Henrik sözü azərbaycan dilində

Henrik

Yazılış

  • Henrik • 98.7539%
  • HENRİK • 0.6231%
  • henrik • 0.6231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Henrik Artstovski
Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı. İlk Antarktika qışlamasında iştirak etmişdir və dünyaca məşhur meteoroloq olaraq şöhrət qazanmışdır. Bir sıra coğrafi obyektlər, Polşa Antarktika Stansiyası və ABŞ Milli Elmlər Akademiyasının medalı onun şərəfinə adlandırılıb. == Həyatı == 15 iyul 1871-ci ildə Varşavada Vürttemberq kökləri olan bir ailədə anadan olmuşdur. 1888-ci ildə təhsilini Lyej Universitetində başladı, burada riyaziyyat, fizika və astronomiya üzrə təhsil alırdı, daha sonra isə Sarbonnada kimya və geologiya sahələri üzrə oxumuşdur. 1893-cü ildə təhsilini başa vurduqdan sonra Lyejə qayıdır və burada professor Şprinqə məxsus kimyəvi laboratoriyada işləməyə başlayır. 1893-cü ildə Belçika hökumətindən soyadının "Artstovski" olaraq dəyişdirilməsini istədi. 1895-ci ildə Belçika Antarktika ekspedisiyasına qatıldı, hansı ki məcburən olsa da ilk dəfə Cənub Qütb dairəsindən kənarda qışlamalı olur. Sonradan məşhurlaşan Roald Amundsen, Frederik Kuk və Emil Rakovitsa kimi tədqiqatçılar onun ekspedisiya yoldaşları olmuşdular.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. == Həyatı == Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. === Vəfatı === 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Henrik Kristoffersen
Henrik Kristoffersen (2 iyul 1994) — Norveçli dağ-xizək idmançısı. O, dağ-xizək idmanı üzrə Dünya Kubokunda iştirak etmiş, Olimpiya Oyunlarının mükafatçısı olmuşdur.Kristoffersen Norveçin Okershus dairəsinin Lorenskoq bələdiyyəsində anadan olmuşdur. Kristoffersen slalom və böyük slalom yarışları üzrə ixtisaslaşmışdır. O, Dünya Kubokunda peşəkar debütünü 2012-ci ilin mart ayında Sloveniyanın Kranyska Qora şəhərində etmişdir. İlk dəfə podiuma isə 2013-cü ilin noyabr ayında çıxmışdır. Finlandiyanın Levi şəhərində keçirilən yarışda o, 3-cü yeri tutmuşdur. 2014-cü ildə Soçidə keçirilən 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Kristoffersen Rosa Xutorda keçirilən yarışda slalom üzrə bürünc medal qazanmışdır. 19 yaşında medal əldə edərək Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə ən gənc medal qazanan idmançı kimi tarixə düşmüşdür.Kristoffersen ilk dəfə eyni mövsümdə Adelboden, Vengen və Kitzbüheldə keçirilən üç klassik slalom yarışlarında qələbə qazanmışdır; 2016-cı ilin yanvar ayında 21 yaşında bu uğura nail olmuşdur. Bu yürüşlərindən sonra o, Dünya Kubokunun slalom müsabiqələri tarixində ən titullu Norveçli idmançı olub.
Henrik Larsson
Henrik Larsson (20 sentyabr 1971) ― İsveç futbolçusu == Karyerası == === Futbolçu karyerası === Karyerası boyu vətənində "Hyoqabor" klubunda da oynayan Henrik ölkədən kənarda Hollandiyada "Feyenoord", Şotlandiyada "Seltik", İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted"də forma geyinib. Karyerası boyu həm çoxsaylı mükafatlar, ölkə çempionluğu, kuboku qazanan Larsson "Qızıl buts"un sahibi, Çempionlar Liqasının qalibi olub. Hətta vətənində bütün dövrlərin ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, milli komandasının heyətində dünya çempionatının bürünc medalını qazanan, keçirdiyi 106 oyunda 37 qol vuran Larsson Azərbaycan milli futbol komandasının da qapısına yol tapıb. Karyerasını 2009-cu ildə bitirib. Yaşıl meydanda çıxışını 38 yaşında başa vuran hücumçu son oyununu ölkə çempionatında "Helsinqborq"un heyətində "Yurqorden"lə qarşı görüşdə keçirib. O, futboldan komandasında bu ilin yaxşı oyunçusu seçilməsi ilə bağlı aldığı mükafatla yola salınıb. === Məşqçilik karyerası === Larsson İsveç çempionatının ikinci divizionunda çıxış edən "Landskrona Boys" komandası ilə 1 illik məşqçilik müqaviləsi bağlayıb.
Henrik Petersson
Henrik Petersson (6 aprel 1973, Uppsala) — riyaziyyatçı, riyaziyyat müəllimi və İsveç yazıçısı. Petersson Çalmers Texnologiya Universiteti dosentdir və Göteborqdakı Hvitfeldtska Liseyində riyaziyyat dosenti olaraq çalışır. Petersson Hvitfeldtska Liseyində qabaqcıl riyaziyyat üçün riyaziyyat problemi kurslarını və təbiət elmləri sahəsi üçün klassik riyaziyyat kurslarını tədris edir. Hvitfeldtskada tədrisi ilə yanaşı riyaziyyatla maraqlanan lisey tələbələri üçün online platforma da idarə edir. Sayt Solstickan Vəqfi vasitəsi ilə maliyyələşdirilib. == Həyatı == Henrik Petersson 6 aprel 1973-cü ildə İsveçin Uppsala şəhərində anadan olub. 2001-ci ildə riyaziyyat üzrə elmilər doktoru olmuşdur. 2010-cu ildə xüsusi lisey muəllimi kimliyini almışdır.2005–2008 illəri arasında riyaziyyat sahəsinda 12 ədəd müxtəlif elmi tədqiqatlar və məqalələr dərc etmişdir. Tədqiqatı funksiyaların nəzəri tətbiqi ilə xətti dinamika və operativ nəzəriyyəyə yönəldilmişdir.Petersson, ən çox 2013-cü ildə nəşr olunan Problemlösningens grunder adlı kitabı və Hvitfeldtska Liseyindəki riyaziyyat tədrisinə görə tanınmışdır.2019-cu ildə Petersson, Avancera I və Avancera II adlı iki kitab nəşr edəcək. == Müəllim olaraq nailiyyətləri == Hvitfeldtska'daki müəllimliyi sayəsində, çox sayda tələbəsi bir çox ölkədaxili və beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib.
Henrik Pontoppidan
Henrik Pontoppidan (dan. Henrik Pontoppidan; 24 iyul 1857[…] – 21 avqust 1943[…]) — danimarkalı yazıçı, romançı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). == Həyatı == Danimarka romançısı Henrik Pontoppidan Yutland yarımadasında, 16 uşaqlı keşiş ailəsinin dördüncü övladı kimi dünyaya gəlmişdi. Atası din adamı olsa da, mütərəqqi baxışları və açıqfikirliliyi ilə tanınırdı. O, lüteran ideyalarını Danimarka milliyyətçiliyi ilə birləşdirmək xəyalında idi. Henrix atasının fikirlərinə hörmətlə yanaşırdı, lakin oxumuş, ziyalı qadın olan anası ilə daha çox ünsiyyət saxlayırdı. Lüteran kilsəsi geniş imkanlara malik olduğundan Pontoppidan ailəsi ehtiyacdan uzaq idi. Buna baxmayaraq Henrik gələcəyini kilsə ilə bağlamaq niyyətində deyildi. Cəmiyyətə fayda gətirmək üçün texniki ziyalı olmağı sərfəli saydığından təhsilini politexnik institutunda davam etdirmək qərarına gəlmişdi. Paytaxta gəldikdən sonra Henrik əyalət mühiti ilə əlaqələrini kəsdi.
Henrik Senkeviç
Henrik Adam Aleksandr Piy Senkeviç (pol. Henryk Sienkiewicz, tam adı pol. Henryk Adam Aleksander Pius Sienkiewicz; 5 may 1846[…] – 15 noyabr 1916[…]) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905). == Həyatı == Polyak yazıçısı Henrix Adam Aleksandr Piy Senkeviç Podlesyedə, Vola-Okeysk adlı kiçik şəhərdə doğulmuşdu. Atası Yozef Senkeviç knyaz Vitovtun zamanında Böyük Litva knyazlığına köçürülən tatar nəsillərindən idi. Bu ailə yalnız XVIII əsrdə xristianlığı qəbul etmişdi. 1775-ci ildə Senkeviçlər şlyaxtiç–Polşa zadəganları silkinə daxil olunmuşdu. Gələcək yazıçının anası Stefaniya Çetsişovska isə belorus şlyaxtiçləri ailəsindən çıxan əsil-nəcabətli və yaxşı təhsil almış qadın idi. Uşaqlar məktəb yaşına çatdıqda Varşavaya köçmək qərara alındı. Burada Henrix təhsilini gimnaziyada davam etdirirdi.
Henrik İbsen
Henrik Yohan İbsen (20 mart 1828, Şien - 23 may 1906, Kristianiya) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt "müasir dramaturgiyanın atası" adlandırırlar. == Həyatı == Henrik İbsen 1828-ci ildə zəngin tacir ailəsində anadan olub. Onun ailəsi 1836-cı ildə müflisləşib. İbsen 1844-cü idən başlayaraq əczaçı işləyib. Əczaçı işlədiyi dövrdə o özünün ilk şerlərini və 1848-ci ildə Avropada baş vermiş inqilabi hadisələri özündə əks etdirən "Katalina" (1850) dramını qələmə alıb. 1850-ci ildə İbsenin "Qəhrəmanlıq kurqanı" adlı pyesi Kristianiyada (indiki Oslo) tamaşaya qoyulub. 1852-1857-ci illərdə Bergendə Norveçin ilk milli teatrına, 1857-1862-ci illərdə isə Kristianiyada Norveç teatrına rəhbərlik edib. 1864-1891-ci ilərdə Roma, Drezden və Münhendə yaşayıb. İbsen 1862-ci ildə yazdığı "Məhəbbət komediyası"nda o dövrün norveç məmurlarının satirik obrazını, 1864-cü ildə qələmə aldığı "Taxt-tac uğrunda savaş" adlı tarixi dramında isə mütərəqqi tarixi missiyanı həyata keçirən qəhrəman obrazını yaradıb.
Henrik Semiradski
Henrik İppolitoviç Semiradski (rus. Ге́нрих Ипполи́тович Семира́дский) və ya Henrik Hektor Semiradski (pol. Henryk Hektor Siemiradzki, rus. Ге́нрик Ге́ктор Семира́дский; 12 (24) oktyabr 1843, Xarkov – 23 avqust 1902[…]) — polyak mənşəli Rusiya rəssamı, akademizmin ən böyük nümayəndələrindən biri. O, Xarkov və Sankt-Peterburqda təhsil almış, lakin fəal yaradıcılıq həyatının çox hissəsini Romada keçirmişdir. O, daha çox qədim Yunanıstan və Roma tarixindən səhnələrə dair monumental rəsmləri ilə tanınır. O, teatrların və şəxsi interyerlərin dizaynı ilə məşğul olmuşdur. İmperator Rəssamlıq Akademiyasının, Berlin, Stokholm, Roma, Turin rəssamlıq akademiyalarının akademiki və professoru, Fransa İncəsənət Akademiyasının müxbir üzvü olmuşdur. Əsərləri əsasən Polşa, Ukrayna və Rusiya muzeylərində, eləcə də Avropa ölkələrinin şəxsi kolleksiyalarında salanılır. 1903-cü, 1939-cu, 1968-ci və 1980-ci illərdə Polşada rəssamın fərdi sərgiləri keçirilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.23 dəfə / 1 mln.
2004 •••••• 0.67
2005 •••••• 0.67
2006 •••••• 0.68
2007 •••• 0.42
2008 •• 0.24
2009 •••••••••••••••••••• 2.56
2010 •••••••••••••••• 2.00
2011 ••••••••• 1.12
2012 ••••••••• 1.12
2013 ••••••• 0.88
2014 ••••• 0.51
2015 •••••••• 1.02
2016 •••••••••• 1.21
2017 •••••••••••• 1.46
2018 •••••••••••••••••••• 2.55
2019 ••••••••••••••• 1.81
2020 •••••• 0.66

Oxşar sözlər

#henrik nədir? #henrik sözünün mənası #henrik nə deməkdir? #henrik sözünün izahı #henrik sözünün yazılışı #henrik necə yazılır? #henrik sözünün düzgün yazılışı #henrik leksik mənası #henrik sözünün sinonimi #henrik sözünün yaxın mənalı sözlər #henrik sözünün əks mənası #henrik sözünün etimologiyası #henrik sözünün orfoqrafiyası #henrik rusca #henrik inglisça #henrik fransızca #henrik sözünün istifadəsi #sözlük