Havay sözü azərbaycan dilində

Havay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Havay • 97.7778%
  • havay • 2.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Havay (Hurand)
Havay (fars. هواي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (167 ailə).
Havay (dairə)
Havay rayonu — Amerika Birləşmiş Ştatlarının Havay ştatında yer alan bir rayondur. Dairənin əhalisi 2010-cu il hesablamasına görə 185,079 nəfərdir. Rayonun mərkəzi Hilo şəhəridir. Havay dairəsinin meri vəzifəsinin 2016-ci ildən bəri bu vəzifəyə gələn Harri Kimdir. Qanunvericilik orqanı doqquz nəfərdən ibarət Havay Dairə Şurasına məxsusdur. == Coğrafiyası == ABŞ əhalinin siyahıyaalınması bürosuna əsasən dairənin ümumi sahəsi 13,174 km²-dir ki: 10 433 km² — quru sahəsi 2742 km² (6,66 %) — su sahəsi əhatə edir. == Dairənin quruluşu == Dairə ştatın ərazisinin 62,7%-ni tutur və bu ABŞ-daki ən böyük göstəricilərdən biridir.
Havay adaları
Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir.
Havay adası
Havay adası (ing. Island of Hawaiʻi;Havayca:mokupuni o Hawai‘i) ABŞ-nin Havay əyalətində ada və rayon, Havay adalarının ən böyük adasıdır. Mərkəzi Hilo şəhəridir.
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Havay silsiləsi
Havay silsiləsi — vulkan məşəlli sualtı silsilə. Sakit okeanda yerləşir və cənub-qərbdən Şimali Sakitokean çökəkliyi ilə əhatələnir. Silsilənin ən hündür nöqtələri Havay adalarıdır. Dünyanın ən hündür fəaliyyətdə olan vulkanları burada yerləşir. Uzunluğu 5 000 km, ən enli yeri 750 kilometrdir. Səthə olan dərinliyi 2000 — 4000 metr arasında dəyişir. Ən dayaz yeri 15 metrdir. Ümumi hündürlüyü 5500 metrdir. Əsasən üzəri lil və gum suxurları ilə örtülüdür. == Ədəbiyyat == Краткая географическая энциклопедия, Том 5/Гл.ред.
Honolulu (Havay)
Honolulu — ABŞ-nin Havay ştatında şəhər. Honolulu dünyanın ən böyük şəhəridir. “Hawaii” əyalətində 1907-ci ildə çıxarılmış bir qanuna görə Honolulu şəhəri və Honolulu İnzibati Bölgəsi (County) eyni yeri ifadə edər. Bu inzibati bölgə, Honolulu şəhərinin olduğu Oahu adasının geri qalanının yanında, Böyük Okeanda 2400 km boyunca uzanan Şimal-qərb “Hawaii” adalarının qalanını da əhatə edir. Bu da Honolulunun 5509 km² ilə ən böyük sahəyə sahib şəhər olduğu deməkdir. Amma bu şəhərin əhalisi sayı yalnızca 876.156 nəfərdır. Şəhərin 72 % dəniz suyu ilə örtülüdür. Honolulu Havay əyalətinin paytaxtıdır, amma Havay adasında deyil. Çox daha kiçik, amma əhali sıxlığı daha çox olan Oahu adasında yerləşir. Havay Takımadasındaki adalar dünyanın ən böyük dağ silsiləsinin çıxıntı edən təpələrdir.
Havay adaları yaponları
Havay adaları yaponları (ハワイの日本人, Hawai no nihonjin) və ya nadir hallarda Kepani (ケパニ) – Havay adalarında ikinci ən böyük etnik qrup. Yaponlar ilk dəfə Havay adalarına 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin göyərtəsində gəlmişdirlər. İlk yapon imiqrant qrup isə 1866-cı ildə amerikalı Yucin Miller Van Ridin başçılığı altında Havay adalarına şəhər plantasiyalarında işləmək məqsədilə yerləşmişdir. 1869-1885-ci illərdə Havay adalarına immiqrasiya qadağan olunmuşdur. Qadağandan sonra 153 nəfər yapondan ibarət ilk qrup 8 fevral 1885-ci ildə Havay adalarına gəlmişdir. 1920-ci ildə onlar Havay əhalisinin 43%-ni təşkil edirdilər. 2000-ci ilin statistikasına görə isə indi bu rəqəm 16,7% təşkil edir. ABŞ qarışıq milliyətə malik insanları ayrıca saydığından, yaponmənşəli insanların əsl sayının daha çox olduğu güman olunur. Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi "Rainbow Gakuen" həftəsonu tamamlayıcı yapon məktəbidir.
Havay monax suiti
Havay tipli vulkan
Hаvаy tipli vulkаn – mərkəzi tipli vulkаn qurğusudur; lаvаlаrın аz qаlınlıqlı "qаtlаrındаn" və bunlаrlа lаylаşаn cüzi miqdаrdа qırıntаl-оvuq mаtеriаldаn ibаrətdir. Qurğu- nun 8° bucаq аltındа хеyli yаsаmаl yаtаn yаmаclаr qаlхаn görkəmindədir. Vulkаnın zirvəsində krаtеr yаlımyаtаr yа- mаclаrı оlаn və bəzən kаldеrаnın ölçüləri qədər gеniş nim- çəvаri görkəmə mаlikdir. İşlək vulkаnlаrın krаtеrlərinin dibində lаvа gölü əmələ gəlir. Hаvаy vulkаnlаrı sоn dərəcə böyük ölçülərə mаlik оlur; hündürlüyü оkеаn dibi hеsаbа аlınmаqlа 4 km, еn kəsik 400 km-ə çаtır. Bu vulkаnlаr fоrmаcа qаlхаnvаri vulkаnlаrа аiddir.
Şərq adası (Havay)
Şərq adası (ing. East Island) — Frenç-Friqat-Şols arxipelaqı ərazisinə daxil olan, sahəsi 4.5 hektara bərabər ada. Ada arxipelaqın ən böyük ikinci adası hesab olunur və Şimal-qərbi Havay adaları qrupuna daxildir. O, Honolulu şəhərindən 890 km şimal-qərbdə yerləşir. 2018-ci ildə Valaka qasırğası zamanı ada yer üzündən tamamilə silinmişdir.Ada qum və çınqılla örtülüdür. Ada Papahanaumokuakea milli dəniz abidəsinin bir hissəsidir. Ərazisi nəsli kəsilməkdə olan növlər sırasına daxil olan Havay monax suitisinin və yaşıl tısbağanın yaşayış məskəni hesab olunur. Havay yaşıl dəniz tısbağalarının 96%-i Frenç-Friqat-Şols arxipelaqında, yarısından çoxu isə Şərq adasında məskunlaşmışdır.Milli Okean və Atmosfer Tədqiqatları idarəsinin sədri Çarlz Littnan adanı "yaşıl dəniz tısbağalarının məskunlaşdığı ən vacib ada" kimi təsvir etmişdir.1944-cü ilin noyabr ayından 1952-ci ilin oktyabr ayına kimi ABŞ Sahil Mühafizəsi təşkilatı adadan LORAN radio naviqasiya stansiyası kimi istifadə etmişdir. 1946-cı ilin aprel ayında adada sunami baş vermiş və ada ərazisinə xeyli ziyan dəymişdir. 1950-ci ilin avqust ayında isə ada tayfun qasırğası təhlükəsi ilə qarşılaşmış və əhalisi digər ərazilərə köçürülmüşdür.
Havay monax suitisi
Havay monax suitisi (lat. Monachus schauinslandi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Uzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur. == Yayılması == Havay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar. 1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır.
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi (日本ハワイ移民資料館, Nihon Havay İmin Şiryokan) – Yaponiyanın Yamaquçi prefekturasının Suo-Oşima qəsəbəsində yerləşən muzey. Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur. == Tarixi == 1885–1894-cü illərdə Suo-Oşimadan Havay adalarına 3.913 yapon şəxs miqrasiya etmişdir və onların bir çox davamçısı Havay adalarında yaşamağa davam edir. Muzey yaponların Havay adalarına miqrasiya tarixini və onların yaşadıqları çətinlikləri işıqlandırmaq məqsədilə 8 fevral 1999-cu ildə (ilk yapon miqrant qrupunun Havay adalarına çatdığı 8 fevral 1885-ci il tarixi münasibətilə) açılmışdır. Muzey üçün eksponatların yığılması prosesi 1995-ci ildə başlamışdır.Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir. O, 1924-cü ildə Suo-Oşimaya qayıtmış və 1928-ci ildə bu binanı tikdirmişdir. Fukumoto binanın tikintisində istifadə olunacaq materiallar üçün özü şəxsən Tayvana getmişdir. Qərb və yapon memarlıq üslublarının vəhdətinə malik binanın tikintisi həmin dövrdə 30.000 yen məbləğinə başa gəlmişdir. Binanın ümumi döşəmə sahəsi 442 m2 təşkil edir. == Xüsusiyyətlər == Muzeydə sərgilənən materialların çoxu Havay adalarından qayıtmış şəxslər və onların ailələri tərəfindən muzeyə bağışlanmışdır.
LOT Polşa Havayolları - Uçuş 5500 qəzası
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.42 dəfə / 1 mln.
2004 •••••• 1.68
2005 ••• 0.67
2006 ••• 0.68
2007 ••• 0.85
2008 ••• 0.73
2009 •••••••••••••••••••• 6.40
2010 •••••••• 2.36
2011 ••••••••••• 3.43
2012 ••••• 1.46
2013 •••••••••••• 3.79
2014 •••••••••••••• 4.29
2015 ••• 0.68
2016 •••••••••••••• 4.16
2017 •••• 0.98
2018 •••••••••••••• 4.20
2019 ••••••• 2.23
2020 ••• 0.66

"havay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#havay nədir? #havay sözünün mənası #havay nə deməkdir? #havay sözünün izahı #havay sözünün yazılışı #havay necə yazılır? #havay sözünün düzgün yazılışı #havay leksik mənası #havay sözünün sinonimi #havay sözünün yaxın mənalı sözlər #havay sözünün əks mənası #havay sözünün etimologiyası #havay sözünün orfoqrafiyası #havay rusca #havay inglisça #havay fransızca #havay sözünün istifadəsi #sözlük