heyrət sözü azərbaycan dilində

heyrət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • heyrət • 83.7838%
  • Heyrət • 15.7095%
  • HEYRƏT • 0.5068%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heyrətamiz Hörümçək-adam (dəqiqləşdirmə)
Heyrətamiz Hörümçək-adam (ing. The Amazing Spider-Man) — Marvel Comics tərəfindən istehsal olunan, Hörümçək-adam haqqında Amerikan komik kitab seriyası.
Heyrətamiz Hörümçək-adam (teleserial, 1977)
Heyrətamiz Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına həsr olunmuş qısa müddətli ABŞ teleserialı. Hörümçək-adam ilə əlaqəli ilk canlı-ekşn janrında olan teleserialdır və 14 sentyabr 1977-ci ildən 6 iyul 1979-cu ilə qədər yayımlanmışdır. Serialın yüksək reytinqinə baxmayaraq, daha sonra CBS serialın süjetinə daxil olan 13 seriyanı silmişdir. Serialın ssenarisinin Nyu-Yorkda yazılmasına baxmayaraq, Los-Ancelesdə lentə alınmışdır. == Kastinq və personajlar == Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt (pilot) və Robert F. Simon (2-ci seriyadan) – Cey Cona Ceymson Çip Filds – Rita Konuey Maykl Petekay – Kapitan Barbera (mövsüm 1) İllen Bray – Culiya Mestrs (mövsüm 2)Həm teleserial, həm də komikslərdə görünən personajlar Piter Parker/Hörümçək-adam, Cey Cona Ceymson və Mey xaladır. Coy "Robbi" Robertson da (Hilli Hiks) çox görünən personajdır, ancaq o pilot seriyalardakı çıxışları ilə məşhurdur. Ferli Stilluell, Marvel kainatından olan bir alimdir və ən çox Qurd adam görünüşündədir. Mey xalanın hər bir seriyadakı çıxışı müxtəlif aktrisalar tərəfindən canlandırılıb. Hər təcəssümdə, Cey Cona Ceymson abraziv, hirsli bir şəxsiyyət kimi görünür və daha çox evunkulyar tərzdə təsvir olunur.
Heyrətamiz Hörümçək adam (film)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Heyrətamiz Hörümçək adam (film, 2012)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Qambolun heyrətamiz dünyası
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı.Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s. üsulların qarışığı ilə yaradılıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.64 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 •••••• 1.97
2004 •••••••• 2.70
2005 •••••••• 2.70
2006 •••••••••• 3.15
2007 •••• 1.06
2008 ••••• 1.46
2009 •••• 1.28
2010 •••••• 1.72
2011 ••••• 1.46
2012 ••••••• 2.07
2013 ••••••• 2.19
2014 ••••••• 2.23
2015 •••• 1.36
2016 •••• 1.04
2017 •••• 1.14
2018 •••• 1.20
2019 ••• 0.70
2020 ••••• 1.46

heyrət sözünün leksik mənası və izahı

  • 1 1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb. Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə. □ Heyrət almaq (götürmək, aparmaq) – çaşıbqalmaq, heyrət etmək. [Qoşunəli:] Baba, necə fikir dəryasında üzməyim, məni heyrət aparıbdır… Ə.Haqverdiyev. Kərəmi heyrət alır; Kərəm xəyala dalır. S.Vurğun. Heyrət etmək – təəccüblənmək, heyrətlənmək, təəccüb etmək. [Qadın Xəlilə:] Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm… Çəmənzəminli. Heyrət içində (içərisində) – təəccüblənmiş halda, təəccüb içərisində, təəccüblənərək. Qızılgül kimidir isti yanaqlar; Heyrət içindədir gələn qonaqlar… S.Vurğun. Ətrafa baxdıqca [Aydının] qara gözləri heyrət içərisində yanırdı. H.Seyidbəyli. Heyrətdə qoymaq – 1) bax heyrətə salmaq; 2) valeh etmək, heyran etmək. Heyrətdə qoyur səni; Çılpaq qadın vücudunun kamil cizgiləri. R.Rza. Heyrətə gəlmək (düşmək, dalmaq) – bax heyrət etmək. Bu iki həmşəhərlilər bir-birinə rast gəldikdə heyrətə dalıb qaldılar. Çəmənzəminli. Heyrətə düşmüş (f.sif.) bağban, saçları çiyinlərindən üzüaşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı. S.Rəhimov. Heyrətə salmaq (gətirmək) – təəccübləndirmək, heyrətləndirmək, təəccübə salmaq. Oxu! Qüvvət gəlsin şerə, sənətə; Könlümün quşunu gətir heyrətə. M.Müşfiq. 2. Heyrətlə şəklində zərf – təəccüblə, heyrət edərək, heyranlıqla. Əlisəfa gözlərini heyrətlə döyməyə başladı. S.Hüseyn. [Kərimov] heyrətlə Məmmədova baxdı. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / heyrət

heyrət sözünün sinonimləri (yaxın mənalı sözlər)

heyrət sözünün rus dilinə tərcüməsi

  • 1 удивление, недоумение, изумление

    Azərbaycanca-rusca lüğət / heyrət
  • 2 сущ. удивление, изумление (состояние, вызванное сильным впечатлением от чего-л. необычного, неожиданного, странного, непонятного); восторг. Heyrətini gizlətməmək не скрывать своего удивления, heyrət doğurmaq вызвать удивление, heyrətdən donub qalmaq замереть от удивления; heyrət etmək (heyrətə gəlmək) удивляться, удивиться, изумляться, изумиться; поражаться, поразиться; прийти в восторг; heyrət götürmək см. heyrət etmək; heyrət içində baxmaq удивлённо (в удивлении, в изумлении, изумленно) смотреть; heyrətdə qoymaq kimi удивлять, удивить, изумлять, изумить, поражать, поразить кого

    Azərbaycanca-rusca lüğət / heyrət

heyrət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. amazement, wonder, astonishment, surprise; ~dən ağzı açıq qalmaq to be* open-mouthed with astonishment / surprise; ~ etmək / ~ ə gəlmək bax heyrətlənmək; ~ə salmaq to astonish (d.), to amaze (d.), to surprise (d.)

    Azərbaycanca-ingiliscə lüğət / heyrət

heyrət sözünün fransız dilinə tərcüməsi

heyrət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. еке тажубвал, тажуб, мягьтелвал; пагь атӀана, пантӀ хьана, кьил акъат тийиз, акахьна амай гьал (гъариба, ажайиб, кьил акъат тийир са затӀуникай, кардикай); heyrət almaq (götürmək, aparmaq) пагь атӀун, пантӀ хьун, акахьна амукьун; heyrət etmək мягьтел хьун, тажуб авун, тажублу хьун; heyrət içində (içərisində) пантӀ яз, мягьтел яз, тажублу яз; heyrətdə qoymaq а) кил. heyrətə salmaq; б) гьейран авун, кьару авун, валегь авун; heyrətə gəlmək (düşmək, dalmaq) кил. heyrət etmək; heyrətə salmaq (gətirmək) пантӀ авун, тажублу авун, мягьтеларун; // heyrətlə нареч. пантӀ яз, тажублудаказ, гьейранвилелди.

    Azərbaycanca-ləzgicə lüğəti / heyrət

heyrət sözünün türk dilinə tərcüməsi

heyrət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. donub qalma, təəccüb.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

çaşqınlıq halı; təəccüb; heyranlıq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"heyrət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heyrət nədir? #heyrət sözünün mənası #heyrət nə deməkdir? #heyrət sözünün izahı #heyrət sözünün yazılışı #heyrət necə yazılır? #heyrət sözünün düzgün yazılışı #heyrət leksik mənası #heyrət sözünün sinonimi #heyrət sözünün yaxın mənalı sözlər #heyrət sözünün əks mənası #heyrət sözünün etimologiyası #heyrət sözünün orfoqrafiyası #heyrət rusca #heyrət inglisça #heyrət fransızca #heyrət sözünün istifadəsi #sözlük