Haşımova sözü azərbaycan dilində

Haşımova

Yazılış

  • Haşımova • 98.7461%
  • HAŞIMOVA • 1.2539%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aybəniz Haşımova
Aybəniz Həsən qızı Haşımova (22 avqust 1968, Kirovabad) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti. "Bülbüllər" qrupunun yaradıcısı. == Həyatı == 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. == Ailəsi == Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Müğənni Aynişan Quliyeva onların qızıdır. Müğənni Şahnaz Haşımova Aybənizin bacısıdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Nataliya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Növrəstə Haşımova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. == Həyatı == Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Tamilla Haşımova
Tamilla Haşımova (d. 7 noyabr 1939 - 17 oktyabr, 2021, Moskva, RF) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı. == Haqqında == T.Haşımova Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub. Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər.Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi. T.Haşımova musiqi və musiqiçilər haqqında sənədli filmlər çəkmiş, televiziya verilişləri hazırlamışdır. Bakıda anadan olmuş görkəmli violançelist və dirijor Mstislav Rastropoviçə həsr edilmiş "Slavanın beş günü", "Ustad sinfi” filmləri, ABŞ-da yaşayan digər həmyerlimiz, pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı, dirijor Dmitri Sitkovetski haqqında çəkilmiş "Darıxdığım şəhər" filmi, dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovdan "Estradanın əlifbası", Qara Qarayev musiqisinin İrlandiya orkestrinin ifasından bəhs edən "Qara Qarayev ilə Balfast görüşü", həmçinin görkəmli xoreoqraf İqor Moiseyevə həsr edilmiş qısametrajlı "Ömrə bərabər qostrol” filmləri onun yaradıcılıq uğurlarıdır. T.Haşımova həmçinin keçmiş Sovetlər İttifaqının "Dostluq" konsert studiyasında aparıcı estrada ifaçılarından Alla Puqaçova, keçmiş bakılı Larisa Dolina, İrina Ponarovskaya, Nani Briqvadze və başqaları haqqında silsilə verilişlər hazırlamışdır.
Təranə Haşımova
Təranə Haşimova (tam adıː Haşimova Təranə Əzim qızı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (22.10.1997-01.12.2016). Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti (1975-hal hazıradək). Gəncə Musiqi Kollecinin xanəndə müəllimi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.50 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 •••••••••••••••••• 5.91
2004 •••••••• 2.70
2005 •• 0.67
2006 ••••• 1.58
2007 •••••• 1.90
2008 •••• 1.22
2009 ••••• 1.60
2010 •••••••••••• 3.99
2011 ••••••• 2.14
2012 ••••••••••• 3.61
2013 •••••••••••••••••• 5.83
2014 •••••••••••• 3.95
2015 0.17
2016 •••• 1.21
2017 ••••••••• 2.93
2018 ••• 0.90
2019 •• 0.56
2020 ••••••• 2.12

Oxşar sözlər

#haşımova nədir? #haşımova sözünün mənası #haşımova nə deməkdir? #haşımova sözünün izahı #haşımova sözünün yazılışı #haşımova necə yazılır? #haşımova sözünün düzgün yazılışı #haşımova leksik mənası #haşımova sözünün sinonimi #haşımova sözünün yaxın mənalı sözlər #haşımova sözünün əks mənası #haşımova sözünün etimologiyası #haşımova sözünün orfoqrafiyası #haşımova rusca #haşımova inglisça #haşımova fransızca #haşımova sözünün istifadəsi #sözlük