gənəciyi sözü azərbaycan dilində

gənəciyi

Yazılış

  • gənəciyi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bağ hörümçək gənəciyi
Bağ hörümçək gənəciyi - (lat. Schizotetranychus pruni) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin tor gənəcikləri fəsiləsinə aid olan növ == Xarici quruluşu == İmaqo mərhələsində gənəcik 0,3–0,6 mm ölçüdə olub, yaşılımtıl rəngdədir. Dişi fərdin uzunluğu 0,35–0,44 mm-dir, erkək fərdin uzunluğu isə 0,29 mm-dən çox olmur. Yumurta diametri 0,11 mm. Hamar, sferikdir. Nimfanın uzunluğu 0,23–0,31 mm olub sarımtıl-yaşıldır. == Həyat tərzi == Gənəciklər yarpağın alt tərəfində hörümçək toru quraraq, orada yaşayır və inkişaf edir. Gənəciklər yoluxmuş yarpaqlarda sarı, qırmızı üzüm sortlarında isə çirkli qırmızı ləkələr əmələ gətirir. Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yumurta qoyur. Yumurtalardan 10-15 gün sonra sürfələr çıxır.
Qoz fır gənəciyi
Qoz fır gənəciyi - (lat. Eriophyes tristriatus) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirənlər fəsiləsinə aid olan növ Qoz fır gənəciyinin yetkin fərdləri 220 mikron uzunluqda mikroskopik canlı olub, bədəni 60-yaxın buğumdan ibarətdir. Onun ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəciklərindən fərqlənir. Onu sürfəsi xarici görünüşünə görə yetkin fərdə oxşayır. Yumurtası kürəvaridir. Gənəcik tərəfindən şirəsi sorulan yarpağın üst səthi qabarıq olur. yarpağın alt tərəfində çökəklik əmələ gəlir. Həmin çökəkliklər içərisində keçə kimi tellər yığımı olur. Gənəcik həmin tellər içərisində yaşayır.
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.

Oxşar sözlər

#gənəciyi nədir? #gənəciyi sözünün mənası #gənəciyi nə deməkdir? #gənəciyi sözünün izahı #gənəciyi sözünün yazılışı #gənəciyi necə yazılır? #gənəciyi sözünün düzgün yazılışı #gənəciyi leksik mənası #gənəciyi sözünün sinonimi #gənəciyi sözünün yaxın mənalı sözlər #gənəciyi sözünün əks mənası #gənəciyi sözünün etimologiyası #gənəciyi sözünün orfoqrafiyası #gənəciyi rusca #gənəciyi inglisça #gənəciyi fransızca #gənəciyi sözünün istifadəsi #sözlük