Hacıbəyov sözü azərbaycan dilində

Hacıbəyov

Yazılış

  • Hacıbəyov • 99.7943%
  • hacıbəyov • 0.1543%
  • HACIBƏYOV • 0.0514%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məcnun Hacıbəyov
Məcnun Salam oğlu Hacıbəyov (5 oktyabr 1935, İkinci Nügədi, Quba rayonu – 16 noyabr 2021) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kəndində yaşamışdır. 1935-ci ilin 5 oktyabrında rayonun II Nügədi kəndində doğulan aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız "Solğun çiçəklər" tamaşında "Əbdül" rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır.
Nazim Hacıbəyov
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır. 1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir. XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir. Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
Niyazi Hacıbəyov
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Osman Hacıbəyov
Osman İsmayıl oğlu Hacıbəyov (18 fevral 1924, Şuşa, DQMV – 14 iyun 1979, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969) Lenin komsomolu mükafatı laueratı (1967), , Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib. El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq) Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev) Yaşar ("Yaşar", Cəfər Cabbarlı) Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib) Protey ("İki veronalı", Vilyam Şekspir) İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə) Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun) Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov) Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Haoldoni) Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov) İohannes ("Qarlar Kraliçası", Yevgeni Şvarts) Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə) Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir) Süleyman ("Ötən ilin son gecəsi", Anar) Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) Keykavus ("Söhrab və Rüstəm", İsgəndər Coşqun) Müküş ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli) O olmasın, bu olsun (film, 1956) "OSMAN HACIBƏYOV". https://www.kino-teatr.ru.
Soltan Hacıbəyov
Soltan İsmayıl oğlu Hacıbəyov (8 may 1919, Şuşa, Gəncə quberniyası – 19 sentyabr 1974, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır. Stalin mükafatı (II dərəcə) (1952) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (26 aprel 1958) "Qırmızı əmək bayrağı" ordeni (9 iyun 1959, 19 may 1969) "Azərbaycan SSR xalq artisti" fəxri adı (24 may 1960) Azərbaycan SSR Dövlət mükafatı (29 sentyabr 1970) — simfonik orkestr üçün konsertə görə "SSRİ xalq artisti" fəxri adı (26 iyul 1973) Karvan (simfonik lövhə) Hacıbəyovlar Orkestrin konserti Bəstəkar Soltan Hacıbəyov Soltan Hacıbəyovun "Karvan" simfonik poeması sayt YouTube Soltan Hacıbəyov Azad Ozan Kərimli — Soltan Hacıbəyovun 80 illiyinə.
Zülfüqar Hacıbəyov
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa – 30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır. Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur.
Çingiz Hacıbəyov
Çingiz Zülfüqar bəy oğlu Hacıbəyov (2 (15) oktyabr 1913, Bakı – 18 yanvar 1971, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Çingiz Hacıbəyov 1913-cü ildə Bakıda anadan olub. 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrində işləyib. Həmçinin Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1931-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyət göstərmişdir. Çingiz Hacıbəyovun yaradıcılığının əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. 1938–1953-cü illərdə baş dirijor olmuşdur. 1953-cü ildən 1960-cı ilədək, Azərbaycan Dövlər Radio və Televiziya Verilişləri Komitəsində baş dirijor, 1960-cı ildən ömrünün sonunadək Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrində dirijor olmuşdur.
Üzeyir Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
İsmayıl Hacıbəyov
İsmayıl Soltan oğlu Hacıbəyov (2 sentyabr 1949, Bakı – 25 mart 2006, Bakı) — Azərbaycan bəstəkarı, dosent (1994), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2000), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1984), "Humay" mükafatı laureatı (1994). İsmayıl Hacıbəyov 1949-cu il sentyabrın 2-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) təhsil alıb (1972). 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasında dərs deyib. Bəstəkar Soltan Hacıbəyovun oğludur. Piano üçün "Albomdan səhifələr" Süitası (1991) Piano üçün "Üç idilliya" (1992) Fleyta və simli orkestr üçün "Konsertştük" (1993) Oktet üçün "Divertisment" (1993); Dantenin söz. 4 Romans (1996) "Füruzə" operası /libretto — müəllifindir/ (1997) Fleyta, klarnet və piano üçün "İstəklər" Triosu (1998) Nəfəsli alətlər üçün Kvintet (1999) A'capella xoru üçün 3 Vokaliz (2000) Məqalələr "F.Bədəlbəyli: məqalələr, materiallar" kitabında. B., "QAPP — Poliqraf" (1997) K.Karaev: portret kompozitora-novatora. "Azərbaycan-İrs" jurnalı №4-5 (2000) Neqasnugie vospominanic. "Əmir Həbibzadə — 85".
Əli Hacıbəyov
Əli Hacıbəyov (6 avqust 1989, Mahaçqala) — futbolçu, müdafiəçi, Legion-Dinamo klubunun oyunçusu. Dağıstan futbolunun yetirməsidir. 2005-ci ildə "Anji-Xəzər" həvəskar klubunda oynaır, lakin klub tezliklə çempionatdan çıxır. 2006-cı ildə Anjinin Birinci Divizionda mövsüm üçün müraciətinə daxil edilir və 28 iyul 2006-cı ildə Mahaçqala Dinamosu ilə səfər matçının 76-cı dəqiqəsində Erik Kamdemi əvəz edərək debüt edir. Növbəti mövsüm 12 oyun keçirir. Anjinin Premyer Liqada oynamaq hüququ qazandığı 2009-cu il mövsümündə, Novorossiyskin Çornomorets klubu ilə oyunda Yevgeni Şerbakovu əvəz edərək yalnız bir oyun keçirir. Premyer Liqada 4 iyul 2010-cu ildə Sankt-Peterburqun "Zenit" klubu ilə səfər matçında debüt edir və oyunçu çatışmazlığı səbəbindən mərkəzi hücumçu kimi oynadılır. 13 yanvar 2017-ci ildə Hacıbəyov "Krılya Sovetov klubu ilə 3,5 illik müqavilə imzalayır. 20 iyul 2018-ci ildə Krasnoyarskın "Yenisey" klubu ilə müqavilə imzalamışdır. Əli Hacıbəyov Yenisey klubunda 2018–19 mövsümü üçün icarəyə götürülür.
Niyazi Hacıbəyov Tağızadə
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Qədir bəy Hacıbəyov
Qədir bəy Mehdi bəy oğlu Hacıbəyov (1874-?)—ADR dönəmində Şuşa qəzasının rəisi. Qədir bəy Mehdi bəy oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Uşaqlığı Şuşa qəzasının Əhmədağalı, Zəngəzur qəzasının Diləli-Müsganlı kəndində keçmişdi. Kənddə mollaxanada ibtidai təhsil almışdı. Sonra Şuşa Real məktəbdə oxumuşdu. Şuşa Qəza Polis İdarəsinə II dərəcəli dəftərxana xidmətçisi kimi işə düzəlmişdi. Bir müddət tərcüməçi kimi çalışmışdı. Sonra polis pristavı kimi xidmət etmişdi. Qədir bəy Hacıbəyov ADR dönəmində Şuşa qəza idarəsinin rəisi idi. Ənvər Çingizoğlu, Çar üsul-idarəsində qarabağlı hüquqçular, Bakı, "Şuşa", 2001.
Yəhya bəy Hacıbəyov
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim. Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu.
Zülfüqar bəy Hacıbəyov
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa – 30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır. Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur.
Üzeyir Hacıbəyov (dəqiqləşdirmə)
Üzeyir Hacıbəyov — Azərbaycanın dünya şöhrətli bəstəkar və görkəmli musiqişünas alimi. Üzeyir Hacıbəyov (film, 1965) — Qısametrajlı sənədli film. Üzeyir Hacıbəyov (film, 1976) — Qısametrajlı sənədli film. Üzeyir Hacıbəyov (film, 1986) — Qısametrajlı sənədli film.
Üzeyir Hacıbəyov (film, 1965)
Film görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuşdur. 1) 1967-ci ildə zona kinofestivalı — Film musiqi tərtibatına görə diplom almışdır.
Soltan Hacıbəyov adına Musiqi Texnikumu
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Rüstəm və Söhrab (opera, Ü.Hacıbəyov)
Rüstəm və Söhrab — Üzeyir bəy Hacıbəyovun üçüncü muğam operası. Firdovsinin "Şahnamə" poemasının motivləri əsasında 1910 ildə yazılmışdır, 4 pərdəli bu operanın ədəbi mətni-əruz vəzni ilə yazılmış şer parçaları ilə zəngindir. Librettonun Üzeyir bəy tərəfindən yazılıb-yazılmaması haqda bir sıra fikirlər mövcud idi. Araşdırma nəticəsində librettonun müəllifliyi barədə mübahisələrə son qoyulmuş, oradakı bəzi şer parçalarının isə şair-qəzəlxan Buzovnalı Azərə məxsusluğu müəyyən edilmişdir. Bu operada müəllif muğam səhnələrini azaltmış, musiqinin çox hissəsini özü bəstələmişdir. Operanın ilk tamaşası 1910 il noyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur (rejissor Hüseynqulu Sarabski, dirijor—müəllif. Əsas rollarda H. Sarabski (Söhrab), Əhməd Ağdamski (Təhminə), Hənəfi Terequlov (Keykavus) və b. çıxış etmişlər. Mətbuatda yazıldığına görə, tamaşa müvəffəqiyyət qazanmamışdır. Ona görə də H. operanı səhnədən götürməyə məcbur olmuşdur.
Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Ceyhun Hacıbəyov
Ceyhun Əbdülhüseyn bəy oğlu Hacıbəyli (3 (15) fevral 1891, Şuşa – 22 oktyabr 1962, Paris) — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf. AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub. Azərbaycanlı musiqiçi, bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Cəfər bəy Hacıbəyov
Cəfər bəy Hacı bəy oğlu Hacıbəyov — (1798-?), Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Cəfər bəy Hacı bəy oğlu 1798-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında gizir rütbəsində qulluq etmişdi. == Ailəsi == Cəfər bəyin Səhliyalı bəy adlı oğlu, Pəricahan xanım, Püstə xanım, Mələk xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Kəbirli soyu, "Soy" dərgisi, 2 (7), 2007. səh.13–28.
Üzeyir bəy Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Hacıbəyov (film, 1976)
Üzeyir Hacıbəyov (film, 1986)
Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı - Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş Beynəlxalq musiqi festivalı. Festival Azərbaycanda 2009 – cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Bundan əvvəl 1995 – ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009 – cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı başqa ölkələrdən olan ifaçılar da iştirak edir. Festival zamanı konsertlərlə yanaşı Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur tamaşalarla yanaşı dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Festivalın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur. Festival 2016-cı il sentyabrın 18-dən 27-dək davam edib. On gün davam edən festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunub.
Hacıbəyovlar
Hacıbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Hacıbəyovların ulu babası Molla Hacı bəy Qarabağidir. O, Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir alim idi. Məhəllələrin dini işləri ilə məşğul olurdu. Molla Hacı bəyin Məhəmməd bəy adlı oğlu var idi. Qızı Bəşirət xanım Nəsib bəy Yusifbəylinin nənəsidir. Məhəmməd bəy 1814-cü ildə Şuşada anadan olmuşdu. O, mədrəsə təhsili almış və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Məhəmməd bəy göstərdiyi xidmətlərinə görə xan Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı.
Zülfüqar Hacıbəyovun evi
Zülfüqar Hacıbəyovun evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943) Zülfüqar Hacıbəyovun yaşadığı ev. Tanınmış bəstəkar Zülfüqar Hacıbəylinin evi on XIX əsrə aid memarlıq nümunələrindən biridir. Şuşa şəhərinin Merdinli məhəlləsində Mərdinli meydanı ilə üzbəüz yerləşir. Şuşanın ermənilər tərəfindən işğal edilməsinə qədər bu evdə Şuşa şəhər təhsil idarəsi yerləşirdi. Zülfüqar Hacıbəyovun evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.
Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018). Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur. Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 24)
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.
İnzibati bina (Üzeyir Hacıbəyov küçəsi, 48)

"hacıbəyov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hacıbəyov nədir? #hacıbəyov sözünün mənası #hacıbəyov nə deməkdir? #hacıbəyov sözünün izahı #hacıbəyov sözünün yazılışı #hacıbəyov necə yazılır? #hacıbəyov sözünün düzgün yazılışı #hacıbəyov leksik mənası #hacıbəyov sözünün sinonimi #hacıbəyov sözünün yaxın mənalı sözlər #hacıbəyov sözünün əks mənası #hacıbəyov sözünün etimologiyası #hacıbəyov sözünün orfoqrafiyası #hacıbəyov rusca #hacıbəyov inglisça #hacıbəyov fransızca #hacıbəyov sözünün istifadəsi #sözlük