haşa sözü azərbaycan dilində

haşa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • haşa • 88.0952%
  • Haşa • 11.9048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Roş Haşana
Roş-Ha-Şana — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin.

haşa sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. nida. Olmasın, Allah eləməsin, Allah göstərməsin, …uzaq. [Qəmər deyirdi:] Haşa… Min il zindanda çürüsəm də evləndi yoxdur. (Nağıl) [Mirzə Camal:] Axund, yoldan sonra bu qarlı havada hamama buyurulsa, haşa sizdən, sətəlcəm peyda olar. Çəmənzəminli. 2. zərf Əsla, qətiyyən, heç vaxt. Bahariömrünü versə də başa; Aşıq məşuqədən usanmaz haşa! M.P.Vaqif. Dolandım dünyanı, gəzdim baş-başa; Sənin kimi gözəl görmədim haşa. Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / haşa

haşa sözünün sinonimləri (yaxın mənalı sözlər)

haşa sözünün rus dilinə tərcüməsi

haşa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. межд. аллагьди яргъазрай, аллагьди къалур тавурай, ... яргъаз; 2. нареч. асла, эсиллагь, гьич са чӀавузни, са вахтундани, гьич.

    Azərbaycanca-ləzgicə lüğəti / haşa

haşa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Allah eləməsin, Allah göstərməsin, iraq olsun. ...uzaq. 2. Əsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti) Koroğlu çəkər haşani, Bəylər edər tamaşanı, Mən özüm Aslan paşanı, Hərəniz bir xan üstünə.                               (“Durna teli”)                       *  Vuram xotkar, tutam paşa Xanlar məndən çəkər haşa, Bu dövranım vara başa Sönməyən çırağım ola!..                             (“Qulun qaçmağı”)                        * Haşa, sevdiciyim, gəl etmə haşa, Əgər qismətimsən, yetüşər başa, Bu sözü söylədi ol Dona paşa, Dur get, əcəm oğlu, qalma bu yerdə.                             (Paris nüsxəsi, 12-ci məclis)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bizdən uzaq olsun! Allah göstərməsin!

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Borçalı, Goranboy) iraq, uzaq. – Haşa üzdən, sürü itsiz olmaz (Borçalı); – Haşa sizdən, xəstə döysünüz kü? (Goranboy)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"haşa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haşa nədir? #haşa sözünün mənası #haşa nə deməkdir? #haşa sözünün izahı #haşa sözünün yazılışı #haşa necə yazılır? #haşa sözünün düzgün yazılışı #haşa leksik mənası #haşa sözünün sinonimi #haşa sözünün yaxın mənalı sözlər #haşa sözünün əks mənası #haşa sözünün etimologiyası #haşa sözünün orfoqrafiyası #haşa rusca #haşa inglisça #haşa fransızca #haşa sözünün istifadəsi #sözlük