gəvəni sözü azərbaycan dilində

gəvəni

Yazılış

  • gəvəni • 84.2105%
  • Gəvəni • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andrey gəvəni
Andrey gəvəni (lat. Astragalus andreji) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == 80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5-6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir.
Bakı gəvəni
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). == Botaniki xarakteristikası == Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Bekker gəvəni
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. == Botaniki təsviri == Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fyodorov gəvəni
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Hirkan gəvəni
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. == Botaniki təsviri == 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5–15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1–2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.
Hohenager gəvəni
Hohenager gəvəni (lat. Astragalus hohenackeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand sahəsində təsvir еdilmişdir. Şimali və Qərbi İranda yayılmışdır. == Botaniki təsviri == 9-25 sm hündürlükdə, yastıqvari, budaqları qısa tikanlı, yarpağını tökən kolcuqdur. Yarpaqları 5-7 cüt, xətvari-neştərşəkilli olub, 6 mm uzunluqdadır. İyun ayında çiçəkləyir. == Ekologiyası == Quru, daşlı yamaclarda bitir. İstiyə, quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Lənkəranın Diabar sahəsində rast gəlinir.
Hüseynov gəvəni
Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə 35-45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4-5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olun¬muşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3-4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir. == Ekologiyası == Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Jukunda gəvəni
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Karakalin gəvəni
Lusiya gəvəni
Lusiya gəvəni (lat. Astragalus lussiae) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5-6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Monqol gəvəni
Monqol gəvəni (lat. Astragalus mongholicus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Mərəzə gəvəni
Mərəzə gəvəni (lat. Astragalus maraziensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 15-40 sm hündürlükdə, aşağı hissəsi bərk, yarpağını tökən, ağacvari yarımkoldur. Üzəri çökük, boz tüklüdür. Yarpaqcıqları 3-4 (5) cüt, 8-15 mm uzunluqda, 1 mm enində, ucları küt, hər iki tərəfdən ağ tüklüdür. Çiçək oxu çoxdur, boz tüklü, 4 dəfə yarpaqdan uzundur. Çoxçiçəkli, 25-ə qədər çiçəkləri salxım çiçək qrupu əmələ gətirir. Paxlası qısa, 4,5 sm uzunluqda, sıx, ağ tüklü, qısa burunludur. Mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Prilipko gəvəni
Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu EN B2ab (v). == Təbii yayılması == == Botaniki təsviri == 15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür.
Qarabağ gəvəni
Quba gəvəni
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. == Qısa morfoloji təsviri == 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Qüdrət gəvəni
== Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Nazçıvan MR-də rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkisidir. CR B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı). == Bitdiyi yer == Naхçıvanda yuxarı dağ qurşağında yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda təbii ehtiyatı azdır. == Biоlоji хüsusiyyətləri == Təbiətdə hündürlüyü 25-30 sm-ə qədər оlan ti¬kan¬lı kоldur. Tikanları dağınıq, 2-3 sm uzunluqda, bənövşə rəngli, düz möh¬kəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzun¬luqda оlub, yaşıl, bоz tüklüdür. Yarpaqaltlıqları enli yumurtavarı, qısa tük¬lü, 8 mm uzunluqdadır. Yarpaq qоltuğunda əmələ gələn 2 çiçək 1-2 sm uzunluqda sünbülvarı çiçək qrupu əmələ gətirir.
Terek gəvəni
Terek gəvəni (lat. Astragalus terekensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz dağlarının şimal və şərq hissəsində, Dağıstanda yayılmışdır. == Botaniki təsviri == Yarpağını tökən, 40-60 sm hündürlüyə çatan koldur. Kolları üzərində əmələ gələn çoxlu miqdarda qısa budaqları nazik tikanlarla örtülüdür. Yarpaqları 2,5-3 sm uzunluqda, 0,5 mm enində olub, tutqun bozdur. Yarpaqaltlıqları 7–9 mm uzunluqda, altdan qısatüklü, bizvari, itiuclu, ağ rənglidir. Yarpağı 4-6 cüt, yarpaqcıqların eni 7 mm olub, neştərvari, uzunsov, şiş, qalın tikanlarla qurtarır. Hər yarpağın qoltuğunda 2 çiçəkdən ibarət, 1-2,5 sm uzunluqda çiçək qrupu əmələ gəlir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, qayığabənzər olub, aşağı hissəsi sarımtıl-yaşıl, yuxarı hissəsi isə tüklüdür.
Vedi gəvəni
Vedi gəvəni (lat. Astragalus vedicus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur.
Xəzər gəvəni
== Ümumi yayılması: == Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-lərində təbii arealı vardır. == Azərbaycanda yayılması: == Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır. == Statusu: == Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab(ı,ıı,ııı,ıv,v). == Bitdiyi yer: == Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir. == Təbii ehtiyyatı: == Azdır. == Bioloji xüsusiyyətləri: == Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavarı lansetşəkilli qısa tüklü kənarları kirpikvarı-dır.
Zəngilan gəvəni
Zəngilan gəvəni (lat. Astragalus zangelanus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Məlumat azlığı" – DD. Qafqazın endemik növüdür. == Təbii yayılması == Kiçik Qafqazın cənub sahəsi (Yuxarı Qarabağ, Zəngilan rayonu – Pirçevan kəndinin ətrafında). == Botaniki təsviri == 16 sm-dək hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqcıqlar 7-11 cüt, sivriləşmiş, 13 mm-dək uzunluqda, 1-1,5 mm enində, üst hissədə zəif, aşağı hissədə isə sıx sıxışdırılmış boz-tükcüklüdür. Salxım çiçək qrupu boş, 6-12 çiçəklidir. Kasacıq sıxışdırılmış ağımtıl və qara tükcüklü; dişlər bizvari; 2-3 dəfə borucuqdan qısadır. Paxlalar düz, silindrik, 4,5-6 sm uzunluğunda, nazik, 10 mm-dək uzunluqda buruncuqludur. == Ekologiyası == Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun-iyul aylarına təsadüf edir.
Çin gəvəni
Çin gəvəni (lat. Astragalus chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Şahənd gəvəni
Şahənd gəvəni (lat. Astragalus sahendi) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. == Botaniki təsviri == Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. == Ekologiyası == Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Naxçıvan gəvəni
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i,ii, iii)c(i)+2ab(i,ii,iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu - CR B1ab (i,ii, iii)c(i)+2ab(i,ii,iii)c(i). == Qısa morfoloji təsviri == Çoxsaylı düzduran gövdəli, 20-50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16-27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4-6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Paradoksal paxladəni (gəvəni)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2010 •••••• 0.09
2012 ••••••••••• 0.17
2013 •••••••••• 0.15

Oxşar sözlər

#gəvəni nədir? #gəvəni sözünün mənası #gəvəni nə deməkdir? #gəvəni sözünün izahı #gəvəni sözünün yazılışı #gəvəni necə yazılır? #gəvəni sözünün düzgün yazılışı #gəvəni leksik mənası #gəvəni sözünün sinonimi #gəvəni sözünün yaxın mənalı sözlər #gəvəni sözünün əks mənası #gəvəni sözünün etimologiyası #gəvəni sözünün orfoqrafiyası #gəvəni rusca #gəvəni inglisça #gəvəni fransızca #gəvəni sözünün istifadəsi #sözlük