nızomıy Ganjavıy) və azərbaycan dillərində (azərb. Nizami Gəncəvi‎) şairin adı yazılmış, doğulduğu və öldüyü illər göstərilmişdir.
Nizami Gəncəvinin heykəli (Kişinyov)
Nizami Gəncəvinin heykəli — görkəmli Azərbaycan şairi, Nizami Gəncəvinin Moldovanın paytaxtı Kişinyov şəhərində 2005-ci ildə qoyulmuş heykəli. Abidənin heykəltaraşı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Akif Əsgərov, memarı isə Moldovanın əməkdar memarı Semyon Şoyxetdir. Abidənin açılış mərasimi 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində baş tutmuşdur. Abidənin qoyulması fikri Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur. 12 noyabr 2012-ci ildə əsaslı yenidənqurma və bərpadan sonra Nizami Gəncəvinin adını daşıyan parkın açılışı olub. Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər.
Nizami Gəncəvinin heykəli (Moskva)
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində qoyulmuş abidə. Heykəl Rusiya Federasiyasında olan Azərbaycan səfirliyinin qarşısındakı Müslüm Maqomayev parkında ucaldılıb. Dahi şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi Rusiyanın paytaxtı Moskva şəhərində, Müslüm Maqomayev parkında Azərbaycan səfirliyinin binasının yanında (ev № 16), Leontievski və Eliseevski döngələrinin kəsişməsində uzaldılmışdır. Abidə 1991-ci ildə ucaldılıb və Azərbaycanın Moskva şəhərinə hədiyyəsidir. Abidənin heykəltəraşları T. Zeynalov və E. Zeynalov, memarları R. Əsgərov və P. Əliyevdir. Nizami ənənəvi şərq geyimində, əlində kitablarla oturmuş şəkildə təsvir edilmişdir. Postamentdə rus dilində "Nizami Gəncəvi" yazılmışdır.
Nizami Gəncəvinin heykəli (Pekin)
Nizami Gəncəvinin heykəli (çin. 纪念碑尼扎米•甘伽维) — Çinin paytaxtı Pekin şəhərində, Çaoyan parkında görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin müəllifi məşhur Çin rəssamı Yuan Sikundur. Abidə Çin Xalq Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə Azərbaycan tərəfinin dəvətinə cavab olaraq Yuan Sikun tərəfindən yaradılmışdır. Abidənin təntənəli açılış mərasimi 2012-ci il dekabrın 6-da səhər saatlarında baş tutub. Tədbirdə Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov, ÇXR Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin müşaviri Su Fanqqiu, ÇXR Dövlət Şurasının Mədəniyyət Təşkilatları Komitəsinin baş katibi iştirak edib. Pekin Cintay İncəsənət Muzeyinin direktoru və heykəltəraşlıq müəllifi Yuan Sikun, Çin Mərkəzi Universitetinin professoru Hu Zhenhua və hər iki ölkənin müxtəlif ictimai sahələrinin nümayəndələri də həmçinin mərasimdə iştirak edirdilər. Abidənin açılış mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov çıxış edib. O, tədbir iştirakçılarına şair və mütəfəkkir Nizami Gəncəvinin uğurlarından danışıb. O, çıxış edərək qeyd edib ki, şairin büstünün tamamlanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi şərəfinə hədiyyədir.
Nizami Gəncəvinin heykəli (Roma)
Nizami Gəncəvinin heykəli (it. Monumento a Nizami Ganjavi) — XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılıb. Heykəl İtaliyanın paytaxtı, Roma şəhərində Villa Borghese parkında, Viale Madame Leticia ərazisində yerləşir. Abidənin müəllifləri Azərbaycan Respublikasının xalq rəssamı Salxab Məmmədov və heykəltaraş Əli İbadullayevdir. Layihə, Roma şəhərın Hökumətinin tarix və incəsənət üzrə komissiya tərəfindən təsdiqlənmişdi. Abidənin açılışı 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli "Azərbaycan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı ilə baş tutmuşdur. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər şurasının beynəlxalq şöbənin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər. Abidə üzərində italyanca "Azərbaycan şairi Nizami Gəncəvi 1141-1209" (ing. Poeta Azerbaigiano Nizami Ganjavi 1141 - 1209) yazılıb.
Nizami Gəncəvinin heykəli (Sumqayıt)
Sumqayıtda Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nizami Gəncəvinin heykəli (Çeboksarı)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 2004-cü il fevralın 24-də Çeboksarı şəhərinin cənub qəsəbəsində ucaldılmış heykəli. Abidənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak etmişdir. Açılış mərasimində, həmçinin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Abidənin müəllifi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
Nizami Gəncəvinin türkcə divanı
Nizami Gəncəvinin türkcə divan — Nizami Gəncəviyə aid olduğu iddia olunan türkcə divan. XV əsrdə Dövlətşah Səmərqəndi özünün "Təskirətül-şüəra" kitabında qeyd etmişdir ki, mən Nizaminin iyirmi minlik divanını və türkcə şerlərini görmüşəm. Misir də Xədiviyyə kitabxanasında olan əlyazmada ((Sultan Camal)) adında bir padşahdan söz gedir. Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə Tehranda nəşr etdirdigim DİVAN NİZAMİ GƏNCƏVİ də S.40-də o mədh olan Sultan camal barəsində lazimi qədər söz gedir istərdim həmən mətni birdə gözdən geçirmiş olaq: (sultan Cəmal (-əldin) Şəhriyar-i növcəvan sultan əmal ol şah kim osrov-i ali ələmdir valiy-i vala himəm Belə nəzərə gəlir ki, beytdə adı gələn Sultan Cəmal, Atabəklərin Həmədanda höküm sürən və o sülalənin ədalətli əmirlərindən olan Cəmal-əldin olmuş olsun. Buna görə ki, Nizaminin dövründə o, (Cəmal-əldin Ay Abə) Həmədan əmirliyində hökumət edirdi. Onun haqqında “Rahət-əlsüdur və Ayət-əlsürur” kitabında kifayət qədər mə’lumat vardır. “Cəmal-əldin Ay Abə” və Nizami Gəncəvinin həyatı dövrü yazılan “Rahət-əlsüdur və Ayət-əlsürur”-da belə bir qeyd vardır: "... həmədan hakimligində ’adil padışah, məlekulüməra”cəmaladdin”ay Aabə "əzim ətabəki İzzənəsrə..." rahətəlsədur və ayətolsurur s.40) Bu Atabək Cəmal, Toğrul ibn-i Ərsalanın xas hacibi (dərbar vəziri) imiş (“Rahət-əlsüdur və Ayət-əlsürur”, səhifə 331) həmən qaynaqda qeyd olunur: "... padişah məlekoloməra"cəlaləddin"aybə ə’zəm ətabəki ki, zamanənin yeganəsi, dünyanin xoş xislətlisidir və əraq əmirliklərinin qalanida onunidi... Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə, Tehran, 2002, Əndişeyi Nv nəşriyyatı.
Bakı şəhərindəki Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə. == Müəllifləri == Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. == Texniki xarakteristikası == Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)
Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri — Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri nəzərdə tutulur. Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar. Nizami Gəncəvi şöhrəti və farsdilli ədəbiyyata töhfəsinə görə, türk və fars mədəni "tellər"inin daxili əlaqəsinin və Azərbaycanın türk-fars mədəniyyətində yerinin nümunəsi sayılır. Nizami Gəncəvidən sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmiş, onun yaradıcılığından bəhrələnmiş və dərs almışlar. Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: "Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?". Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır. Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz "Xəmsə" poemalarında açıb göstərməyə nail olmuşdur.
Nizami Gəncəvinin heykəl və abidələri
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin heykəli (Bakı, 1949)
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə. Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin heykəli — heykəltaraş Fuad Əbdürəhmanovun, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun əsəri. 1946-cı ildə Gəncədə ucaldılmışdır. 2009-cu ildə bərpa edilmiş, mərmər postament bürünclə əvəz olunmuşdur. Təmir və tikinti işlərinə büdcədən 45 min manat ayrılmışdır.
Nizami Gəncəvinin heykəli (Sankt-Peterburq)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində 25 və 27-ci binalar arasında yerləşən bağçadakı heykəli. Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Şairin abidəsi azərbaycanlı heykəltaraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı "Heykəltəraşlıq kombinatı" müəssisəsində hazırlanmışdır. Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər. Şairin 5 metrlik tunc fiquru şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib.
"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı

Oxşar sözlər

#gəncəvinin nədir? #gəncəvinin sözünün mənası #gəncəvinin nə deməkdir? #gəncəvinin sözünün izahı #gəncəvinin sözünün yazılışı #gəncəvinin necə yazılır? #gəncəvinin sözünün düzgün yazılışı #gəncəvinin leksik mənası #gəncəvinin sözünün sinonimi #gəncəvinin sözünün yaxın mənalı sözlər #gəncəvinin sözünün əks mənası #gəncəvinin sözünün etimologiyası #gəncəvinin sözünün orfoqrafiyası #gəncəvinin rusca #gəncəvinin inglisça #gəncəvinin fransızca #gəncəvinin sözünün istifadəsi #sözlük