Heliotropin
Heliotropin (3,4-metilendioksibenzaldehid, piperonal)- heliotrop güllərinin iyini verən rəngsiz kristal maddədir;
== Fiziki xassələri ==
Etanolda həll olur, qliserində həll olmur, suda həll olması 0,2%, su buxarı ilə asanlıqla qovulur. Vanil yonqarlarının, heliotrop və yasəmən çiçəklərinin və bəzi efir yağlarının tərkibində vardır.
== Kimyəvi xassələri ==
Suyun, işığın, havanın uzunmüddətli təsirindən parçalanır.
== Alınması ==
Sənayedə H.-ı safrolu (I) qələvi iştirakında izomerləşdirərək, alınmış izosafrolu xrom qarışığı və ya ozonla oksidləşdirməklə alırlar.
== Tətbiqi ==
Heliotropin və onun asetalları ətriyyatda və yeyinti sənayesində ətirli maddələr kimi istifadə olunur.
== Mənbə ==
Химическая энциклопедия, М., Изд. "Советская энциклопедия", 1988, т. 1, с. 1004.