hakimiyyəti sözü azərbaycan dilində

hakimiyyəti

Yazılış

  • hakimiyyəti • 79.6242%
  • Hakimiyyəti • 20.3623%
  • HAKİMİYYƏTİ • 0.0108%
  • hakİmiyyəti • 0.0027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövlət hakimiyyəti
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Ölülərin hakimiyyəti (kitab)
Ölülərin hakimiyyəti — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "İslam tarixi və ideologiyası silsiləsindən" olan kitabı. Yaradılış sistemində bəzi proseslər vardır ki, onların dərk edilməsi insan üçün çox çətindir. Belə ki, insan adətən gördüyü və daim eşitdiyi mətləbləri həqiqət hesab edir. Yeni eşitdiyi, dünya həyatında görmədiyi və ya illərlə zehnində formalaşmış fikirlərinin əksi olan məsələlərdən xəbərdar olan zaman ona çox qəribə gəlir. Bu kitabda qələmə alınan mövzu mümkündür ilk baxışda oxucu üçün qəribə və anlaşılmaz olsun, lakin bir az diqqət və təfəkkür edəndən sonra mətləb aydınlaşmağa başlayır. Kitabda qələmə aldığımız mətləblər nəinki müxtəlif dinlərin, eyni zamanda elmin də çətin anlaşılan mövzularından hesab olunur. Oxucular üçün yeni olan bu mövzu tarix üçün heç də yeni deyildir. Kitab oxunulandan sonra deyilənlər tamamilə aydın olacaqdır. Kitabın I cildi 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 200 səhifədə 60x90 ölçüsündə çap edilib. Həyatın imzası "Ölülərin hakimiyyəti" ( (az.)).
Azərbaycanda SSRİ hakimiyyəti
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi. 28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi. 1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər. 3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı. == Tarixi == 1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır. 1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır. == Rəhbərlik == Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Şəki şəhər İcra Hakimiyyəti
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyəti başçılarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarix == === Bakı Şəhər Duması === 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Hakimiyyətin 48 Qanunu (kitab)
"Hakimiyyətin 48 Qanunu"- Robert Qrin tərəfindən yazılmış biznes, özünüinkişaf kitabı. Kitab lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətindən bəhs edir. == Haqqında == Bu kitabda əhəmiyyətli rol oynayan çox sayda fransız personajlar var. Hakimiyyətin 48 Qanunu kitabına yazıçı ilə birgə Yoost Elffers və Yoosta Makiavellin , Les, Sumiko, Anna Billerlər və Mixael Şvarsta, Makia Velli, və Anri Le Qubenənın təcrübələri əsasında yazılmışdır. İnsanlara lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə kömək edir.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Azərbaycan SSR hakimiyyətində
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi. 28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi. 1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər. 3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi. == Tarixi == İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi. Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir. === Fəaliyyəti === İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.

"hakimiyyəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hakimiyyəti nədir? #hakimiyyəti sözünün mənası #hakimiyyəti nə deməkdir? #hakimiyyəti sözünün izahı #hakimiyyəti sözünün yazılışı #hakimiyyəti necə yazılır? #hakimiyyəti sözünün düzgün yazılışı #hakimiyyəti leksik mənası #hakimiyyəti sözünün sinonimi #hakimiyyəti sözünün yaxın mənalı sözlər #hakimiyyəti sözünün əks mənası #hakimiyyəti sözünün etimologiyası #hakimiyyəti sözünün orfoqrafiyası #hakimiyyəti rusca #hakimiyyəti inglisça #hakimiyyəti fransızca #hakimiyyəti sözünün istifadəsi #sözlük