Haqnəzər
Haqnəzər (Haqnəzərdərəkənd) — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Qarabağ silsiləsinin yamacındadır. Kəndin keçmiş adı Haqnəzərdərəkənd olmuşdur. Yaşayış məntəqəsini Ərdəşəvə kəndindən köçüb gəlmiş ailələr salmışlar. Haqnəzər orada ilk dəfə məskunlaşmış şəxsin adıdır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
== İqtisadiyyatı ==
Əsas təsərrüfatı heyvandarlıq idi.
== Əhalisi ==
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.