halqaları sözü azərbaycan dilində

halqaları

Yazılış

  • halqaları • 96.5517%
  • Halqaları • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühafizə halqaları
Mühafizə halqaları (en. Protection ring) - Ring 0, Ring 1, Ring 2, Ring 3; sistem və istifadəçi səviyyəsində üstünlüklərin (imtiyazların) texniki cəhətdən ayrılmasını gerçəkləşdirən informasiya təhlükəsizliyi və dayanıqlı fəaliyyət arxitekturası. Üstünlüklərin strukturunu bir neçə konsentrik dairə şəklində göstərmək olar. Bu halda resurslara maksimal erişməni təmin edən sistem rejimi (supervizor rejimi, yaxud “0 halqası”) daxili dairə, məhdud erişimli istifadəçi rejimi isə xarici halqadır. Ənənəvi olaraq, x86 mikroprosessorları ailəsi dörd mühafizə halqasını təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nyuton halqaları
Nyuton halqaları — bərabərenli interferensiya zolaqları. Nyuton halqaları işığın sferik səth ilə müstəvi səth arasındakı dəyişənqalınlıqlı mühitdən qayıtması, yaxud keçməsi nəticəsində yaranır. Bu hadisəni ilk dəfə 1675-ci ildə İ.Nyuton təsvir etmişdir. Müşahidə monoxromatik işıqla aparıldıqda ardıcıl növbələşən qaranlıq və işıqlı halqalar sistemi alınır. Ağ işıqla müşahidə zamanı Nyuton halqaları rəngli olur.
Saturnun halqaları
Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqalardır. Saturnun halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley tərəfindən müşahidə olunmuşdur. Buna baxmayaraq onların halqa olması 1655-ci ildə Xristian Hüygens tərəfindən müəyyən olunmuşdur. Halqaları meydana gətirən qaya, toz və buz hissəcikləri Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər. == Ümumi quruluş == Saturnun halqaları planetin buludlarından bir az aralıdan başlayıb, azı 16 peykin də orbitini əhatəsinə alaraq Saturnun mərkəzindən 480000 km uzaqlığa qədər yayılır. Halqalar Saturnun ekvator xəttinə paralel yerləşir və planetlə birlikdə 27° meyilliyə sahibdir. Yerdən müşahidə oluna bilən Kassini aralığı və Enke aralığından başqa, kosmik gəmilərdən əldə olunan şəkillərdə müşahidə olunan minlərlə dairəvi boşluq və halqacığın ardıcıl düzülməsi nəticəsində meydana çıxan qarışıq bir quruluş olduğu aşkarlanmışdır. Halqaların parlaqlığı planetin mərkəzindən uzaqlaşdıqca kəskin fərqliliklərlə müşahidə olunur. Buna səbəb kimi halqalardakı maddələrin sıxlığı, onların ölçüləri və kimyəvi tərkibi göstərilir. Yüksək sıxlıqda buz hissəciklərindən meydana gələn B halqası 0,8 dərəcəlik ağlığa sahibdir.
Yupiterin halqaları
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2005 •••••••••••••••••••• 0.67
2009 ••••••••••••••• 0.48
2010 ••••••••••• 0.36
2011 ••• 0.09
2012 ••••••••••••• 0.43
2013 ••••• 0.15
2014 ••••••••••• 0.34
2015 •••••• 0.17
2016 •••••• 0.17
2018 ••••• 0.15
2020 •••••••• 0.27

"halqaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#halqaları nədir? #halqaları sözünün mənası #halqaları nə deməkdir? #halqaları sözünün izahı #halqaları sözünün yazılışı #halqaları necə yazılır? #halqaları sözünün düzgün yazılışı #halqaları leksik mənası #halqaları sözünün sinonimi #halqaları sözünün yaxın mənalı sözlər #halqaları sözünün əks mənası #halqaları sözünün etimologiyası #halqaları sözünün orfoqrafiyası #halqaları rusca #halqaları inglisça #halqaları fransızca #halqaları sözünün istifadəsi #sözlük