hermenevtika sözü azərbaycan dilində

hermenevtika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hermenevtika • 83.3333%
  • Hermenevtika • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hermenevtika
Hermenevtika (yun. hermeneuo — aydınlaşdırıram) — təfsir (şərh) nəzəriyyəsi və metodikası. Xüsusilə də dini və fəlsəfi mətnlərin, müdrik ədəbiyyatların şərh (təfsiri) edilməsi hermenevtika adlanır. Hermenevtika mətnin obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları) və subyektiv (müəlliflərin niyyəti) əsaslarına görə mənasının müəyyən etmək olan şərh məharəti nəzəriyyəsidir. Ellinizim dövründə klassik mətnlərin (məs. Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə mətnin mənasının predmeti, hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" Hermenevtikanın inkişafı başlayır. Dilteydə Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstraklaşdırma ilə və ümuminin, qanunun müəyyən edilməsi ilə bağlı "izaha" əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger), sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından biri kimi formalaşır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34

hermenevtika sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – məqsədi mətnin obyektiv \ və subyektiv \ əsasları-na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – açıqlamaq, yorumlamaq, izah etmək. Bir mətni anlamağa yönələn, mətnin izahından bəhs edən təlim.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#hermenevtika nədir? #hermenevtika sözünün mənası #hermenevtika nə deməkdir? #hermenevtika sözünün izahı #hermenevtika sözünün yazılışı #hermenevtika necə yazılır? #hermenevtika sözünün düzgün yazılışı #hermenevtika leksik mənası #hermenevtika sözünün sinonimi #hermenevtika sözünün yaxın mənalı sözlər #hermenevtika sözünün əks mənası #hermenevtika sözünün etimologiyası #hermenevtika sözünün orfoqrafiyası #hermenevtika rusca #hermenevtika inglisça #hermenevtika fransızca #hermenevtika sözünün istifadəsi #sözlük