İmperator Hakimiyyətinə Kömək Assosiasiyası
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi.
== Tarixi ==
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi.
Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir.
=== Fəaliyyəti ===
İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.