HEPA sözü azərbaycan dilində

HEPA

Yazılış

  • HEPA • 66.6667%
  • Hepa • 22.2222%
  • hepa • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anemone hepatica
Anemone hepatica (lat. Anemone hepatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Asiya hepardı
Asiya hepardı (lat. Acinonyx jubatus venaticus) və ya İran hepardı, Fars hepardı — Hepard növünə daxil olan yarımnövlərdən biri. Əvvəllər əsasən Yaxın Şərq və Hisndistanın müxtəlif ərazilərində yayılmışdır. Onların ümumi arealı Şimalda Qafqaz, Mərkəzi Asiya, cənubda Ərəbistan yarımadası, Hind okeanı sahilləri, qərbdə Suriya, Aralıq dənizi sahillərindən tutmuş şərqdə Hindistana qədər uzanırdı. Hazırda isə onlar kiçik bir populyasiyalar şəklində ancaq İran ərazisində qalmışdır. XX əsrdən etibarən ancaq kiçik bir ərazidə qala bilmişlər. 2011-ci ilin dekabr ayından 2013-cü ilin noyabr ayına qədər yayıldığı ərazidə onların 84 fotoşəkili çəkilmişdir. 2017-ci ilin dekabr ayına görə İranın mərkəzi yaylasında 140 min km² ərazidə bu canlıların 50-dən çox populyasiyasına rastlanmışdır. 2014 FIFA Dünya Kubokunun İran Milli Futbol Komandası rəmzi olmuşdur. Asiya hepardı 32 min ildən 67 min ilədək öncə Afrika hepardından ayrılmışdır.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Heparin
Heparin (lat. heparinum, yun. ἧπαρ qaraciyər) sinonimläri: lat. Liquaemin, Pularin, Thromboliquin, Vetren və s. insan və heyvan orqanizmin təbii və fizioloji olaraq qanın laxtalanmasının qarşısını alan faktorudu. Fibrinolizin ilə birlikdə heparin orqanizmin qanın laxtalanmasının qarşısını alan fizioloji sistemə daxildir. Heparin birbaşa təsirə malik, bilavasitə qanın laxtalanma faktorlarına (XII, XI, X, IX, VII, II) təsir edən antikoaqulyantdır. O, trombinin sintezinin qarşısını alır, trombositlərin aqreqasiyasının azaldır. Heparinin qanın laxtalanmasının qarşısını alması həm lat. in vivo – orqanizmdə və həm də lat.
Hepatiarius longissimus
Hepatiarius longissimus (lat. Hepatiarius longissimus) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədəni dartılmış və yastıdır. Bədənin ön tərəfi sormaclar arasında enlidir və güclü əzələ sistemi ilə təchiz edilmişdir. Parazitin uzunluğu 13 - 16, eni isə 0.8 - 1 mm-dir. Ağız sormacı 0,156 – 0,180x0,204 – 0,288 mm-dir. Farinksin uzunluğu 0.180 – 0.210 mm, eni isə 0,132 – 0,204 mm. Prefarinks yoxdur. Qida borusu 0,3 – 0.42 mm uzunluqdadır. Geridə qarın sormacı 0,21 – 0,27x0,258 – 0,36 mm diametrindədir.
Hepatiarius sudarikovi
Hepatiarius sudarikovi (lat. Hepatiarius sudarikovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Spiral formasında silindrik bədənə malikdir. Bədənin ön hissəsi sormaclar arasında yastı və enlidir, nəinki bədənin qalan hissəsi. Bədənin bu hissəsi güclü yığılmağa malik əzələlərdən təşkil olunmuşdur. Bədənin uzunluğu 10 - 13 mm, eni isə 0,78 – 1,02 mm -dir. Ağız sormacı qarın sormacından 2 dəfə və daha çox böyükdür, ölçüsü 0,120 – 0,180 mm-dir, eni isə 0,240 – 0,300 mm –ə çatır. Qarın sormacı çox balacadır demək olar ki, öz fiksator funksiyasını itirib. Ölçüsü 0,072 – 0,144x0,096 – 0,156 mm. Fariks 0,204 – 0,207x0,198 – 0,388 mm diametrindədir.
Hepatica nobilis
Anemone hepatica (lat. Anemone hepatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Hepatica triloba
Anemone hepatica (lat. Anemone hepatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Hepaticopsida
Marchantiophyta (lat. Marchantiophyta) — mamırkimilər şöbəsinə aid bitki sinfi. == Təbii yayılması == == Botaniki təsviri == Ciyərotu sinfi iki yarımsinfi özündə cəmləşdirir: marşansiya (Marchantiidae) və yungermani (Jungermanniidae). Ciyərotu sinfinin nümayəndələrinin qametofit nəsli lövhəcik, tallom və ya gövdəli yarpaqlı formada olur. Tallom dorzoventral quruluşa malikdir, anatomik morfoloji qurluşuşuna görə tallomun üst tərəfi alt tərəfindən fərqlənir. Rizoidləri yalnız birhüceyrəli, müxtəlif quruluşa malik olur. Sinfin nümayəndələrinin sporoqonisi üçün xarakter əlamət onların tək və ya çoxqatlı qutucuq divarının alt hissəsində sporların inkişaf etməsidir. Sporlar tam inkişaf etdikdə sporoqoninin divarları ya qatlanır, ya da çat verir. Beləliklə, sporların yayılmasının aktivliyi təmin edilir. Sporoqonidə sporlardan əlavə sporları yaymağa xidmət edən gərilmiş hüceyrələr elaterlər olur.
Hepatit
Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") - qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər. == Əlamətləri == Əzələ və oynaq ağrısı Yüksək temperatur İştahsızlıq Tünd rəngli sidik Solğun, boz rəngli nəcis Qaşınan dəri Gözlərin və dərinin saralması (sarılıq) Ürək bulanması, qusma, ishal Mədə – bağırsaq şikayətləri Qarnın üst bölgəsində ağrı Yorğunluq.Hepatit A-da 38 C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür. Xroniki hepatit, qaraciyərin funksiyaları dayanana qədər (qaraciyər çatışmazlığı) heç bir aşkar simptoma malik olmaya bilər və yalnız qan testləri zamanı aşkar edilə bilər. Sonrakı mərhələlərdə sarılıq, ayaqlarda, topuqlarda və ayaqlarda şişkinlik, nəcisdə və ya qusuntu kütləsində qan ola bilər.
Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. == Xəstəlikdən qorunma üsulları == Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır. Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Hepatit B
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər. == Təhlükəsi == Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1–2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir. == Risk daşıyan qruplar == Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır: a) Səhiyyə personalı, b) Çox sayda qan köçürmə edilən xəstələr, c) Hemofil və hemodializ xəstələr, d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar, e) Homoseksual və biseksual kişilər, f) Damar daxili narkotik istifadə edənlər, g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yurd və həbsxana kimi yerlərdə yaşayanlar, h) HBsAg müsbət olan anadan doğulan körpələr və b. == Hepatit B-nin yoluxması == Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
Hepatit C
Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi. == Ümumi məlumat == Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. == Patogeni == Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Hepatit E
Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər. == Etiologiyası == Xəstəliyin törədicisi Hepevirus cinsinə aid olan hepatit E virusudur (HEV). Virus ikosahedron formasına malikdir, üst qabığı yoxdur. Virus hissəciklərin ölçüsü 32–34 nm-dir, genomu təxminən 7,5 kb uzunluğunda tər ipli zəncirli kodlaşdırıcı RNT ilə təmsil olunur. Müxtəlif bölgələrdə — Asiya-Afrika, Meksika və Şimali Amerikada təcrid olunmuş beş HEV genotipi var: genotip 1 və 2 yalnız insanlarda, 3 və 4 zoonotik, insanlarda və isti qanlı heyvanlarda (qaban, maral) aşkar edilir, genotip 7 əsasən dromedarlara təsir göstərir. == Epidemiologiyası == Xəstəlik daha çox ekvatora yaxın inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. İnfeksiya mənbəyi əsasən xəstəliyin ilkin mərhələsində olan xəstə insandır.
Hepatologiya
Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.
Hepatorenal Sindrom
Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə əvvəlki halına geri dönür.Bu halın ortaya çıxmasının səbəbi tam olaraq bilinməsə de araşdırmalar, daxili orqanlarda vazodilatasiyanın və sistemik vazokonstruksiyanın böyrəkdə, xüsusilə də korteksdə qan axımında irələ dərəcəda azalmaya yol açdığı göstərilməkdədir. Tipik olaraq bu sindromun başlanğıcında, sidik miqdarında azalma və qan azot məhsullarının və kreatinin miqdarında bir artış müşahidə edilir. Sirozlu xəstələrdə hepatorenal sindrom ehtimalı təqribən 1 ildə 20%, 5 ildə 40%-dir.Hiponatremiya və azotemiya hepatorenal sinromun xarakterizə edir. Sidikdə natrium konsentrasiyası 10 mq/l-dən aşağıdır. Sidik sedimenti normaldır. Sidik/plazma kreatinin nisbəti >30, sidik/plazma osmolyarlığı >1-dir. Hepatorenal sindromun müalicəsində, böyrək çatışmazlığının spesifik səbəbləri inkar edilməlidir (yəni kəskin tubulyar nekroz, prerenal azotemiya, dərman nefrotoksikliyi ya da daha öncədən olan böyrək xəstəliyi).
Hepatozoon sp.
Hepatozoon sp. (lat. Hepatozoon sp. )- Apicomplexa Levine tipinə aid olan növ. == Xarici quruluşu == Hepatozoon sp. Nüvə dairəvidir, bədənin enli tərəfinə yaxın yerləşir, qırmızı və ya çəhrayı rəngə boyanır. Bədənin uzunluğu 27,0–29,5 (orta 28,1±1,8 mkm), eni bədənin enli hissəsində - 2,2–2,9 (orta 2,6 ± 0,4 mkm), nüvənin uzunluğu 5,0–6,0 (orta 5,5±0,6 mkm), eni - 2,3–2,9 (orta 2,6±0,5 mkm). Sitoplazma aşıq bənövşəyi rənglənir. Yoluxmuş eritrosit boyandıqda solğun mavi olur və yumru formadadır, bir az hipertrofikdir, nüvə kənara çəkilmişdir. Trofozoitlər ovaldır, sitoplazma zəif çəhrayı rənglənir.
Uzay Heparı
Uzay Heparı (24 iyul 1969, İstanbul – 31 may 1994, İstanbul) — Türkiyə bəstəkarı. == Həyatı == Yayla və Eti Heparının oğludur. Müqəddəs Benua Fransız Liseyinin və İstanbul Universiteti Dövlət Konsevatoriyasının piano sinfinin məzunudur. 1993-cü ilin dekabrında modelyer Zeynəb Tunuslu ilə evlənib. 5 yanvar 1995-ci ildə oğulları Uzay Kanat Heparı dünyaya gəlib. == Fəaliyyəti == İlk vaxtlar Zuhal Olcayın "Küçük Bir Öykü Bu" musiqi albomunda piano çalmaqla fəaliyyətə başlayır. 1990-cı ildə Avroviziya Türkiyə seçim mərhələsində orkestrda çıxış edir. Həmin il yenidən Zuhal OLcayın "İki Çift Laf" adlı musiqi albomunda piano çalır. Erol Evginin "Erol Evgin İle Yeniden" albomunda isə Sezən Aksunun iki mahnısını aranjiman edir. 1991-ci ildən bəstəkarlıq fəaliyyətinə başlayır.
Çita (hepard)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2019 ••••• 0.14
2020 •••••••••••••••••••• 0.66

"hepa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hepa nədir? #hepa sözünün mənası #hepa nə deməkdir? #hepa sözünün izahı #hepa sözünün yazılışı #hepa necə yazılır? #hepa sözünün düzgün yazılışı #hepa leksik mənası #hepa sözünün sinonimi #hepa sözünün yaxın mənalı sözlər #hepa sözünün əks mənası #hepa sözünün etimologiyası #hepa sözünün orfoqrafiyası #hepa rusca #hepa inglisça #hepa fransızca #hepa sözünün istifadəsi #sözlük