Herts sözü azərbaycan dilində

Herts

Yazılış

  • Herts • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibəti ilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Artur Hertsberq
Artur Hertsberq (ing. Arthur Hertzberg; 9 iyun 1921 – 17 aprel 2006, Uestvud[d], Nyu Cersi) — yəhudi əsilli ABŞ mühafizəkar ravvini və alimi. Siyasi həyatla məşğul olmuşdur. Hertsberq iudaizmin ən böyük müasir mütəfəkkirlərindən biri idi. O, bir çox kitabın müəllifidir, Amerika Yəhudi Konqresinin prezidenti və Dünya Yəhudi Konqresinin vitse-prezidenti olmuşdur. Hertsberq "The New York Times" və "The New York Review of Books" qəzetlərinin köşə yazarı olmuşdur. O, Nyu-York Universitetində və Dartmut Kollecində professor olmuşdur. == Əsərləri == Essays on Jewish Life and Thought (1959) The Zionist Idea (1959) The Outbursts That Await Us (1963) The French Enlightenment and the Jews (1968) – won the first Amran Award as the best work of nonfiction in the Jewish field. Judaism (1961) Being Jewish in America (1978) The Jews in America: Four Centuries of an Uneasy Encounter (1989), ISBN 0-231-10841-9 Jewish Polemics (1992) At Home Only with God (1993) The Zionist Idea (1997) Jews: The Essence and Character of a People (1998) (co-authored with Aron Hirt-Manheimer) A Jew in America: My Life And a People's Struggle for Identity (2002) The Fate of Zionism : A Secular Future for Israel & Palestine (2003). == İstinadlar == == Xarici keçidlər == Articles by Arthur Hertzberg on the Berman Jewish Policy Archive @ NYU Wagner New York Times Obituary, April 18, 2006 Jewish Standard Obituary, April 21, 2006 Association for Jewish Studies Obituary focusing on his work in Jewish education, Fall 2006.
Hertselayd
Herzeleid - Rammstein qruppunun debut albomudur.
Hertsin qırışıqlığı
== Hertsin qırışıqlığı == Yer qabığının müxtəlif sahələrində paleozoy erasının II yarısında( Devonun sonu- Triasın əvvəlləri) baş verən qırışıqlıq, qranitoidli intruziv maqmatizm və dağəmələgəlmə proseslərinin məcmuyunə deyilir. Paleozoy geosinklinallarında baş vermiş hertsen qırışıqlığı qırışıq dağ sistemlərinin – hersinidlərin yaranmasına səbəb olmuşdur. Hertsin qırışıqlığı nəticəsində Qərbi, Mərkəzi və Cənubi Avropanın Şimal- qərbi Afrikanın, Şimali Qafqazın, Uralın, Tyan- Şanın, Altayın, Appalaçların, Cənubi Amerika adalarının, Avstraliya Alplarının qırışıq dağ qurğuları yaranmışdır.
Teodor Hertsl
Teodor Hertsl (2 may 1860[…], Peşt[d], Macarıstan krallığı[d], Avstriya imperiyası – 3 iyul 1904[…], Rayhenau-an-der-Raks[d], Avstriya-Macarıstan) — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur. Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur. Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi. == Həyatı == Teodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur. Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi. O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir.
Viktor fon Hertsfeld
Viktor fon Hertsfeld (8 oktyabr 1856, Bratislava – 19 fevral 1919, Budapeşt) — Macarıstan skripkaçısı və bəstəkarı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 ••••••••••••••• 0.23
2009 •••••••••••••••••••• 0.32
2019 •••••••••••••••••• 0.28

Oxşar sözlər

#herts nədir? #herts sözünün mənası #herts nə deməkdir? #herts sözünün izahı #herts sözünün yazılışı #herts necə yazılır? #herts sözünün düzgün yazılışı #herts leksik mənası #herts sözünün sinonimi #herts sözünün yaxın mənalı sözlər #herts sözünün əks mənası #herts sözünün etimologiyası #herts sözünün orfoqrafiyası #herts rusca #herts inglisça #herts fransızca #herts sözünün istifadəsi #sözlük