* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] İdeoqrafik yazı sistemində heca və ya səs bildirən fiqurlu işarə. Heroqlif yazısı. Heroqliflər müxtəlif sayda qrafik ünsürdən təşkil olunur.
Azərbaycan dilinin izahlı lüğəti / heroqlif1 VII əsrdə yunanlar ilk dəfə Misirə gəlib çıxdılar: kimi tacir, kimi də muzdlu əsgər qismində. Hər şeylə maraqlanan və iti zəkaları ilə fərqlənən yunanlar hara gedirdilərsə, 2500 ildən artıq mövcud olan bir mədəniyyətin möcüzələrinə, onun yaratdığı əzəmətli tikililərə rast gəlirdilər. Bütün bunlar onlar üçün naməlum və yad idi. Divarlar qədim yazılarla dolu idi. İnsanların, quşların, heyvanların kiçik təsvirləri və sözləri əvəz edən dalğavarı xətlər qaranlıqda sezilirdi. Yunanlar, əsasən, məbəd divarları və qəbir daşlarının üzərində yonulmuş bu işarələri müqəddəs oyma adlandırırdılar. Yunan dilində bu, “hieroglyphikos” kimi səslənirdi. Buradan da həmin söz ingilis və başqa dillərə keçdi. Daş üzərində oyulmuş bu yazıların tarixi kökləri məlum olmadığından anlaşılmaz, şifrlənmiş və sirli hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı. Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / heroqlif1 I сущ. иероглиф (фигурный знак в системе идеографического письма, обозначающий понятие, слог или звук). Çin heroqlifləri китайские иероглифы II прил. иероглифический. Heroqlif yazısı иероглифическое письмо
Azərbaycanca-rusca lüğət / heroqlif