havalı sözü azərbaycan dilində

havalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • havalı • 87.9121%
  • Havalı • 7.6923%
  • HAVALI • 4.3956%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar.1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2009 ••••• 0.16
2010 ••• 0.09
2011 ••••• 0.17
2012 •••••••• 0.26
2016 •••••••••• 0.35
2017 ••••• 0.16
2019 •••••••••••••••••••• 0.70

havalı sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf 1. Azğınlaşmış, qudurmuş; ağlı başından oynamış kimi; azğın, qudurğan. Gəzirlər havalı ağalar, bəylər; İşləyir qan-tərdə naxırçı, nökər. Aşıq Ələsgər. □ Havalı kimi – ağlı başından oynamış kimi, dəli kimi. Xan havalı kimi bu otaqdan o otağa qaçır, … sanki kimdənsə gizlənmək istəyirdi. M.Rzaquluzadə. // Qızğın, qızmış, harın. Xosrovdan başqa, heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov. 2. Yaxşı havası olan; səfalı. Havalı sahil. Havalı çəmənlik.

    Azərbaycan dilinin izahlı lüğəti / havalı

havalı sözünün sinonimləri (yaxın mənalı sözlər)

havalı sözünün antonimləri (əks mənalı sözlər)

havalı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 HAVALI I sif. Lovğa, özündən razı. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qan-tərdə naxırçı, nökər (Aşıq Ələsgər). HAVALI II sif. Əsəbi, həyəcanlı, qızğın. Görünür havalı başlar; Hər şeyi tez unudar (R.Rza). HAVALI III sif. Havası olan. İşıqlı, havalı evimdə mənim; Qəfəsə salınmış bir turacım var (H.Arif). HAVALI IV sif. Ağlını itirmiş. Sən də bilirsən ki, havalı bir şeydir, tutması var, şəkil kimi gözəlliyinə sözüm yox (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / havalı

havalı sözünün rus dilinə tərcüməsi

  • 1 1. чванный, высокопарный; 2. возбужденный, разгоряченный;

    Azərbaycanca-rusca lüğət / havalı
  • 2 прил. 1. с чистым воздухом, имеющий чистый воздух; с хорошей погодой. Havalı mənzil квартира, в которой много воздуха, света; havalı gün день с хорошей погодой 2. спесивый, чванный 3. возбуждённый, разгорячённый 4. сумасшедший, умалишённый; помешанный ◊ havalı kimi как помешанный, как сумасшедший

    Azərbaycanca-rusca lüğət / havalı

havalı sözünün inglis dilinə tərcüməsi

havalı sözünün fransız dilinə tərcüməsi

havalı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. нареч. 1. азгъун хьанвай, къудур хьанвай; акьул къекъвенвай хьтин; азгъун, къизмиш, къудургъан; havalı kimi акъул къекъвенвайди хьиз, кьиле гар авайди хьиз, дилиди хьиз; 2. хъсан (михьи) гьава авай.

    Azərbaycanca-ləzgicə lüğəti / havalı

"havalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#havalı nədir? #havalı sözünün mənası #havalı nə deməkdir? #havalı sözünün izahı #havalı sözünün yazılışı #havalı necə yazılır? #havalı sözünün düzgün yazılışı #havalı leksik mənası #havalı sözünün sinonimi #havalı sözünün yaxın mənalı sözlər #havalı sözünün əks mənası #havalı sözünün etimologiyası #havalı sözünün orfoqrafiyası #havalı rusca #havalı inglisça #havalı fransızca #havalı sözünün istifadəsi #sözlük