Hadrian sözü azərbaycan dilində

Hadrian

Yazılış

  • Hadrian • 50.0000%
  • hadrian • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hadrian
Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru. == Həyatı ilə bağlı == Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Eli Sezarı oğulluğa götürmüşdü.
Hadrian fallusu
Hadrian fallusu (Elmi adı - Phallus hadriani) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari və ya şar formalı, əsasında saçaqlı mitseliyə malikdir. Peridi yetişdikdə partlayır və azad olan reseptakul ayaqcığın əsasında volva kimi qalır. Reseptakul silindrik, məsaməli, ağ, sarımtıl-ağ və ya zambaqvari çəhrayi rənglidir, 18x2 ölçüdədir. Ayaqcığın təpəsində yerləşən papaqcıq 3-4 sm hündürlükdə, torvari-oyuqludur, papaqcığın kənarı düz olmayandır və reseptakulun kənarındaki nazik dəricikli örtüklə qovuşmuşdur. Sporlar hamar, 2-2,5 x 1,5 sm, ellipsoidal, rəngsiz və ya zəif yaşılvari-sarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Humus saprotrfodur. May-oktyabr aylarında iynəyarpaqlı əkinləri olan parklarda və bağlarda rast gəlinir.

Oxşar sözlər

#hadrian nədir? #hadrian sözünün mənası #hadrian nə deməkdir? #hadrian sözünün izahı #hadrian sözünün yazılışı #hadrian necə yazılır? #hadrian sözünün düzgün yazılışı #hadrian leksik mənası #hadrian sözünün sinonimi #hadrian sözünün yaxın mənalı sözlər #hadrian sözünün əks mənası #hadrian sözünün etimologiyası #hadrian sözünün orfoqrafiyası #hadrian rusca #hadrian inglisça #hadrian fransızca #hadrian sözünün istifadəsi #sözlük