Henrix sözü azərbaycan dilində

Henrix

Yazılış

  • Henrix • 97.7492%
  • henrix • 1.6077%
  • HENRİX • 0.6431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Henrix Abramoviç
Henrix Naumoviç Abramoviç (rus. Генрих Наумович Абрамо́вич; 1 may 1911, Varşava – 27 mart 1995, Moskva) — nəzəri və tətbiqi qaz dinamikası sahəsində SSRİ alimi.Əsas işləri turbulent axınlar sahəsində olmuşdur. (939-cu ildən səssiz sürətlərdə ramjet mühərrikinin qaz dinamikasının əsaslarını işləyib hazırlamışdır. 1942-ci ildə reaktiv mühərriklərin dizaynında və yaradılmasında istifadə olunan mərkəzdənqaçma forsunka nəzəriyyəsini irəli sürmüşdür. == Əsərləri == Газовая динамика воздушно-реактивных двигателей, М., 1947; Основы теорий воздушно-реактивных двигателей, М., 1947; Турбулентные течения при воздействии объёмных сил и неавтомодельности / Г. Н. Абрамович, С. Ю. Крашенинников, А. Н. Секундов. — Москва : Машиностроение, 1975. — 94 с. : черт.; 21 см. Прикладная газовая динамика. М.: Наука, 1976.
Henrix Bart
Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. == Həyatı == 16 fevral 1821-ci ildə Hamburqda anadan olmuşdur. 1844-cü ildə Berlin Universitetindən məzun olaraq, İtaliya və Siciliyanı ziyarət etmiş və Aralıq dənizi ölkələri ilə səyahət etmək üçün bir plan hazırlamışdı. 25 noyabr 1865-ci ildə Berlində vəfat etmişdir. == Səyahətləri == 1850–1855-ci illərdə C. Riçardsonun Afrikaya ekspedisiyasında iştirak etmiş, iki dəfə Böyük Səhranı keçmiş, bir sıra vahəni, Air və Damerqu platolarını, Çad gölü hövzəsini, Niger çayını və onun sol qolu olan Benueni tədqiq etmişdir. 1858–1864-cü illərdə Balkan yarımadasını və Kiçik Asiyanı öyrənmişdir.
Henrix Boye
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor, Qərbi Yava) — Alman zooloqu.
Henrix Böll
Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll‎, 21 dekabr 1917[…], Köln, Prussiya – 16 iyul 1985[…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983). == Həyatı == Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı. Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857 − 1 yanvar 1894) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Henrix Heyne
Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine‎, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[…], Düsseldorf, Müqəddəs Roma imperiyası[…] – 17 fevral 1856[…], Paris, İkinci Fransa İmperiyası[…]) — XIX əsr alman şairi və jurnalisti. Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. == Uşaqlığı və təhsili == Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər. Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır.
Henrix Himmler
Henrix Himmler (alm. Heinrich Luitpold Himmler‎; 7 oktyabr 1900[…], Münhen – 23 may 1945[…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinib. == Həyatı == Himmler 7 oktyabr 1900-cü ildə Münhen şəhərində, müəllim ailəsində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə Alman Nasional Sosialist Fəhlə Partiyasına qəbul edilir və partiyanın rəhbərlərindən olan Qreqor Ştrasserin şəxsi katibi olur. Bir müddət sonra Bavariya federal əyalətində NSDAP-nin qaulayteri təyin edilir.
Henrix Veber
Henrix Veber (ing. Heinrich Martin Weber; 1842 – 1913) — Alman riyaziyyatçısı, cəbri ədədlər, cəbri funksiyalar nəzəriyyələri, cəbri həndəsə və riyazi fizika üzrə əsərlərin müəllifidir, 1898-ci ildə qrupun aksiomatik tərifini vermişdir.
Henrix Viland
Henrix Viland (alm. Heinrich Otto Wieland‎) (4 iyun 1877, Pfortshaym, Baden, — 5 avqust 1957, Ştarnberq) — Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1927). == Həyatı == Pforxtsxeymdə (Baden torpağı) (1877- 1957) anadan olmuş, alman üzvi- kimyaçısı və biokimyaçısı, Viland Henrix Otto 1896- cı ildə Münhen, 1897- ci ildə Berlin Universitetində, 1898- ci ildə Ştutqartdakı Ali Texniki Məktəbində təhsil almışdır. 1909- cu ildə professor adını almışdır. Çoxlu sayda öd turşylarının sintezi və öyrənilməsi, habelə onların quruluşunun müəyyən edilməsi sahəsində kompleks tədqiqat işləri həyata keçirdiyinə görə 1927- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür.
Henrix tərəsi
Henrix tərəsi (lat. Chenopodium bonus-henricus) - tərələr cinsinə aid bitki növü. == Sinonim == Agathophytum bonus-henricus (L.) Moq. Agatophyton bonus-henricus (L.) E.H.L.Krause Anserina bonus-henricus (L.) Dumort. Atriplex bonus-henricus (L.) Crantz Blitum bonus-henricus (L.) C.A.Mey. Blitum bonus-henricus var. alpinum (DC.) Moq. Blitum bonus-henricus var. erosum Moq. Blitum perenne Bubani Chenopodium bonus-henricus var.
Henrix İbsen
Henrik Yohan İbsen (20 mart 1828, Şien - 23 may 1906, Kristianiya) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt "müasir dramaturgiyanın atası" adlandırırlar. == Həyatı == Henrik İbsen 1828-ci ildə zəngin tacir ailəsində anadan olub. Onun ailəsi 1836-cı ildə müflisləşib. İbsen 1844-cü idən başlayaraq əczaçı işləyib. Əczaçı işlədiyi dövrdə o özünün ilk şerlərini və 1848-ci ildə Avropada baş vermiş inqilabi hadisələri özündə əks etdirən "Katalina" (1850) dramını qələmə alıb. 1850-ci ildə İbsenin "Qəhrəmanlıq kurqanı" adlı pyesi Kristianiyada (indiki Oslo) tamaşaya qoyulub. 1852-1857-ci illərdə Bergendə Norveçin ilk milli teatrına, 1857-1862-ci illərdə isə Kristianiyada Norveç teatrına rəhbərlik edib. 1864-1891-ci ilərdə Roma, Drezden və Münhendə yaşayıb. İbsen 1862-ci ildə yazdığı "Məhəbbət komediyası"nda o dövrün norveç məmurlarının satirik obrazını, 1864-cü ildə qələmə aldığı "Taxt-tac uğrunda savaş" adlı tarixi dramında isə mütərəqqi tarixi missiyanı həyata keçirən qəhrəman obrazını yaradıb.
Henrix Şliman
İohann Lüdviq Henrix Yulius Şliman (alm. Johann Ludwig Heinrich Julius Schliemann‎; 6 yanvar 1822, Noybukov, Meklenburq-Şvelin — 26 dekabr 1890, Neaopl) — alman sahibkarı, Troyada Homer dövrünün axtarışını aparmış həvəskar arxeoloq. == Həyatı == Henrix Şliman 1822-ci ilin 6 yanvar tarixində Baltik dənizdən çox da uzaqda olmayan Meklenburq-İsveç hersoqluğunun şəhəri Noybukovda doğulub. Onun atası Ernest Şliman (1780-1870) yerli keşiş idi. O, tez-tez oğluna müxtəlif əfsanələr danışırdı. Beləliklə, erkən yaşlardan Şlimanda tarixə həvəs formalaşır. == Sonrakı dövrlər == Atasının başına gələn müəyyən hadisələr zamanla ailənin dağılmasına səbəb olur. Henrix əmisinin himayəsinə keçir. Henrixin əmisi şəhərcikdə keşiş kimi çalışırdı. Henrixin dillərə olan marağını gördükdən sonra onu Karl Andresin yanında latın dilini öyrənməyə yollayır.
Henrix Şpringer
Henrix Andreas Teodor Şpringer (alm. Hinrich Andreas Theodor Springer‎; 1880 – 25 yanvar 1949) — Almaniya mətbəə sahibi və naşiri. == Həyatı == Henrix Andreas Teodor Şpringer 13 mart 1880-ci ildə Almaniyanın Hamburq şəhərində anadan olmuşdur. O, musiqinin müəlliminin oğlu olmuşdur. Yazıçı kimi şagirdlik kursunu bitirmiş və illərini köməkçi kimi keçirmişdir. 2 may 1908-ci ildə o, hamburqlu Ottiliye Müller ilə evlənmiş, dörd il sonra oğlu Aksel Şpringer anadan olmuşdur. O, 1946-cı ildə oğlu ilə birlikdə "Axel Springer AG" şirkətini təsis etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Tim von Arnim: „Und dann werde ich das größte Zeitungshaus Europas bauen.“ Der Unternehmer Axel Springer. Campus, Frankfurt am Main 2012, ISBN 978-3-593-39636-1, S. 275 Nachruf.
Henrix Şurts
Hеnriх Şurts(1863–1903) — аlmаn еtnоlоqu. == Həyatı == İlkin ictimаi fоrmаlаrın öyrənilməsi məsələsində аlmаn еtnоlоqu Hеnriх Şurts tаmаmilə yеni fikirlərə söykənmişdi. Bеlə ki, əvvəllər еtnоlоqlаr ilkin ictimаi fоrmаlаrdаn dаnışаrkən аilə, nikаh və qаn qоhumluğu münаsibətindən bəhs еdirdilər, Şurts isə qеyd еdirdi ki, gеridə qаlmış хаlqlаrın həyаtındа tаmаmilə yеni tipli ictimаi münаsibətlər – kişilər ittifаqı mövcud оlmuşdur. Bu, qаn qоhumluğu münаsibətləri оlmаyıb, kişilərin ibtidаi, dаhа gеniş ictimаi birliklərinin yаrаnmаsı üçün bаşlаnğıc idi.
Henrix Şönfeld
Henrix Şönfeld (alm. Heinrich Schönfeld‎; 3 avqust 1900, Kluj-Napoka – XX əsr, Toronto) — Yəhudi əsilli Avstriyalı futbolçu. Mövqeyi hücumçu olub. İtaliyada Enriko Şönfeld (it. Enrico Schoenfeld) adı ilə çıxış edib. İlk İtaliya çempionatının bombardiri olub. == Karyera == Şönfeld karyerasına 1916-cı ildə Avstriya Bundesliqasında çıxış edən "Rudolfshügel" klubunda qapıçı kimi başlayır. 1920/21 mövsümündən etibarən Henrix bu klubun hücum xəttində oynamağa başlayır. Bu cür hadisə bizim zamanımızda bu təəccüblü görunə bilər, amma o illərdə belə dəyişikliklər nadir deyildi. Hücumçu kimi ilk oyunda Henrix Vyananın "Hakoah" klubuna qol vurur.
Henrix Həsənov
Henrix Həsənov — gəmi inşaatçısı, texnika elmləri doktoru, gəmi inşası və gəmi buxar qazanları və buxar generatorlarının dizaynı sahəsində mütəxəssis, dəniz gəmilərinin atom mühərrik-reaktorlarının baş dizayneri. Sosialist Əməyi Qəhrəmanı. == Bipoqrafiyası == 1910-cu il iyulun 8-də Dərbənddə (indiki Dağıstan Respublikasında) qarışıq işçilər ailəsində anadan olmuşdur. Atası milliyyətcə ləzgi olan Əli (Əlimirza) Həsənov və anası yarı alman, yarı fransız olan Yelena Vladimirovna Bekin ailəsndə anadan olur. Məktəbi bitirdikdən sonra, 1927-ci ildə Frunze Ali Hərbi Dəniz Məktəbinə (Leninqrad) daxil olur, lakin 1929-cu ildə xəstəlik səbəbiylə tərxis edilir və Daqrıbtrest kooperativ fabrikində mexanik olaraq işə başlayır. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetiyə daxil olur, 1931 -ci ildə Leninqrad Gəmiqayırma İnstitutuna keçir. 1935-ci ildə institutu bitirdikdən sonra Serqo Ordjonikidze adına Baltik Gəmiqayırma Zavodunun Mərkəzi Dizayn Bürosuna işə göndərilir. 1938-ci ildə gəmi buxar qazanları dizaynçıları qrupunun rəhbəri olur. Böyük Vətən müharibəsi illərində, hərbi gəmilərin qurulmasında ixtisaslaşan Şimal Layihə-Konstruktor Bürosunda işləməyə davam edir. 1946-cı ildən Baltik Gəmiqayırma Zavodunda Baş Dizayner və Mərkəzi Dizayn Bürosunun rəhbəri işləyir.
Henrix Kipert
İohan Samuil Henrik Kipert (31 iyul 1818, Berlin – 21 aprel 1899, Berlin) — alman coğrafiyaçısı və kartoqrafıdır. Rusiya və Avstriya elmlər akademiyasının üzvüdür. == Tərcümeyi-halı == Henrik Kipert ticarətçi ailəsində anadan olub. Uşaqlığından səyahət etməyə marağı var idi. Ailə dostları tarixçi Leopold fon Rank onun bu marağına dəstəkləmiş və səyyah etməyə kömək etmişdir. O həmçinin tarixə marağı var idi. 1836-cı ildə Berlin universitetinə daxil olur, filogiyanı və coğrafiyanı öyrənir. Bu illərdə o dostu Karl Ritterin köməkliyi ilə öz tarixini xəritəsini çəkir. 1839-cu ildə Ritter Kiçik Asiyanın topoqrafik xəritəsini tərtib edir. 1841-ci ildə Konstantinopula, Yunanıstana səyahət edir.
Henrix Kleyst
Henrix Kleyst (1777-18111) — Alman yazıçısı. == Həyatı == Çox ağır bir həyat şəraiti keçirmişdir. Onun atası Prussiya ordusunda mayor olmuşdur. Yazıçı özüdə bu orduda xidmət etmişdir. 1799-cu ildə hərbi qulluğdan istefaya çıxmışdır. O, ölümündən sonra - XIX əsr Alman ədəbiyyatının görkəmli sənətkarı kimi dəyərləndirilmişdir.
Henrix Mann
Henrix Mann - (27 mart 1871-11 mart 1950) Alman ədəbiyyatının məşhur söz ustası - yazıçı, publisist. Əsərlərində bir çox siyasi və sosial mövzulara toxunmuşdur. Təsadüfi deyil ki,onun zəngin irsində publisistika xüsusi yer tutur. Tomas Mannın böyük qardaşıdır. == Həyatı == Almaniyanın böyük realist yazıçısı Henrix Mann 1871-ci ildə Lübek şəhərində varlı tacir ailəsində anadan olmuşdur anadan olmuşdur.Lübekin iqtisadiyyat və maliyyə senatoru və buğda satışı ilə məşğul olan,həmçinin gəmi kompaniyasına sahib olan Tomas Yoxan Henrix Mann və Yuliya da Silva Brunpsun böyük oğlu, Tomas Mannın böyük qardaşıdır. Ondan başqa ailədə iki bacı və qardaş da var idi. Braziliya mənşəlli anası çox savadlı qadın idi və onların tərbiyəsində böyük rol oynamışdır, geniş humanitar təhsil verməyə çalışmışdır. 1889-cu ildə gimnaziyanı bitirdikdən sonra Drezdenə gedir. Daha sonra Berlinə gələrək Berlin Humbolt Universitetində tarix və filologiyadan muhazirələrə qulaq asır, burada 1891-1892-ci illərdə "Fişer kitab evi"-də könüllü şəkildə çalışaraq kitab ticarəti işini öyrənir. 1891-ci ildə atası vəfat edir və onlara məxsus firma ləğv edildiyinə görə ailəsi Bavariyanın paytaxtı Münhenə köçür.
Henrix Minkeviç
Henrix Minkeviç — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Henrix Mxitaryan
Henrix Mxitaryan (erm. Հենրիխ Մխիթարյան; 21 yanvar 1989[…], İrəvan) - İngiltərənin Arsenal klubunun və Ermənistan milli futbol komandasının futbolçusu. == Həyatı == Henrix Mxitaryan 21 yanvar 1989-cu il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində doğulub. 1980-ci illərdə Ermənistanın "Ararat" futbol klubunun hücumçularından biri olmuş Mxitaryanın atası Hamlet Mxitaryan 33 yaşında beyin xərçəngi nəticəsində dünyasını dəyişib. == Karyerası == Henrix Mxitaryan karyerasına 2006-cı ildə Ermənistanın Pünik klubunda başlayıb . Henrix sonralar Ukrayna ,Almaniya və İngiltərənin müxtəlif klublarında çıxış edib və 2018-ci ildə Arsenala transfer olunub . == Uğurları == 2012-ci ildə Ukrayna Premyer Liqasında ən yaxşı futbolçu seçilmişdir. Bundan başqa, 2009, 2011 və 2012-ci illərdə Ermənistanda ilin futbolçusu seçilmişdir. == Özəl həyatı == Henrix Mxitaryan 2019-cu ilin iyun ayında tütün biznesi ilə məşğul olan iri erməni sahibkarın qızı Betti Vardanyanla evlənib. Erməni futbolçunun toyu Venesiyada baş tutub.
Henrix Müller
Henrix Müller (d. 28 aprel 1900 - ?) — Nasist Almaniyasında siyasi polis idarəsi Gestapo rəisi və Holokost edamlarının məsulu. == Həyatı == Henrix Müller Mühafizə Baş dairəsində (RSHA) planlanmış, hazırlanmış və təşkil edilmiş əsasən bütün fəaliyətlərdə məsul olaraq önəmli rol oynamışdır. 1939-cu ilin sentyabrında siyasi müxaliflərin öldürülmələri təlimatını vermişdir. Adolf Eyxmanın başında olduğu Yəhudi şöbəsi də Müllerin nəzarəti altındaydı. SSRİ yəhudilərinin qətl edilməsi planının uyğulamağa qoyulmasının ən kiçik detallarınadək Müllerin doğrudan təsiri olmuşdur. Başçısı olan Reinhard Heydrixin ona verdiyi təlimatların, şəxsi birlikləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir və gerçəkləşdirilən işləri məruzə və təbliğ ediri. Henrix Müller 1 may 1945-ci ildə Berlindəki Fürerbunkerdə son görülen faşist zabiti idi. Qızıl ordunun Berlinə girməsindən sonra qeyb oldu.
III Henrix
III Henri (fr. Henri III de France) — Fransa kralı. 1574-1589-ci illərdə hakimiyyətdə olmuşdur.
IV Henrix
IV Henrix (fr. Henri IV de France; 13 dekabr 1553 və ya 1553 – 14 may 1610[…] və ya 1610, Paris) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur. 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir. 1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.Yetkinlik yaşına çatmamış 9 yaşlı oğlu XIII Lüdovikin əvəzinə hakimiyyətə bir müddətlik arvadı Mariya Mediçi gəlmişdir.
VIII Henrix
VIII Henri (28 iyun 1491, Plasentiya sarayı[d], Böyük London regionu[d][…] – 28 yanvar 1547) — İngiltərə və İrlandiyanın Tüdor sülaləsindən olan ikinci kralıdır. 6 dəfə evlənməsi və İngiltərəni Katolik Kilsəsindən ayıraraq Anqlikan Kilsəsini qurmaqla tarixə iz qoymuşdur. == Gənclik illəri == VIII Henri İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrixin ikinci oğlu olaraq 24 iyun 1491 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. 1494-cü ildə atası tərəfindən York Hersoqu elan edildi. == Səltənət illəri == 1502-ci ildə böyük qardaşı Artur Tüdor anidən vəfat etdi və gənc Henri vəliəhd elan olundu. 1509-cu ildə atası vəfat etmiş və VIII Henri taxta keçdi. Bir neçə ay sonra mərhum qardaşının vəsiyyətinə uyğun olaraq, onun arvadı Araqonlu Ketrinlə evləndi. VIII Henrinin Araqonlu Ketrinlə baş tutan nigahından 6 övladı olsa da, bunlardan yalnız biri — I Mariya sağ qaldı. Kral oğlan övladı olmaması bəhanəsilə Araqonlu Ketrindən boşanmaq və bir müddətdir sevgili olduğu Anna Boleynlə evlənmək istədi.
Benjamin Henrixs
Benjamin Henrixs (23 fevral 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Bayer Leverkuzen === Henrixs Bundesliqada debütünü 20 sentyabr 2015-ci ildə Borussiya Dortmund klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Kərim Bellarabini əvəz etmişdir. Həmin görüşdə Bayer rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. === Monako === 28 avqust 2018-ci ildə Henrixs Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hernrixs Almaniyada anadan olmuşdur. Onun anası Qana, atası isə Almaniya vətəndaşıdır. Henrixs 4 noyabr 2016-cı ildə baş məşqçi Yoahim Lövün rəhbərliyi altında 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyun üçün və İtaliya millisi ilə yoldaşlıq oyunu üçün Almaniya milli futbol komandasına çağırılmışdır. O, milli komanda ilə debütünü 11 noyabr 2016-cı ildə San-Marino millisi ilə oyunda etmişdir. Həmin görüşdə Almaniya rəqibinə 8-0 hesabı ilə qalib gəlmişdir.
German Henrix Qossen
German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[…], Düren, Köln[d] – 13 fevral 1858[…], Köln, Reyn əyaləti[d]) —Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur. Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur. Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar.
Henrix Avqust Qrisebax
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Henrix Avqust Qrisebax.
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Henrix Edmund Nauman
Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann‎; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn, Prussiya[d]) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur. == Elmi fəaliyyəti == Edmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur. 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir. O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır. 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir. Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir. O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır. Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.
Henrix Fridrix Link
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. == Əsərləri == "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
Henrix Fridrix fon Dits
Henrix Fridrix fon Dits alm. Heinrich Friedrich Diez‎, 1751-1817)—Almaniya diplomatı, şərqşünası. == Həyatı == Henrix Fridrix fon Dits sentyabrın 2-si 1751-ci il¬də Almaniyanın Bernburq şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1769-cu ildə hüquqi təhsil almaq üçün Halle Universitetinə daxil olmuşdur. Akademik təhsilini bitirdikdən sonra 11 il Maqdeburqda əyalət hökumətinin sərəncamında işləmiş və burada xüsusi qabiliyyətinə görə referentlikdən dəftərxana müdirliyinə qədər yüksəlmişdir. Bacarıqlı hüquqşünas kimi xidməti vəzifəsini yerinə yetirməklə yanaşı Dits vaxt və macal tapanda onun üçün sevimli elm sahəsi olan fəlsəfə və dilşünaslıq üzrə biliyini daha da artırmışdır. Gəncliyində Şərqə səyahət etmək arzusunda olan Ditsin Şərq dillərinə böyük sevgisi olmuşdur.Buna görə də o, daha çox Şərq dillərini öyrənməyə çalışmışdır. Zaman keçdikcə bu böyük şəxsiyyət öz vətənindəki mühitdən sıxılmış və daha böyük fəaliyyət sahəsinə yüksəl¬məyə can atmışdır. Elə ki 1784-cü ildə Prusiyanın Türkiyədəki səfirliyində iş yeri boşalır, Dits bu vəzifəni tutmaq üçün yarışa qatılır və Böyük Fridrix (Prusiya kralı 11 Fridrix) tərəfindən soyuqqanlı xarakteri və bəzi üstünlüyünə görə bir neçə namizəd arasından o yerə seçilir. İşə başlamazdan əvvəl Dits xüsusi maraqla türklərin tari-xini, milli adət-ənənələrini, dilini həvəslə öyrənmiş, onların ruhuna daha yaxın olmaq üçün ilk başlanğıcdan türk dilində da-nışmışdır.
Henrix Qustav Rayxenbax
Henrix Qustav Rayxenbax (alm. Heinrich Gustav Reichenbach‎, 3 yanvar 1824, Drezden – 6 may 1889, Hamburq) — Almaniya botaniki, pterodoloq və ornitoloqu, bitkilərin sistematiki. == Əsərləri == Reichenbach, H. G. Orchideae in Flora Germanica... Tentamen Orchidographiae Europaeae. 1850—1851 (lat.) Reichenbach, H. G. De pollinis Orchidearum genesi ac structura et de Orchideis in artem ac systema redigendis. Commentatio quam ex auctoritate amplissimi philosophorum ordinis die mensis julii decimo hora decima MDCCCLII illustris ictorum ordinis concessu in auditorio juridico pro venia docendi impetranda publice defendet. Lipsiae, F. Hofmeister, 1852 (lat.) (doktorluq dissertasiyası) Deutschlands Flora… 13/14-22, 1850–1886 (alm.) Reichenbach, H. G. Pescatorea. Iconographie des Orchidees. Bruxelles. 1854—1855.
Henrix Rudolf Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857 − 1 yanvar 1894) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2003 ••••••••••• 1.18
2004 •••••••••• 1.01
2005 ••••••••••••••••••• 2.02
2006 ••••••••••••••• 1.58
2007 •••••••••••••• 1.48
2008 •••••••••••••• 1.46
2009 •••••••••••••••••••• 2.24
2010 •••••••• 0.82
2011 •••••••••• 1.12
2012 ••••••• 0.77
2013 •••••••• 0.88
2014 •••••••• 0.86
2015 •••••••••••••• 1.53
2016 •••••••••••••• 1.56
2017 •••••••• 0.81
2018 ••• 0.30
2019 •••••••••••••••••• 1.95
2020 •••• 0.40

Oxşar sözlər

#henrix nədir? #henrix sözünün mənası #henrix nə deməkdir? #henrix sözünün izahı #henrix sözünün yazılışı #henrix necə yazılır? #henrix sözünün düzgün yazılışı #henrix leksik mənası #henrix sözünün sinonimi #henrix sözünün yaxın mənalı sözlər #henrix sözünün əks mənası #henrix sözünün etimologiyası #henrix sözünün orfoqrafiyası #henrix rusca #henrix inglisça #henrix fransızca #henrix sözünün istifadəsi #sözlük