hadisəsi sözü azərbaycan dilində

hadisəsi

Yazılış

  • hadisəsi • 99.9745%
  • Hadisəsi • 0.0255%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektromaqnit hadisəsi
Gürcüstan hadisəsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Hibiya hadisəsi
Hibiya hadisəsi (日比谷焼打事件, Hibiya yakiuchi jiken) – Rus-yapon müharibəsini sonlandıran Portsmut sülh müqaviləsinə etiraz olaraq 5 sentyabr 1905-ci ildə Tokioda başlayan şəhər iğtişaşı. Yaponiya donanması Rusiya donanmasını Tsuşima döyüşündə məğlub etməsinə, Port-Arturu ələ keçirməsinə və Mukden döyüşündə qələbə qazanmasına baxmayaraq Yaponiya ordusu Mancuriyada çox qalmış və Yaponiya iqtisadiyyatı artıq müharibə xərclərinə görə geriləməyə başlamışdır. Aktual müharibə vəziyyətini qəbul etməyən aktivist qruplar Portmust müqaviləsinin onlara sərf etməyən şərtlərinə etiraz etmək üçün Tokionun mərkəzindəki Hibiya parkında yığışmışdırlar. Etirazçılar xüsusilə Lyaodun yarımadasının və Saxalin adasının yarısının Rusiyaya qaytarılmasını və Rusiyanın Yaponiyaya heç bir təzminat ödəməməsinə etiraz etmişdirlər. Etirazçılar Hibiya parkında 5 sentyabr 1905-ci ilin axşamında toplaşmağa başlamışdırlar, lakin polislər parkın darvazalarına barikadalar qurmuşdurlar. 30.000 nəfərlik izdiham parka daxil olmağa çalışsa da, polislər darvazaları açmaqdan imtina etmişdirlər. Kütlə iğtişaş çıxarmış, İmperiya sarayına yürümüş və iki gün boyunca şəhərdə iğtişaşlar törətmişdir. İğtişaş başa çatana qədər iğtişaşçı kütlə 350-dən çox tikiliyə zərər vermişdir. Bu tikililərə daxili işlər nazirinin iqamətgahı və şəhərdəki polis məntəqələrinin 70%-i daxildir. 17 nəfər öldürülmüş, 450-dən çox polis, 48 yanğınsöndürən və vətəndaş yaralanmış, yüzlərlə insan həbs olunmuşdur.
Külcə hadisəsi
Külcə hadisəsi və ya Külcə qətliamı (çincə: 伊宁事件) — 1997-ci il tarixində Sintszyan-Uyğur Muxtar Rayonuna tabe olan Külcə şəhərində baş vermiş etiraz nümayişləridir. == Haqqında == Etirazları 30 uyğur müstəqillik tərəfdarının edam edilməsi və ənənəvi Uyğur mədəniyyəti ünsürlərini yenidən canlandırma cəhdlərinə mane olma xəbərləri daha da alovlandırdı. Bu qadağalara məşrəp olaraq da bilinən ənənəvi toplantılar da daxil idi. Etirazçıların dini şüarlar səsləndirdiyi və "Müstəqil Şərqi Türküstan" deyə bağırdığı etirazlar iki gün davam etmiş və ardından 5 fevral 1997-ci ildə yüksək təzyiqli su və gözyaşardıcı qazla dağıdılmışdır. Nümayişlər polis və Çin Xalq Azadlıq Ordusu tərəfindən silahla yatırıldı. Rəsmi hesabatlar ölü sayının 9 olduğunu açıqlasa da, müxaliflərə görə, hadisələr zamanı 100-dən çox insanın həyatını itirdiyi təxmin edilməkdədir.
Kərbəla hadisəsi
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Menemen hadisəsi
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilayın və yardımına gələn gözətçilər Həsən və Şövqinin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. Mustafa Fəhmi Kubilay 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi. Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir!
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Simbioz hadisəsi
Struma hadisəsi
Struma hadisəsi və ya Struma Faciəsi, İkinci dünya müharibəsi dövründə Nasistlərdən qaçmağa çalışan yəhudiləri Fələstinə aparmaq üçün Rumıniyadan yola çıxan Struma gəmisinin İstanbul sahillərində SSRİ mənşəli sualtı qayıq tərəfindən batırılmasıdır.
Gədəbəy hadisəsi
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. == Zəmin == Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
Qaradədələr hadisəsi
Qaradədələr hadisəsi — 16 sentyabr 2011-ci ildə yayımlanan türk trilleri, sirr və qorxu filmi. Hekayəsi və çəkiliş tərzi ilə "Blair Witch Project" və "Paranormal Activity" filmlərinə bənzəyən filmin prodüserləri filmdəki hadisələrin 1989-cu ildə çəkilmiş həvəskar videoların birləşdirilərək yaradıldığını deyirlər. Ona görə də bu istehsalın bədii deyil, sənədli film olduğunu iddia edirlər. Film, çəkiliş qrupunun 2009-cu ildə əldə etdiyi məlumatların, sənədlərin və üç VHS kasetinin araşdırılması ilə ortaya çıxan bir əsərdir. 2011-ci ildən etibarən film haqqında ictimaiyyətə məlumat verilməyə başlanmış və kinoteatrlarda nümayiş etdirilən treylerlərdə 18 mart 2011-ci ildə ekranlara çıxacağı bildirilmişdi. Daha sonra bu tarix 25 mart 2011-ci ilə dəyişdirildi, lakin buraxılış tarixi yenidən təxirə salındı. 10 avqust 2011-ci il tarixində filmin rəsmi Facebook səhifəsində edilən açıqlama ilə film layihəsinin avqust ayında tamamlanacağı və 16 sentyabr 2011-ci ildə ekranlara çıxacağı bildirildi. Prodüser şirkəti tərəfindən sənədli film olaraq xarakterizə edilən film 1989-cu ilin yanvarında baş verdiyi iddia edilən bir hadisədən bəhs edir. Həmin ay xəbər agentlikləri K… rayonunun D… kəndində kənd sakinlərinin hava qaralandan sonra iblis varlıqlar gördüyünü və həmin gündən sonra hava qaraldıqca kəndlilərin qorxusundan küçəyə çıxa bilmədiklərini yazmışdı. Bu xəbər o vaxt qəzetlərin əksəriyyətində kiçik hissələrlə dərc olunurdu.
Söyüdlü hadisəsi
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
Kerç boğazı hadisəsi
Kerç boğazı hadisəsi — 25 noyabr 2018-ci ildə Kerç boğazında baş vermiş beynəlxalq insidentdir və bu zaman Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sahil mühafizəsi Qara dənizdən tranzit keçməyə cəhd edən üç Ukrayna Hərbi Dəniz Qüvvələri gəmisini atəşə tutub və onları ələ keçirib. İlk dəfə idi ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya qüvvələri Ukrayna qüvvələri ilə açıq şəkildə vuruşurdu. 2014-cü ildə Rusiya beynəlxalq səviyyədə əsasən Ukrayna ərazisi kimi tanınan yaxınlıqdakı Krım yarımadasını ilhaq edib. Daha sonra boğaz üzərindən Krım körpüsü tikildi. 2003-cü il razılaşmasına əsasən, boğaz və Azov dənizi hər iki ölkənin ümumi ərazi sularına çevrilməli və sərbəst buraxılış üçün əlçatan olmalıdır. Rusiya isə öz növbəsində təkid edir ki, 2003-cü il müqaviləsi qüvvədə qaldığı halda, Ukrayna gəmiləri Dəniz Hüququ Müqaviləsi ilə tənzimləndiyi kimi, hər hansı transmilli su keçidi kimi Krımın perimetri boyunca Rusiya sularına girməzdən əvvəl icazə almalıdır. Krımın Rusiya tərəfindən ilhaqı Ukrayna tərəfindən tanınmır, ona görə də Ukrayna Krım suları ilə bağlı beynəlxalq müqavilənin tətbiqini qanunsuz hesab edir. == Arxa fon == Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. İlhaq Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi olaraq tanınmır. Kerç boğazı Azov dənizini Qara dənizlə birləşdirir və Rusiyanın Taman yarımadasının və mübahisəli Krımın sahillərindən formalaşır.
Alxanlı hadisəsi
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür. Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Boraltan hadisəsi
Boraltan hadisəsi və ya Boraltan faciəsi — 1944-cü ildə 100-dən çox azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən güllələnməsi ilə nəticələnən hadisə. == Arxiv Sənədlər == 1951-ci ildə Ədalət Naziri Rüknəddin Nasuhioğluna TBBM-də deputatlardan Şevket Mocanın "Müxtəlif tarixlərdə ölkəmizə siyasi sığınacaq hüququna əsaslanaraq gəlmiş (156) qaçqının 1947-ci ildə dövlətlərarası hüquq qaydalarına zidd olaraq Sovet İttifaqına verildiyi düzdürmü?" şəklindəki sualına cavab olaraq bildirmişdir. Sualın davamında Şevket Mocan əlavə etmişdir: "Faciə qurbanlarının göndəriş forması da qurban göndərilən məbudların qaydlarına uyğun olmağına və aqibətlərini görməyi səbəbindən, təhvil-təslim prosesində vəzifəli olan, ehtiyyatda olan zabit, Poçt Müfəttişi Rəşadın əsəb pozğunluğu yaşadığı və psixi dispanserlərdən birində hələ də müalicə aldığı düzdürmü?" Nazir cavabında, Daxili İşlər, Xarici işlər və Müdafiə Nazirliklərindən əldə edilən rəsmi mənbələrə əsasən, "23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya qarşı Türkiyənin müharibə elan etməyinə görə müttəfiqlərimizdən birinə çevrilən Sovet İttifaqının 22 may 1945-ci il tarixli müraciətinə görə Almaniya və ya Yaponiyaya müharibə elan etdiyimi tarixdən etibarən Türkiyəyə sığınmış bütün Sovet hərbçilərinin qarşılıqlı olaraq geri verilməyini təklif etmişdir. Nazirlər kabinetinin 1945 may 3/2563 tarixli qərarı ilə yalnız hərbçilərin qarşılıqlı olmaq təhvil verilməyinə razılıq vermişdir. Bu əsasla, 6 avqust 1945-ci ildə Türkiyədəki 237 sovet hərbçisinin 195-i Tıhmıs sərhəd keçid məntəqəsindən Sovet İttifaqına təhvil verilmişdir. Lakin, Sovet Rusiyasının, oraya sığınmış 1 zabit və iki əsgərimizin "izləri tapılmamışdır" deyilərək təhvil verilmədiyindən, ilk təhvil zamanı qaçan və digər hərbçilərin təhvilin vaz keçilmişdir. Bundan sonra Nazirlər Kabineti 1 sentyabr 1947-ci ildə qərara almışdır ki, Yozgatdakı düşərgə ləğv edilsin və düşərgədəki Türk əsilli insanlara istədikləri təqdirdə Türkiyə vətəndaşlığı verilərək azad edilsin. Ənvər Anar (Ənvər Qazıyev) və Kadri Başaran (Adəm Qardaşbəyli) adlı iki şəxsin ilk göndərişdəki 195 nəfərin arasında olduğu müəyyən edilmişdir. Bu cavab qarşısında Şevket Mocan təkrar çıxış edərək "Ənvər və Adəm adlı iki azəri zabitin əvvəllər Qızıl Orduda xidmət etdiklərini, lakin əsillərini unutmadıqlarını və sovet əqidəsini qəbul etməyərək Almaniyaya qaçmış, uzun müddət oarada yaşamış, lakin daha sonra Türkiyəyə sığınmışlar. Onlar Konya millət vəkili Ziyad Ebüzziyanın qayınlarıdır.
Buçuktəpə hadisəsi
Buçuktəpə hadisəsi (Türkcə: Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı. Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. == Üsyanın gedişi == Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Toqquşma hadisəsi
Toqquşma hadisələri və ya kosmik toqquşma (ing: impact event) böyük meteorit, asteroid, kometa və ya digər astronomik obyektin Yer və ya başqa planetlə toqquşması hadisəsi kimi müəyyən edilmişdir. Qeydə alınmış tarix boyu yüzlərlə kiçik toqquşma hadisəsi (yaxud partlayan kometalar) qeydə alınmışdır ki, onlardan bəziləri ölüm, yaralanma, maddi ziyan və ya digər mühüm regional nəticələrlə nəticələnmişdir. Okean və ya dənizdəki toqquşma hadisəsi həm dənizdə, həm də sahil xətti boyunca dağıdıcı olan nəhəng sunami dalğalarına səbəb ola bilər. Sonuncu böyük toqquşma hadisəsi eramızdan əvvəl 700-cü ildə Estoniyada olmuş və bu toqquşma nəticəsində Kaali krateri yaranmışdır. Elm dünyası həqiqi meteorit toqquşmalarından xəbərdar olduqdan bəri, meteorit toqquşmaları elmi fantastika dünyasında istifadə edilən mühüm elementlərdən biri olmuşdur və saysız-hesabsız kompliyator nəzəriyyəsinin formalaşmasına səbəb olmuşdur.
Çinar hadisəsi
Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə — 19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçəri və sipahilər tərəfindən başlanan üsyan. XVII əsrin əvvəllərindən etibarən Osmanlı İmperiyası idarəçilik nöqteyi nəzərindən olduqca qarışıq illər yaşayırdı. Bu vəziyyət xüsusilə IV Murad səltənətindən sonra özünü büruzə verdi. Uşaq yaşlarında taxta çıxan IV Mehmedin dövlət idarəsini əlinə ala bilməməsi səbəbilə sarayda validə sultanlar və saray xadimləri nüfuz qazanmışdı. Dövlət xadimləri arasında başlayan rəqabət qızışmış, bu vəziyyət sarayda gərgin bir hal almışdı. Bu səbəblə Venesiya ilə gedən dəniz döyüşlərində qələbə qazanılmamış, hətta İstanbul boğazı mühasirəyə alınmışdı. Bundan başqa imperiyanın maliyyə vəziyyəti də olduqca pis idi. Ülufələri vaxtında ödəyə bilməyən dövlət xəzinəsi əsgərə əyarı aşağı salınmış sikkələr paylayır, bu isə dövlətlə ordu və əhali arasında vəziyyəti daha da gərginləşdirmişdi. O illərdə xəzinədar kəndxudası olan Manoğlu Mir Hüseyn bəyin qeydlərinə görə, Krit səfərindən qayıdan və 2 ildən çoxdur maaş ala bilməyən bəzi yeniçərilər bəzi dövlət adamlarının da təhriki ilə Ağaqapısına şikayət etdilər.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir. Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü.
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Şamxor hadisəsi
Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir. Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana… yox idi". Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. Zaqafqaziya Komissarlığı, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. Yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən Zaqafqaziya Komissarlığının rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər.
Menəmən hadisəsi
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilayın və yardımına gələn gözətçilər Həsən və Şövqinin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. == Hadisələrin inkişafı == Mustafa Fəhmi Kubilay 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi. Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir!
Ləkistan hadisəsi
Ləkistan hadisəsi — Osmanlı tərəfindən dəstəklənən kürd tayfalarının Simko Şəqaqi üsyanı zamanı Qərbi Azərbaycan ostanının Ləkistan regionuna Simko Şəqaqinin başçılıq etdiyi hücum və orada törədilən qətliamlar. Kürd qüvvələrinin qələbəsindən sonra 3,500 azərbaycanlı həlak olmuşdur. Onlardan 2,000 nəfərinin döyüşlər zamanı, 1,500 nəfərinin isə soyuq havadan qaçmaq istəyərkən həlak olduğu bildirilmişdir. == Zəmin == Birinci Dünya müharibəsi başa çatdıqdan sonra şəqaqi kürd tayfasının başçısı olan Simko Şəqaqi Kürdüstanın müstəqilliyi tələbi ilə etnik aysor və azərbaycanlı vətəndaşlara, habelə İran hakimiyyətinə qarşı hücumlara rəhbərlik etməyə başlamışdı. 1918-ci ildə Urmiya gölünün qərbində bir çox kürd öz hakimiyyətini qurmağa başlayan Simkonun tərəfinə keçmişdir. Simko kürd ordusunu sürətlə böyütmüş və gücünü artırmışdır. İran ordusu Simkoya sadiq kürdlərin qarşısını ala bilməmişdi və bundan sonra Simko Qərbi Azərbaycan ostanında çoxlu əraziləri, 1922-ci ilə qədər isə hətta Banə və Sərdəşt də daxil olmaqla böyük şəhərləri ələ keçirmişdir. Qərbi Azərbaycan ostanının çoxmillətli hissələri, xüsusən də Salmas, Urmiya və Xoy şəhərləri təhlükəli altında idi. Kürdlərin mümkün hücumundan getdikcə daha çox narahat olan azərbaycanlılardan və aysorlardan Tehrana yardım üçün teleqramlar ünvanlanırdı. Daha sonra Simko Şəqaqi tamamilə etnik azərbaycanlıların yaşadığı Ləkistana, yəni Sultan Əhməd və Qaraqışlağa planlı hücuma başlamışdır.
Fantana Alba hadisəsi
Fantana Alba hadisəsi başqa adı ilə Fantana Alba qətliamı (rum. Masacrul de la Fântâna Albă) — 1 aprel 1941-ci ildə Ukrayna SSR-i Çernovit vilayətinin Belaya Krinitsa (rum. Fântâna Albă) kəndində baş vermiş faciə. Rumıniya və Moldova hakimiyyətlərinin bəyanatlarına görə, SSRİ və Rumıniya dövlətlərinin sərhədini keçməyə cəhd edən 3000 nəfər sovet sərhədçiləri tərəfindən güllələnmişdir. DTK arxivlərinin rəsmi məlumatlarında yalnız 48 nəfər öldürülən vətəndaşdan bəhs edilir, lakin Rumıniya hakimiyyəti sağ qalan şahidlərin ifadələrinə əsaslanaraq, XDİK-in həyata keçirdiyi kütləvi həbslər və deportasiyaların xüsusilə qəddar üsullarla həyata keçirildiyini iddia etmişdir. == Tarixi == 1940-cı ilin iyun ayında əvvəllər Rumıniyanın tərkibində olan Bessarabiya və Şimali Bukovina SSRİ dövlətinə birləşdirildi. Rumıniya dövlətinin hərbi və siyasi rəhbərliyi sonradan Sovet Moldaviyasının tərkibinə daxil olan torpaqları tərk etmək məcburiyyətində qalmışdır. Ailələrin bəziləri sovet vətəndaşlığını alaraq tamamilə SSRİ ərazisində qaldı, lakin bəzi ailələr yeni sərhədlə ayrıldı. Bununla əlaqədar bir çox ailə üzvləri həm sovet, həm də Rumıniya sərhədçilərinin icazəsi ilə, həm də bu icazə olmadan sərhədi keçməyə cəhd etmişdilər. Sovet-Rumıniya sərhədinin mühafizəsi Çernivtsidən 7,5 km cənubda olan hissəyə nəzarət edən XDİK-ın 97-ci Çernivtsi sərhəd dəstəsi tərəfindən həyata keçirilirdi (İkinci Dünya müharibəsinin əvvəlində Rumıniya və alman qoşunlarına qarşı ilk döyüşləri də aparmışdır).
Halo (atmosfer hadisəsi)
Qloriya (atmosfer hadisəsi)
Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır . Nəticədə müxtəlif optik hadisələr meydana gəlir. Bunlardan biri də qloriyadır. Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır. Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarınin kölgəsi ətrafında müşahidə olunur. Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar. Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir. Ona görə də buzlaşma zəif intensivlik ola bilər. Buludlarda optik hadisələr Göy qurşağı Halo Bulud Göy qurşağı necə yaranır?
Qreys hadisəsi (2019)
Qreys hadisəsi (ing. Grays incident) — 2019-cu ilin 23 oktyabr tarixində yerli vaxtla saat 01:30-da Böyük Britaniyanın London şəhərindən təxminən 32 km məsafədəki Qreys adlanan sənaye ərazisində yük maşınından aşkarlanmış insan cəsədləri. Böyük Britaniya polisi çərşənbə günü Londonun şərqindəki sənaye bölgəsində bir yük maşinindakı konteynerdə ilkin olaraq Bolqarıstandan olduqları təxmin edilən 39 cəsəd aşkar edib. Təcili yardım xidməti konteynerdəki insan cəsədlərini Londondan təxminən 32 km məsafədəki Qreys adlanan sənaye ərazisində tapılıb. Polis yük maşınının Şimali İrlandiyadan olan 25 yaşlı bir sürücünün qətllərdə şübhəli bilinən şəxs kimi həbs edildiyini bildirib. Baş nazir Boris Conson hadisənin onu dəhşətə gətirdiyini deyib.
Seyidbəşir Usare hadisəsi
Seyidbəşir Usare hadisəsi — 1918-ci ildə İngilislərin, Hicaz-Yəmən cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alaydakı Osmanlı əsgərlərinə qarşı Seyidbəşir düşərgəsində həyata keçirdiyi bir hərəkətdir. 15.000 Osmanlı əsgəri mikrobları qırmaq bəhanəsi ilə çoxlu miqdarda krizol maddəsi əlavə edilmiş su ilə dolu hovuzlara basılaraq kor edilmişdir. Birinci Dünya Müharibəsində 150 min Osmanlı əsgəri İngilislərə əsir düşür. Bu əsgərlərin bir hissəsi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seyidbəşir Usare düşərgəsində həbs edilmişdi. Düşərgənin tam adı 'Seydibeşir Kuveysna Osmanlı Useray-i Harbiye Kampı' idi. Bu düşərgədə, 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alayının Osmanlı əsgərləri saxlanılırdı. 1920-ci ilin 12 iyununa qədər iki il boyunca hər cür işgəncə, əziyyət, ağır təzyiq və təhqirlərə məruz qaldılar. Əsirlərlə insanlıqdan kənar davranışların səbəbi ermənilər idi. Müharibə bitmişdi. Ancaq düşərgədəki ağır şərtlər səbəbiylə ölənlərdən başqa, əsgərləri təhvil vermək İngilislərin marağında deyildi.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.
Süyçjou zəncirlənmiş qadın hadisəsi
Süyçjou zəncirlənmiş qadın hadisəsi ( (çin.)), həmçinin Süyçjou səkkiz uşaq ana hadisəsi kimi tanınır (徐州八孩母亲事件), 2022-ci il yanvarın sonlarında Çin Xalq Respublikası, Süyçjou, Jiangsu, Feng County -də üzə çıxan insan alveri, ağır rəftar və sonrakı hadisələrlə bağlı hadisədir. Divara zəncirlənmiş və səkkiz uşaq dünyaya gətirən ruhi vəziyyəti pozulmuş və həbsdə olan qadının videosu Çin internetində yayılıb və böyük ictimai etiraza səbəb olmuşdur. Çində ciddi siyasi nəzarət və media senzurasına görə ölkənin bir çox aparıcı araşdırmaçı jurnalistləri 2010-cu illərdə istefa etdilər. Nəticədə cavab tələb edən çinli internet istifadəçiləri hekayəni özləri araşdırmalı oldular. Hadisə 2022 Qış Olimpiya Oyunlarının siyasi cəhətdən həssas dövründə baş verdiyi üçün bəzi internet istifadəçiləri işi araşdırarkən həbs edildi. Yerli məmurlar ilk dəfə yanvarın 28-də qadının yerli kişi ilə qanuni nikahda olduğunu və ruhi xəstə olduğunu bildirərək insan alveri ilə bağlı iddiaları rədd etdilər. Bununla belə, davamlı ictimai təzyiqlə üzləşən Çin hakimiyyəti daha sonra iki yüksək səviyyəli araşdırma aparıb və nəticədə insan alverində şübhəli bilinən iki nəfər, eləcə də qadının əri "qanunsuz həbs" ittihamı ilə həbs edilib. Səlahiyyətlilər, həmçinin bu işin idarə edilməsində "vəzifə öhdəliklərini yerinə yetirmədiyi" üçün mahalda 17 məmuru cəzalandırıb. 28 yanvar 2022-ci ildə TikTok (Çində Douyin kimi də tanınır) istifadəçisi Dong Zhiminin uşaqlarını geyindirdiyi və otağında yemək yediyi, Yang kimi tanınan arvadının Dong tərəfindən divara zəncirləndiyi bir video yayımladı. Qışın ortasında ailənin böyük evinin yanındakı bərbad daxmada Yang ayaqqabısız dağınıq saçları və palçıqlı yanaqları ilə yeməkləri yerə səpələnmiş görünür.
Əl-Bab hadisəsi (2017)
Əl-Bab hadisəsi — 2017-ci ildə Suriyanın Əl-Bab şəhəri yaxınlıqlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M-nin səhvən Türkiyə qoşunlarına hücumu. Hadisə nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Suriyanın Əl-Bab şəhərində İŞİD döyüşçülərini saxlamaqda şübhəli bilinən bir binaya zərbə endirən Tupolev Tu-22M təyyarəsi Türkiyə ordusunun mövqeyinə bomba atmışdır. Partlayış nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Türkiyə hərbi rəsmiləri zərbəni "təsadüfi" və "dost atəşi" hadisəsi adlandırmışdır. Kremlin sözçüsü Dmitri Peskov bildirmişdir ki, pilotlar Türkiyə hərbçiləri tərəfindən onlara verilən "koordinatları rəhbər tutmuş" və "bu koordinatlarda Türkiyə hərbçiləri olmamalı idi". Bu ittiham Türkiyə rəsmiləri tərəfindən rədd edilmişdir. Türkiyə Baş Qərargahı Rusiyaya məxsus döyüş təyyarəsinin təsadüfən Türkiyə hərbçilərini hədəf aldığını açıqlamışdır. Rusiya hökuməti hadisəni təsdiqlədikdən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək öz peşmançılıq hissini bildirmişdir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 12 fevralda hadisə ilə bağlı açıqlama verərək onu pisləmiş, biabırçılıq kimi qiymətləndirmişdir.
Manvel Sarıbekyan hadisəsi
Manvel Sarıbekyan hadisəsi — 11 sentyabr 2010-cu ildə Ermənistanın sərhədyanı Qoturbulaq kəndinin sakini Manvel Sarıbekyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi. Hadisə Azərbaycanın sərhədyanı Zamanlı kəndi yaxınlığında baş vermişdi. Azərbaycanda Sarıbekyan casusluqda və terror aktına cəhddə ittiham olunmuşdu. Ermənistanda Sarıbekyanın qohumları iddia etmişdilər ki, o, 11 sentyabrda səhər saatlarında odun yığmağa getmişdi.. Azərbaycan hakimiyyəti Sarıbekyanın Azərbaycan sərhədini keçərək Zamanlı kəndində məktəbi partlatmaq niyyətində olan təxribat qrupunun üzvü olduğunu etiraf etdiyi dindirmə videosunu yaymışdı. Ermənistan Müdafiə Nazirliyi iddia etmişdi ki, videoda Sarıbekyanın məruz qaldığı işgəncə izləri müşahidə olunur. 5 oktyabr 2010-cu ildə Manvel Sarıbekyan Bakıda həbsxanada ölü tapılmışdır. Azərbaycan hakimiyyəti onun intihar etdiyini bildirmişdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Manvel Sarıbekyanın öldürüldüyünü irəli sürmüşdü. 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Manvel Sarıbekyana qarşı yaşamaq hüququnun pozulmasını və işgəncənin qadağan olunmasını tanımışdır.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
CSX 8888 hadisəsi
CSX 8888 hadisəsi, həmçinin "Dəli Səkkizlər" kimi də tanınır (ing. Crazy Eights) — 15 may 2001-ci ildə CSX Transportation şirkətinə məxsus 47 vaqonlu pilotsuz qatar Ohayo ştatından təxminən 106 km qət edərək, bəzən 76 km/saata qədər sürətlənirdi. Başqa bir lokomotiv tərəfindən qatara çataraq ona qoşuldu və saxlanıldı.
55-lər hadisəsi
55-lər hadisəsi və ya Sivas düşərgəsi — 27 may çevrilişindən sonra şərq və cənub-şərqdən seçilmiş 55 ağa, şeyx və tayfa başçısının Qərbi Anadoluya sürgün edilməsi. Milli Birlik Komitəsi DP üzvlərini "Kürdüstanda hökumət qurmaqda" ittiham etmişdir. 31 may 1960-cı ildə MBK-nin "Cümhuriyyət" qəzetində bu mövzuda müxtəlif sənədlər tapdığı, Şeyx Səidin oğlunun DP hakimiyyəti dövründə şərqə təbliğat səfərləri etdiyi məlum olmuşdur. Çevrilişdən 4 gün sonra şərq və cənub-şərqdən seçilən 485 ağa və şeyx Sivas Kabak Yazısı düşərgəsinə göndərilmişdir. Camal Gürsəlin bu mövzuda 2,500 tanınmış kürdü öldürməyi təklif etdiyi iddia olunmuşdur. Sivasdakı düşərgə 19 oktyabr 1960-cı ildə qüvvəyə minən 105 saylı Məcburi Məskunlaşma Qanunu ilə boşaldılmış və Milli Birlik Komitəsi tərəfindən "55 ağa" DP-ni dəstəklədiyi iddia edilərək Antalya, İsparta, İzmir, Afyon, Manisa, Dənizli və Çoruma sürgün edilmişdir. Bu qanun 1962-ci ildə ləğv olunmuşdur. == Bərzani hərəkatı == Şimal-şərqi İraqda Mustafa Bərzaninin liderliyi ilə Kürdüstan Demokrat Partiyasının başlatdığı hərəkat Türkiyənin Hakkari, Van, Siirt, Mardin, Diyarbəkir, Muş, Şırnak kimi regionlarına təsir göstərmişdir. Bu ərazilərdə Bərzani lehinə yaraqlıların toplanılması cəhdləri edilmişdir. Molla Mustafa Bərzani mülkədar, şeyx və tayfa başçısı hesab olunurdu.

"hadisəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hadisəsi nədir? #hadisəsi sözünün mənası #hadisəsi nə deməkdir? #hadisəsi sözünün izahı #hadisəsi sözünün yazılışı #hadisəsi necə yazılır? #hadisəsi sözünün düzgün yazılışı #hadisəsi leksik mənası #hadisəsi sözünün sinonimi #hadisəsi sözünün yaxın mənalı sözlər #hadisəsi sözünün əks mənası #hadisəsi sözünün etimologiyası #hadisəsi sözünün orfoqrafiyası #hadisəsi rusca #hadisəsi inglisça #hadisəsi fransızca #hadisəsi sözünün istifadəsi #sözlük