Heydərqulu sözü azərbaycan dilində

Heydərqulu

Yazılış

  • Heydərqulu • 84.2105%
  • HEYDƏRQULU • 10.5263%
  • heydərqulu • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydərqulu xan Bəyləri
Heydərqulu xan Abbasqulu xan oğlu Bəyləri (10 may 1905, Təbriz – 1981, Təbriz) — Cənubi Azərbaycan hərbçisi, general-mayor. == Həyatı == Heydərqulu xan Abbasqulu xanın oğlu, Mirzə Əhməd xan Bəylərinin nəvəsidir, Ağacan xanın nəticəsidir. Atası Abbasqulu xan İran kazak diviziyasının polkovniki idi. Özü də 1919-cu ildə hərbi məktəb leytenant rütbəsi ilə bitirmişdi. Heydərqulu xan Bəyləri 1926-cı ildə Salmas hərbi hissəsində baş verən qiyamın yatırılmasında iştirak etmişdi. 1930-cu illərdə Maku, Sərdəşt, Sobucbulaq əməliyyatlarında iştirak etmişdi. Heydərqulu xan Bəyləri "Bir əsgərin xatirəsi" kitabının müəllifidir. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Heydərqulu xan Kəngərli
Heydərqulu xan Kəngərli ( ? - 1763) — Naxçıvan xanı. == Həyatı == Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.
Heydərqulu xan Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. == Həyatı == Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Heydərqulu xan Ğiyai Şamlı

heydərqulu sözünün leksik mənası və izahı

"heydərqulu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heydərqulu nədir? #heydərqulu sözünün mənası #heydərqulu nə deməkdir? #heydərqulu sözünün izahı #heydərqulu sözünün yazılışı #heydərqulu necə yazılır? #heydərqulu sözünün düzgün yazılışı #heydərqulu leksik mənası #heydərqulu sözünün sinonimi #heydərqulu sözünün yaxın mənalı sözlər #heydərqulu sözünün əks mənası #heydərqulu sözünün etimologiyası #heydərqulu sözünün orfoqrafiyası #heydərqulu rusca #heydərqulu inglisça #heydərqulu fransızca #heydərqulu sözünün istifadəsi #sözlük