hekayəsi sözü azərbaycan dilində

hekayəsi

Yazılış

  • hekayəsi • 99.2424%
  • Hekayəsi • 0.5682%
  • HEKAYƏSİ • 0.1894%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Qulluqçunun hekayəsi
Qulluqçunun hekəyəsi — Kanadalı feminist yazıçı Marqaret Etvudun antiutopiya janrında yazıdığı gender bərabərsizliyi, qadın azadlığı, cəmiyyətdə və dünyada qadının yeri kimi problemlərə həsr olunmuş romanı. Əhatə etdiyi problemlərə görə tez-tez "feminist antiutopiyası" da adlanır. Əsərdə mifoloji elementlər, dini motivlər çox işlənmişdir. Süjet kimyəvi tullantılar səbəbindən çirklənmiş dünyada cərəyan edir. Hadisələrin baş verdiyi Amerikanın adı dəyişdirilərək "GİLEAD" adlı totalitar, patriarxal və dini dövlət qurulmuşdur. "Qulluqçunun hekayəsi"ni digər antiutopik romanlardan ayıran əsas fərq baş obrazın hər iki dünyanı, yəni, "Gilead"dan öncəki rejimi də görməsidir. Əksər antiutopiya janrında yazılan romanlarda obrazlar birbaşa qaranlıq dünyada doğulur. Offred isə köhnə dünyanı da gördüyü üçün hər iki rejimi müqayisə edə bilir. Bu səbəbdən süjet boyu obrazın keçmiş xatirələri və indiki zaman iç-içə təsvir olunmuşdur. Əsərin əsas mövzusu sonsuzluğun kəskin həddə çatdığı dövrdə uşaq dünyaya gətirmə qabiliyyətinə sahib qadınların dövlətin malı kimi mənimsənərək yüksək rütbəli komandirlərin evinə "damazlıq" kimi verilməsidir.
Gencinin hekayəsi
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Oyuncaqların hekayəsi
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib.
Sevgi hekayəsi
Sevgi hekayəsi (ing. Love Story) — 1970-ci ildə çəkilmiş Amerika romantik-drama filmi. Orijinal ssenarisi Erix Seqal tərəfindən yazılmış filmin rejissoru Artur Hiller olub və Ali Makqrou, Rayan O'Nil, Rey Milland və Tommi Li Cons əsas rollarda çəkilib. Frensis Lai filmin unudulmaz mövzu musiqisini bəstələyib və buna görə 1971-ci ildə ən yaxşı orijinal musiqi üçün Akademiya mükafatına layiq görülüb. Bu həm də filmin aldığı yeganə Oskar mükafatıdır. Film daha 6 nominasiya üzrə Oskara namizəd olub. Möhtəşəm və varlı ailədən olan Oliver Barret IV (Rayan Oneal) ailə ənənəsini davam etdirir və özündən əvvəlkilər kimi Harvard Universitetində hüquq təhsili alır. Bir gün o, Radcliffe kollecində musiqi tələbəsi olan fəhlə sinfindən Cennifer Kavalleriyə (Ali Makqrav) aşiq olur. Cütlük evlənməyə qərar verir, lakin Oliverin atası III Oliver Barret (Rey Milland) bu evliliyi istəmir və oğlunun günlük xərcini kəsir və onu mirasından da məhrum edəcəyini bildirir. Oliver üçün atasının maddi dəstəyi olmadan Harvardda oxumaq çox çətindir.
Gencinin hekayəsi (roman)
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Oyuncaqların hekayəsi 2
Oyuncaqların hekayəsi 2 (ing. Toy Story 2) — 1999-cu ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Endinin tətil üçün bir kovboy düşərgəsinə getməsi əsnasında, onun oyuncaqları öz başına qalırlar. Bu müddətdə puldan başqa heç nə düşünməyən MakVuicin adlı kolleksiyaçı, Vudini qaçırır. Qaçırılan Vudi keçmişiylə bağlı bəzi gerçəklərlə üz-üzə gələrək köhnə və yeni yoldaşları arasında bir seçim etmək məcburiyyətində qalır. Dostları isə onu tapmağa qərara gəlirlər… Oyuncaqların hekayəsi 2 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 3
Oyuncaqların hekayəsi 3 (ing. Toy Story 3) — 2010-cu ildə "Pixar" tərəfindən istehsal olunmuş animasiya filmi. Endinin oyuncaqlarını "Göyqurşağı"-ında çoxlu oyuncaqlar salamlayır və ayı Lotso, Böyük Körpə və Ken. Oyuncaqların hamısı özlərini yeni evlərinə heyran oldular. Endiyə geri qayıtmağa cəhd etmək üçün yalnız Vudi cəh etdi.Buna baxmayaraq, Vudinin qurtulma cəhdi uğursuz olur və o kiçik qız Bonni tərəfindən bağçanın çölündə tapılır.O onula yaxşı davranır və onunla öz oyuncaqları ilə birlikdə oynayır. Vudinin əhval-ruhiyyəsi yüksək idi,o qəmgin klonun istehzalı gülməyini və Lotso haqqında eşidənə qədər. Böyük Körpə,Klon və Lotso onların əsl sahibləri Deyzi tərəfindən təsadüfən itirildi.Onların üçüdə Deyzini evinə gedən yolu tapdı, lakin Lotso gördü ki, onların hər üçü eyni oyuncaqlarla əvəz olunub. Baxmayaraq ki, Klon həqiqəti başa düşmüşdü,amma Losto qəzəbləndi və o Böyük Körpəni inandırdı və onlar "Göyqurşağı"-nı tapıb həpsxanaya çevirdilər. Vudi indi tez bağçaya getmək üçün tələsir və onun dostlarını tezacıqlanan uşaqlar tərəfindən oynanmamaq üçün onlara kömək etməlidir... Oyuncaqların hekayəsi 3 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 4
Oyuncaqların hekayəsi 4 (ing. Toy Story 4) — 2019-cu ildə çəkilmiş ABŞ animasiyasıdır. Oyuncaqların hekayəsi 4 — Internet Movie Database saytında.
Amerikan qorxu hekayəsi
Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir. Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir.
Kuçan qızlarının hekayəsi
Kuçan qızlarının hekayəsi: İran tarixində gender və milli yaddaş — 1905-ci ildə Qacar dövlətində insan alveri hadisəsi haqqında Əfsanə Nəcmabadi tərəfindən yazılmış 1998-ci ildə siyasi tarix kitabı. Bunlar Kuçan rayonundan olan təxminən 250 qızdan ibarət qrup idi və yerli hökumət onları vergi əvəzinə qaçırıb satmışdır. == Süjeti == Nəcmabadi hadisəni həm vilayət hökumətləri, həm də milli Qacar rejimi tərəfindən Konstitusiya inqilabına səbəb olan çoxsaylı aktlardan birinin nümunəsi kimi təqdim edir. Kuçan rayonunda vilayət qubernatoru Asəfdövlə gəlirindən asılı olmayaraq bütün vətəndaşlar üçün sabit vergi təyin etmişdir. Kasıbların məhsulu pis olduğu üçün bu vergini ödəyə bilməmişdilər. Onlar pul toplamaq üçün yeganə yol kimi öz qızlarını elit türkmənlərə və ya köçərilərə satmağı seçmişdilər. Türkmənlər də kəndə basqın edərək qadınları əsir götürməyə başlamışdılar. Vətəndaşlar ödənişin təxirə salınmasını tələb edəndə vilayət hökumətinin məmurları tərəfindən güllələnərək öldürülmüşdülər. 250-yə yaxın qız satılmış və onlar Kuçan qızları kimi tanınmışdılar. Nəcmabadinin sözlərinə görə, bu hadisə iranlı qadınların necə "qaçaqmalçılıq obyekti" kimi qəbul edildiyini simvollaşdırır.
Oyuncaqların hekayəsi (film, 1995)
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Qərb tərəfin hekayəsi (dəqiqləşdirmə)
Qərb tərəfin hekayəsi (film, 1961) — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir.
Sevgi hekayəsi (film, 2005)
Sevgi hekayəsi, Əlaqə və ya Zəncirlər (Rom: Silsiilay; ingiliscə: Chains) — 2005-ci ildə Xalid Məhəmmədin ssenari xəttini yazdığı və rejissoru olduğu hind dilində çəkilmiş olan romantik filmdir. Filmdə baş rollarda Tabu, Bhumika Çavla, Riya Sen, Celina Ceytli, Anita Hassanandani, Divya Dutta, Rahul Bose, Cimmi Şeirgill, Aşmit Patel və Kay Kay Menon iştirak edir, eyni zamanda filmdə xüsusi geniş obrazı Şah Rukh Khan canlandırır. Film 17 iyun 2005-ci ildə buraxılmışdır. Film üç qadının hekayəsi ətrafında cərəyan edir. Sürətlə yüksələn Bollivud aktrisası olan Zianın, onu kino karyerası üçün yetişdirmiş şəxs olan Neel ilə olan isti münasibətləri pozulmaq üzrədir. Ondan uşaq istəyir, amma uşağa görə heç bir məsuliyyət də daşımaq istəmir. Tezliklə o öz yoluna davam edir və özünə başqa bir sevgili tapır. Anuşka varlı Nikhillə münasibətlərində sevgi tapmaq istəyən telefon operatorudur. Bu vaxt ofisdəki həmkarı Tarun da onu sevir və onu səssizcə izləyir. Əməksevər bir qız olan Anuşkanın sevgi hekayəsində bir dönüş nöqtəsi baş verir və bundan sonra qız iki oğlandan birini seçməlidir.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir.
Oyuncaqların hekayəsi (cizgi filmi, 1995)
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 2 (film, 1999)
Oyuncaqların hekayəsi 2 (ing. Toy Story 2) — 1999-cu ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Endinin tətil üçün bir kovboy düşərgəsinə getməsi əsnasında, onun oyuncaqları öz başına qalırlar. Bu müddətdə puldan başqa heç nə düşünməyən MakVuicin adlı kolleksiyaçı, Vudini qaçırır. Qaçırılan Vudi keçmişiylə bağlı bəzi gerçəklərlə üz-üzə gələrək köhnə və yeni yoldaşları arasında bir seçim etmək məcburiyyətində qalır. Dostları isə onu tapmağa qərara gəlirlər… Oyuncaqların hekayəsi 2 — Internet Movie Database saytında.
Qərb tərəfin hekayəsi (film, 1961)
Qərb tərəfin hekayəsi — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir. Artur Laurentsin kitabından müvafiqləşdirilən filmin musiqisini Leonard Bernşteyn bəstələmişdir. Kinodan əvvəl ilk musiqili nümayişi 1957-ci ildə etdirilmişdir. Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin müasir versiyası olan film nümayiş olunduğu dövrdə böyük əks-səda yaratmış, daha sonra dəfələrlə musiqili şou olaraq nümayiş etdirilmişdir. Qərb tərəfin hekayəsi 10 Akademiya Mükafatı və Qremmi Mükafatı ilə bərabər 20-dən çox mükafat qazanmışdır. “Qərb tərəfin hekayəsi” 1997-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli” filmlərdən biri olaraq seçilmiş və filmin ABŞ Milli Film Reyestrində saxlanılmasına qərar verilmişdir. Manhettendə iki fərqli küçə quldur dəstəsinin etnik fərqlərə görə çəkişməsindən bəhs edən filmin baş rolları; Natalie Wood, Richard Beymer, Russ Tamblyn tərəfindən paylaşılmışdır. Stiven Spilberq tərəfindən yenidən çəkilmiş Qərb tərəfin hekayəsi filminin ABŞ-də 18 dekabr 2020-ci ildə buraxılması planlaşdırılır.
Qərb tərəfin hekayəsi (film, 2021)
Qərb tərəfin hekayəsi (ing. West Side Story) — Stiven Spilberqin rejissoru olduğu və Kristie Macosko və Krieger Kevin McCollum ilə müştərək prodüserlik etdiyi, 10 dekabr 2021-ci ildə nümayişi planlaşdırılan musiqili ABŞ filmidir. Bu, 1961-ci ildə buraxılmış Qərb tərəfin hekayəsi filminin remeykidir.
İki şəhərin hekayəsi
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir. Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757–1794-cü illəri əhatə edir. Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır. Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır.
Ceyn Mensfild hekayəsi
Ceyn Mensfild hekayəsi (ing. The Jayne Mansfield Story) — 1980-cı ildə Dik Lauri tərəfindən çəkilmiş ABŞ filmidir. Film real hadisələr əsasında hazırlanmışdır.
Bencamin Battonun müəmmalı hekayəsi
Bencamin Battonun müəmmalı hekayəsi (ing. The Curious Case of Benjamin Button) — Devid Finçerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş fentezi, romantik dram filmi. Film Frensis Skott Fitsceraldın 1922-ci ildə yazdığı eyniadlı qısa hekayə əsasında çəkilib. Filmdə Bred Pitt dünyaya qoca gəlib böyüdükcə gəncləşən personajı canlandırır.
Bir Çin kabus hekayəsi
Çin Kabus hekayəsi (ing. A Chinese Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. Film 3 mükafata və 6 Nominasiyaya layiq görülmüşdür.
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası (ing. American Horror Story: Asylum) - FX telekanalında yayımlanan, Bred Falçuk və Rayan Mörfi tərəfindən yaradılmış “Amerikan Qorxu Hekayəsi” teleserialının ikinci mövsümüdür. İkinci mövsüm 17 oktyabr 2012-ci ildən 23 yanvar 2013-cü ilə kimi yayımlanmışdır. İkinci mövsümdə yeni məkanlar və yeni personajların istifadə edilməsi ilə “Amerikan Qorxu Hekayəsi” antologiya serialı kimi təqdim edilmişdir. İkinci mövsümdə hadisələr 1964-cü ildə Briarkliff Manorda uydurma psixi xəstəxanada baş verir və tədricən xəstəxana sakinlərinin keçmiş həyatları ilə qarışır. Birinci mövsümdə rol almış Frensis Konroy, Cessika Lanc, Dilan MakDermott, Sara Polson, Evan Piters, Zaxari Kuinto və Lili Reyb ikinci mövsümdə də rol almışlar. Birinci mövsüm kimi, ikinci mövsüm də həm televiziya tənqidçiləri, həm də izləyicilər tərəfindən yaxşı qarşılanmışdır. Xüsusilə Cessika Lanc, Ceyms Kromvel, Zaxari Kuinto, Sara Polsin və Lili Reybin ifası yüksək qiymətləndirilmişdir. İkinci mövsüm bütün seriallardan çox – on yeddi nominasiyada Emmi mükafatına namizəd göstərilmiş, bunların arasında Əlamətdar miniserial nominasiyası, həmçinin Lanc, Polson, Kromvel və Kuinto üçün Miniserial və ya Filmdə Ən Yaxşı İkinci Dərəcəli Aktyor nominasiyaları da olmuşdur. Bundan əlavə, Kuinto və Polson müvafiq kateqoriyada 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatına da layiq görülmüşdür.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Oyuncaqların hekayəsi 2 (cizgi filmi, 1999)
Oyuncaqların hekayəsi 2 (ing. Toy Story 2) — 1999-cu ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Endinin tətil üçün bir kovboy düşərgəsinə getməsi əsnasında, onun oyuncaqları öz başına qalırlar. Bu müddətdə puldan başqa heç nə düşünməyən MakVuicin adlı kolleksiyaçı, Vudini qaçırır. Qaçırılan Vudi keçmişiylə bağlı bəzi gerçəklərlə üz-üzə gələrək köhnə və yeni yoldaşları arasında bir seçim etmək məcburiyyətində qalır. Dostları isə onu tapmağa qərara gəlirlər… Oyuncaqların hekayəsi 2 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 3 (cizgi filmi, 2010)
Oyuncaqların hekayəsi 3 (ing. Toy Story 3) — 2010-cu ildə "Pixar" tərəfindən istehsal olunmuş animasiya filmi. Endinin oyuncaqlarını "Göyqurşağı"-ında çoxlu oyuncaqlar salamlayır və ayı Lotso, Böyük Körpə və Ken. Oyuncaqların hamısı özlərini yeni evlərinə heyran oldular. Endiyə geri qayıtmağa cəhd etmək üçün yalnız Vudi cəh etdi.Buna baxmayaraq, Vudinin qurtulma cəhdi uğursuz olur və o kiçik qız Bonni tərəfindən bağçanın çölündə tapılır.O onula yaxşı davranır və onunla öz oyuncaqları ilə birlikdə oynayır. Vudinin əhval-ruhiyyəsi yüksək idi,o qəmgin klonun istehzalı gülməyini və Lotso haqqında eşidənə qədər. Böyük Körpə,Klon və Lotso onların əsl sahibləri Deyzi tərəfindən təsadüfən itirildi.Onların üçüdə Deyzini evinə gedən yolu tapdı, lakin Lotso gördü ki, onların hər üçü eyni oyuncaqlarla əvəz olunub. Baxmayaraq ki, Klon həqiqəti başa düşmüşdü,amma Losto qəzəbləndi və o Böyük Körpəni inandırdı və onlar "Göyqurşağı"-nı tapıb həpsxanaya çevirdilər. Vudi indi tez bağçaya getmək üçün tələsir və onun dostlarını tezacıqlanan uşaqlar tərəfindən oynanmamaq üçün onlara kömək etməlidir... Oyuncaqların hekayəsi 3 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 4 (cizgi filmi, 2019)
Oyuncaqların hekayəsi 4 (ing. Toy Story 4) — 2019-cu ildə çəkilmiş ABŞ animasiyasıdır. Oyuncaqların hekayəsi 4 — Internet Movie Database saytında.
Doktor Cekil və cənab Haydın qəribə hekayəsi
Doktor Cekil və cənab Haydın qəribə hekayəsi şotland yazıçı Robert Louis Stevensonun 1885-cı ildə qələmə aldığı qısa qotik romanı. Povest 1885-ci ildə sentyabr-oktyabr aylarında hissə-hissə "Longman's magazine"də çap edilmiş, sonra isə naşir Lonqmanın təşəbbüsü ilə 1886-cı ildə kitab formasında çap edilmişdir. Cekil adı Stevensonun dostu və bağçılıq-peyzajdizayneri Qertrud Çekilin kiçik qardaşı Valter Cekildən götürülmüşdür. Cənab Hayd doktor Cekilin daga primitiv və az inkişaf etmiş bir evrsiyası kimi təsvir edilir və onun degenerasiyası irəlilədikcə Hayd da daha heyvani olur. == Süjet == == Personajlar == Qabriel Con Atterson - notarius Cənab Riçard Enfild - Cənab Attersonun uzaq qohumu, tanınmış London varlılarından biri Henri Cekil Edvard Hayd - Həkim Lenyon - Attersonun dostu Cənab Pul - Uzun illər Çekilin yanında işləyən eşikağası. Pool Cekilə sədaqətlə xidmət edir və ona sadiq olmağa çalışır. Amma ağasının getdikcə artan qəribəlikləri, özünəqapanmaları və aşqa dəyişiklikləri onun narahatlığının artmasına səbəb olur. Nəhayət ağasının öldürülməsindən və onun qatili cənab Haydın Cekilin otağında yaşamasından qorxan Pul Atterspna gedrək məsələni ona açır. İkili həqiqəti üzə çıxarmaq üçün birləşirlər. Attersonu həqiqətə çatdırmaq üçün Pul balta ilə labo Bredşou - Hneri Çekilin qulluqçularından biriratoriya qapısı baltalayır.

"hekayəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hekayəsi nədir? #hekayəsi sözünün mənası #hekayəsi nə deməkdir? #hekayəsi sözünün izahı #hekayəsi sözünün yazılışı #hekayəsi necə yazılır? #hekayəsi sözünün düzgün yazılışı #hekayəsi leksik mənası #hekayəsi sözünün sinonimi #hekayəsi sözünün yaxın mənalı sözlər #hekayəsi sözünün əks mənası #hekayəsi sözünün etimologiyası #hekayəsi sözünün orfoqrafiyası #hekayəsi rusca #hekayəsi inglisça #hekayəsi fransızca #hekayəsi sözünün istifadəsi #sözlük