hərbçilərinin sözü azərbaycan dilində

hərbçilərinin

Yazılış

  • hərbçilərinin • 99.9137%
  • Hərbçilərinin • 0.0863%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Antiterror əməliyyatında şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Antiterror əməliyyatında həlak olan Azərbaycan hərbçilərinin siyahısı
Anti-terror əməliyyatında şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Qarabağda döyüşlərdə (2023) şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2016)
Aprel döyüşlərində həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun həlak olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə həlak olanların dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu həlak olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda həlak olmuşdur. Həlak olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı həlak olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 həlak hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda həlak olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Sentyabr döyüşlərində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2022)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2020)
İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı — 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və 10 noyabr 2020-ci ildə Azərbaycan tərəfinin qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Bu siyahı Azərbaycan tərəfinin həlak olmuş hərbi qulluqçuları barədə məlumatları əhatə edir. Məlumatların soyad, ad, ata adı, doğum tarixi bölmələləri Müdafiə Nazirliyinin rəsmi siyahısına əsasən tərtib edilsə də, qoşun növü, vəfat tarixi, vəfat yeri və SHXÇDX bölmələri açıq mənbələrə və əsasən Hərbi Komissarlığının rəsmi internet səhifəsində göstərilən məlumatlara əsasən tərtib edilmişdir. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak oldu. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi. Əlavə olaraq 3 nəfər mülki qulluqçu idi. Həlak olanların 796 nəfəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), 1166 nəfəri isə çağırışçılar idi. Müharibə zamanı həminin 11 110 nəfər yaralandı, 7 nəfər isə itkin düşdü. Ümumi olaraq müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinə daxil olan yeddi qoşun növü itki vermişdi — Müdafiə Nazirliyinin Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu və Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti. Əlavə olaraq müharibəyə göndərilən Heydər Əliyev adına AAHM müəllim və tələbə heyətindən də 10 nəfəri həlak oldu, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər aldı.
2016-cı il Aprel döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
2022-ci il Sentyabr döyüşlərində şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
İkinci Qarabağ müharibəsindən sonra həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2020−2023)
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Dağlıq Qarabağ ərazisində baş verən döyüşlərdə həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2023)
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının N hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi qulluqçusu, Komando Briqadalarının N hərbi qulluqçusu, Daxili Qoşunlarının 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər.

Oxşar sözlər

#hərbçilərinin nədir? #hərbçilərinin sözünün mənası #hərbçilərinin nə deməkdir? #hərbçilərinin sözünün izahı #hərbçilərinin sözünün yazılışı #hərbçilərinin necə yazılır? #hərbçilərinin sözünün düzgün yazılışı #hərbçilərinin leksik mənası #hərbçilərinin sözünün sinonimi #hərbçilərinin sözünün yaxın mənalı sözlər #hərbçilərinin sözünün əks mənası #hərbçilərinin sözünün etimologiyası #hərbçilərinin sözünün orfoqrafiyası #hərbçilərinin rusca #hərbçilərinin inglisça #hərbçilərinin fransızca #hərbçilərinin sözünün istifadəsi #sözlük