hekayələri sözü azərbaycan dilində

hekayələri

Yazılış

  • hekayələri • 96.7820%
  • Hekayələri • 3.2180%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kenterberi hekayələri
"Kenterberi Hekayələri" — Cefri Çoserin şah əsəridir. Çoser əsəri yaradıcılığının III dövründə yazmağa başlamışdır. İngilis dilində yazılmış ilk əsərlərdən biridir. Əsər Kenterberidə yerləşən Saint Thomas Becket məbədinə doğru həcc ziyarətinə çıxan zəvvarların yol boyunca vaxt keçirmək üçün söylədikləri hekayələrdən ibarətdir. Əsər Cefri Çoserin ən məşhur əsəridir. Yazıçının bu hekayələri yazarkən daha əvvəl İtaliya ya səyahəti zamanı oxuduğunu bildirdiyi C.Bokaççonun "Dekameron" əsərindən təsirləndiyi və əsərdəki hekayələrlə "Dekameron"dakı hekayələrin bənzədiyi düşünülür. C.Çoser əslində 120 hekayə yazmağı nəzərdə tutmuş, lakin sadəcə 24 hekayə yazmışdır. Bu hekayələrdən dördü hələ də əksikdir. İkisi istisna olmaqla bütün hekayələr mənzum şəkildə yazılmışdır. Əsər proloqla açılır.
Veysayd Mehmanxanasının Hekayələri
"Veysayd mehmanxanasının hekayələri" (Tales of a Wayside Inn) — Amerikan şair Lonqfello (Henry Wadsworth Longfellow) tərəfindən yazılmış şeirlər kitabıdır. Kitab 1863-cü ildə çap edilmişdir. Kitabın adındakı "Veysayd" mehmanxanası Amerika Birləşmiş Ştatları Massaçusets şəhərinin "Sudbury" əyalətində yerləşən bir mehmanxanadır. Lonqfello Massaçusets, Kembric şəhərindən 20 mil uzaqlıqda yaşayırdı. Bu mehmanxana Kembric insanlarının getməkdən ən çox həzz aldığı yerlərdən biri idi. Mehmanxananın adı ilə yanaşı həm də kitabda yer alan surətlər də real insanlardır və Lonqfelloun dostları olmuşdur. Kitab onların bir-birinə Veysayd mehmanxanasına gedərkən söylədiyi hekayələrdən ibarətdir. Kitabda bu hekayələr şeir formasında verilir. Lonqfello 1861-ci ildə həyat yoldaşının ölümündən sonra onda yaranan kədərlə mübarizə aparmaq üçün böyük öçülü bir əsərə başlayır. Bu kitabı yazarkən o həm də özünün ABŞ Vətəndaş müharibəsi dövründəki şəxsi mübarizəsi, böyük qardaşının müharibədə yaralanması və xəstələnməsini də aydınlaşdırmışdır.
Yerdəniz hekayələri (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Amerikan qorxu hekayələri (teleserial, 2021)
Amerikan qorxu hekayələri (ing. American Horror Stories) — Rayan Merfi və Bred Felçak tərəfindən FX kanalı üçün yaradılmış ABŞ istehsalı qorxu teleserialı. Serialın hər bir seriyasının məzmunu bir-birindən əlaqəsiz, aktyor heyəti isə fərqlidir. 15 iyul 2021-ci ildə premyerası baş tutan serial, Amerikan qorxu hekayəsi teleserialının spin-off seriyasıdır. Rollarda Mett Bomer, Seliya Finkelşteyn, Naomi Qrossman, Con Kerroll Linç, Çarlz Melton, Billi Lurd, Çad Ceyms Bukenen, Kodi Fern, Dilan Makdermott, Ceymi Bruyer, Denis O'Her, Mett Laski, Qaburi Sidibe, Maks Qrinfild, Ostin Buds, Set Qeybl, Rebekka Dayam, Kameron Kopertuet, Spenser Nevill, Teddi Sirs və başqaları çəkilib. 2021-ci ilin avqust ayında serialın ikinci mövsümünün 21 iyul 2022-ci ildə buraxılacağı məlum oldu. == Məzmun == Həftədə bir dəfə göstərilən epizodlar müxtəlif qorxu hekayələrindən bəhs edir. Bəzi epizodlar Amerikan qorxu hekayəsi ilə bağlantılıdır. "Rubber(wo)Man Pt. 1 & 2" (azərb.
Yad əllərdə: Kindertransport hekayələri (film, 2000)
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.

"hekayələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hekayələri nədir? #hekayələri sözünün mənası #hekayələri nə deməkdir? #hekayələri sözünün izahı #hekayələri sözünün yazılışı #hekayələri necə yazılır? #hekayələri sözünün düzgün yazılışı #hekayələri leksik mənası #hekayələri sözünün sinonimi #hekayələri sözünün yaxın mənalı sözlər #hekayələri sözünün əks mənası #hekayələri sözünün etimologiyası #hekayələri sözünün orfoqrafiyası #hekayələri rusca #hekayələri inglisça #hekayələri fransızca #hekayələri sözünün istifadəsi #sözlük