Haşımov sözü azərbaycan dilində

Haşımov

Yazılış

  • Haşımov • 98.3766%
  • HAŞIMOV • 1.6234%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. == Həyatı == 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Elçin Haşımov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyat və Yaradıcılığı == Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda “Silkway” festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Fuad Haşımov
Fuad Ceyhun oğlu Haşımov (1 sentyabr 1996, Digah, Abşeron rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və karyerası == Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır. == Hərbi xidməti == 2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub.
Fərhad Haşımov
Haşımov Fərhad Ağasalah oğlu — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Fərhad Haşımov 25 yanvar 1959-cu ildə Abşeron rayonunun Digah qəsəbəsində anadan olub. 1966–1976-cı illərdə Digah qəsəbə tam orta məktəbində oxuyub. O, qarmon sinfi üzrə də 5 illik musiqi təhsili alıb. == Hərbi xidməti == 1978–1980-ci illərdə Ukrayna SSR-in Kiyev şəhərində hərbi xidmətdə olub. 1992-ci ilin may ayının əvvələrində könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılıb. Milli Qəhrəman Koroğlu Rəhimovun komandirlik etdiyi dəstədə olmuş, Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkeç, Mənəşli kəndlərini düşmən işğalından azad edib. 1992-ci il iyul ayının 3-də Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşüb.
Musa Haşımov
Hacı Hacıyev (tam adı: Musa Əli oğlu Haşımov; 18 avqust 1905, Tiflis – 4 yanvar 1985) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Musa Əli oğlu Haşımov 1905-ci il avqustun 18-də Tiflis şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini 1921-1925-ci illərdə komsomol məktəbində almışdır. 1925-1928-ci illərdə Bakı Əczaçılıq Texnikumunda əczaçı ixtisasına yiyələnmişdir. 1928-1933-cü illərdə Leninqrad Texnologiya İnstitutunun (LTİ) kimya-texnologiya fakültəsində kimyaçı-mühəndis ixtisasını almışdır. Tələbəlik illərində Leninqrad şəhərində laborant vəzifəsində işləmişdir. 1928-1933-cü illərdə eyni zamanda LTİ əczaçılıq fakültəsinin 4-cü kursunu bitirmişdir. 1933-cü ildə Bakıya qayıdıb 1935-ci ilədək Sintetik Kauçuk təcrübə zavodunda kimyaçı-mühəndis vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə o, Frunze adına Neftqovma və 1937-1938-ci illərdə isə Vano Strua zavodunun direktoru olmuşdur. 1938-1947-ci illərdə pedaqoji işə keçərək Azərbaycan Sənaye İnstitutunda müəllim, dosent, prorektor vəzifələrində çalışmışdır.
Məhərrəm Haşımov
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilmiş və baş rejissor olaraq fəaliyyət göstərmişdir. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışmışdır. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Məhərrəm Haşımov 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilmişdir. Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat etmişdir.
Rafael Haşımov
Rafael Zeynal oğlu Haşımov (28 yanvar 1959, Mingəçevir) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2013). == Həyatı == Rafael Haşımov 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbi bitirmiş, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1979-cu ildə təhsilini yarımçıq qoyaraq Əfqanıstan Demokratik Respublikasına hərbi xidmətə yollanmışdır. 1981–1983-cü illərdə təhsilini davam etdirmiş, 1984-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunmuş, 1989-cu ildə buranı bitirmişdir. == Yaradıcılığı == Rafael Haşımov yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən həmin teatrın baş rəssamıdır.Teatrda fəaliyyət dövrü ərzində 100-dən artıq tamaşaya (H.Cavidin "Afət", M.Hüseynin "Cavanşir", "Şeyx Şamil", İ.Mərcanlının "Xocalı notları", T.Vəliyevanın "Mənim ağ göyərçinim", C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", A.Mədətovun "Aylı gecə", R.Rəhimlinin "Gizli məhəbbət" tamaşaları və s.) bədii tərtibat vermişdir. Quruluşçu rəssamı olduğu H.Cavidin "Ana" tamaşası 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Rəşad Haşımov
Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur. A.Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir. 1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir. 1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir. 1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir. "Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur. 2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.
Tərzan Haşımov
Tərzan Qəhrəman oğlu Həşimov (13 aprel 1989; Lerik rayonu, Azərbaycan - 20 oktyabr 2020; Füzuli, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. == Hərbi Xidməti == Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. Şəhid Tərzan Həşimov Rabitəçi Gizir Rütbəsində Xidmət Göstərir.O Düşmən dilini Səlis şəkildə Bilirdi.Döyüş YoldaşLarının Sözlərinə Görə Bir neçə dəfə Düşmənlə Rabitəyə Girərək Düşmən texnikasını Məhv etmişdir. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir və döyüş zamanı yaralanmışdır.O Döyüş Müddətində Xüsusi İradə Göstərmiş Və Neytral Zonadan Döyüş Zamanı Həlak Olan Şəhidimizi Çıxarmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020.
Bakir Haşımov
Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi. == Həyatı == Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir. == Yaradıcılığı == Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.
Hacı Baba Haşımov
Hacı Baba Haşımov — Azərbaycanlı milyonçu 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.Milyonçu Hacıbaba Haşımovun oğlu Yaponiyada xoşuna gələn kazino binasını Bakıda, indiki Rus Dram Teatrı binasının yerində (Xaqani küçəsi) daş və taxta materialdan tikdirib. Burda kazino ilə yanaşı konsertlər verilib, musiqili-əyləncəli proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel” teatrı binasında, əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Bina “Mikado” teatrı adı ilə də tanınıb.Memar Rüfət Acalov bu şəxsin də tarixin yaddaşında qaldığını söyləyir: «Bakı qubernatorunun xüsusi əmri oldu. Milyonçu Hacıbaba Haşımova tapşırdılar ki, 800 qızıl pula bu darvazanı götürüb qoysun o birinin yanına. Sökülən divarın daşlarını da birinci divarın bərpasında istifadə etdilər. Şəhərin iki darvazası vardı: Qoşa Qala və Salyan qapıları.
Aybəniz Haşımova
Aybəniz Həsən qızı Haşımova (22 avqust 1968, Kirovabad) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti. "Bülbüllər" qrupunun yaradıcısı. == Həyatı == 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. == Ailəsi == Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Müğənni Aynişan Quliyeva onların qızıdır. Müğənni Şahnaz Haşımova Aybənizin bacısıdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Haşımovun dörd mərtəbəli gəlir evi
Haşımovun dörd mərtəbəli gəlir evi — Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən və azərbaycanlı milyonçu Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi. == Haqqında == Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi 1908-ci ildə tikilib. Fasadı roman memarlığının üslub prinsipləri və sakit modernin böyük əlaməti üzərində inşa edilib. Fasad yarımdairəvi tağlarla tamamlanan şaquli detallarla ayrılıb. Bütöv bloklardan olan daşdan düzəldilmiş kronşteynlərin modernist formaları ilə roman motivləri gözəl uyğunlaşdırılıb. Modern üslubunda eyvanların metal məhəccərlərinin nəfisliyi və qabarıq detalların formalarının ciddiliyi geniş profilli eklektikanı təcəssüm etdirir.
Nataliya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Növrəstə Haşımova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. == Həyatı == Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Tamilla Haşımova
Tamilla Haşımova (d. 7 noyabr 1939 - 17 oktyabr, 2021, Moskva, RF) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı. == Haqqında == T.Haşımova Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub. Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər.Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi. T.Haşımova musiqi və musiqiçilər haqqında sənədli filmlər çəkmiş, televiziya verilişləri hazırlamışdır. Bakıda anadan olmuş görkəmli violançelist və dirijor Mstislav Rastropoviçə həsr edilmiş "Slavanın beş günü", "Ustad sinfi” filmləri, ABŞ-da yaşayan digər həmyerlimiz, pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı, dirijor Dmitri Sitkovetski haqqında çəkilmiş "Darıxdığım şəhər" filmi, dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovdan "Estradanın əlifbası", Qara Qarayev musiqisinin İrlandiya orkestrinin ifasından bəhs edən "Qara Qarayev ilə Balfast görüşü", həmçinin görkəmli xoreoqraf İqor Moiseyevə həsr edilmiş qısametrajlı "Ömrə bərabər qostrol” filmləri onun yaradıcılıq uğurlarıdır. T.Haşımova həmçinin keçmiş Sovetlər İttifaqının "Dostluq" konsert studiyasında aparıcı estrada ifaçılarından Alla Puqaçova, keçmiş bakılı Larisa Dolina, İrina Ponarovskaya, Nani Briqvadze və başqaları haqqında silsilə verilişlər hazırlamışdır.
Təranə Haşımova
Təranə Haşimova (tam adıː Haşimova Təranə Əzim qızı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (22.10.1997-01.12.2016). Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti (1975-hal hazıradək). Gəncə Musiqi Kollecinin xanəndə müəllimi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.27 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 13.70
2003 •••• 2.36
2004 ••• 2.02
2005 ••• 2.02
2006 •• 0.90
2007 ••• 1.90
2008 ••• 1.46
2009 •• 0.96
2010 ••••••••• 5.90
2011 •••• 2.32
2012 ••• 1.63
2013 •••• 2.19
2014 ••• 1.89
2015 ••••• 2.89
2016 ••••••• 4.16
2017 ••• 1.79
2018 ••• 1.50
2019 ••• 1.67
2020 0.13

Oxşar sözlər

#haşımov nədir? #haşımov sözünün mənası #haşımov nə deməkdir? #haşımov sözünün izahı #haşımov sözünün yazılışı #haşımov necə yazılır? #haşımov sözünün düzgün yazılışı #haşımov leksik mənası #haşımov sözünün sinonimi #haşımov sözünün yaxın mənalı sözlər #haşımov sözünün əks mənası #haşımov sözünün etimologiyası #haşımov sözünün orfoqrafiyası #haşımov rusca #haşımov inglisça #haşımov fransızca #haşımov sözünün istifadəsi #sözlük