* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bot. Bozumtul, yumşaq gövdəsi, dairəvi yarpaqları olan tikansız bitki. Cavan oğlan nazik gərməşov saplı şallağını tərpədib kəlləri hayladı. Ə.Vəliyev. …Qocanın bir qoyun dərisindən ibarət olan yatağı yanında torpaq döşəməyə sancılmış bir gərməşov çubuğu yanırdı… İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / gərməşov1 İki ağac növü şov komponenti ilə bitir: gərməşov və mürdəşov (murdarça). Gərməşov –“gərilə (əyilə) bilən, sınmayan, elastik olan şov (əsli: şiv)” deməkdir. Mürdəşov isə “murdar şiv” deməkdir (uşaq ondan əl ağacı düzəldəndə valideynlər icazə vermirlər ki, pis ağacdır). “Mürdəşə – dur döşə” (davaya səbəb olur) deyimi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gərməşov2 сущ. бот. бересклет (кустарниковое растение). Saqqalcıqlı gərməşov бородавчатый бересклет
Azərbaycanca-rusca lüğət / gərməşov