hakimiyyətin sözü azərbaycan dilində

hakimiyyətin

Yazılış

  • hakimiyyətin • 90.2462%
  • Hakimiyyətin • 9.6419%
  • HAKİMİYYƏTİN • 0.1119%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hakimiyyətin 48 Qanunu (kitab)
"Hakimiyyətin 48 Qanunu"- Robert Qrin tərəfindən yazılmış biznes, özünüinkişaf kitabı. Kitab lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətindən bəhs edir. == Haqqında == Bu kitabda əhəmiyyətli rol oynayan çox sayda fransız personajlar var. Hakimiyyətin 48 Qanunu kitabına yazıçı ilə birgə Yoost Elffers və Yoosta Makiavellin , Les, Sumiko, Anna Billerlər və Mixael Şvarsta, Makia Velli, və Anri Le Qubenənın təcrübələri əsasında yazılmışdır. İnsanlara lətafətləndirmək və insanlar üzərində hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini və əhvaliruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə kömək edir.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarix == === Bakı Şəhər Duması === 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Azərbaycan SSR hakimiyyətində
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi. 28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi. 1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər. 3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi. == Tarixi == İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi. Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir. === Fəaliyyəti === İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.

"hakimiyyətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hakimiyyətin nədir? #hakimiyyətin sözünün mənası #hakimiyyətin nə deməkdir? #hakimiyyətin sözünün izahı #hakimiyyətin sözünün yazılışı #hakimiyyətin necə yazılır? #hakimiyyətin sözünün düzgün yazılışı #hakimiyyətin leksik mənası #hakimiyyətin sözünün sinonimi #hakimiyyətin sözünün yaxın mənalı sözlər #hakimiyyətin sözünün əks mənası #hakimiyyətin sözünün etimologiyası #hakimiyyətin sözünün orfoqrafiyası #hakimiyyətin rusca #hakimiyyətin inglisça #hakimiyyətin fransızca #hakimiyyətin sözünün istifadəsi #sözlük