hiddətlənmək sözü azərbaycan dilində

hiddətlənmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hiddətlənmək • 91.6667%
  • HİDDƏTLƏNMƏK • 4.1667%
  • Hiddətlənmək • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hiddətlənmək sözünün leksik mənası və izahı

  • 1 f. Qəzəbə, hiddətə gəlmək; hirslənmək, qəzəblənmək, qeyzlənmək. [Gülər Gülsabaha:] Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım. C.Cabbarlı. Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / hiddətlənmək

hiddətlənmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 qəzəblənmək — qeyzlənmək — hirslənmək — acıqlanmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək
  • 2 azğınlaşmaq — quduzlaşmaq — qudurğanlaşmaq — coşğunlaşmaq — qızğınlaşmaq — dəliləşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək
  • 3 HİDDƏTLƏNMƏK Ata qızının hiddətləndiyini görüncə yavaş-yavaş səsini alçaldıb özünü toxdadı... (S.Rəhimov); ACIĞI TUTMAQ Uşaqlar içinə düşər gülüşmək; Sənin do acığın tutar, ağlarsan (M.P.Vaqif); ACIQLANMAQ (dan.) [Qəndab:] Qönçə üzümə baxmadan acıqlandı... (B.Bayramov); AĞZI KÖPÜKLƏNMƏK (fr.v.) Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi (M.İbrahimov); COŞMAQ (məc.) Bayaq pəncərənin qabağında dayanarkən onun Fərruxun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu (İ.Məlikzadə); CİN ATINA MİNMƏK (fr.v.) Lakin Mina xanım daha da qızışdı, lap cin atına mindi (M.İbrahimov); CİNİ TUTMAQ Hacı Mehdi: Onun hərdənbir cini tutur (Ə.Haqverdiyev); CİNLƏNMƏK (bərk hirslənmək) Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu (Mir Cəlal); BAŞINDAN TÜSTÜ ÇIXMAQ (fr.v.) Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı (Mir Cəlal); DARILMAQ Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (H.Cavid); HİKKƏLƏNMƏK Nə var, qaban? – Alo əmi hikkələndi (S.Rəhimov); HİRSLƏNMƏK Cövdət Əzizdən artıq hirsləndi, heyrət və qəzəbdən dişini dişinə sıxdı (H.Abbaszadə); İTƏ DÖNMƏK (fr.v.) Mən tapdaram uşaqları, arvad dönər itə (M.Ə.Möcüz); KÖPÜRMƏK (məc.) Şakro: Bizi məhv etdirəcəksən bir gün; Duysa knyaz köpürüb çıldıracaq (H.Cavid); QEYZƏ GƏLMƏK Ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə... (C.Məmmədquluzadə); QEYZLƏNMƏK Kəndlilər qızışıb qeyzlənərək; Qarılar, qocalar qiyamət edər (S.Vurğun); QƏZƏBİ TUTMAQ Axı bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur (M.F.Axundzadə); QƏZƏBLƏNMƏK Bu sözlərdən professor doğrudan da qəzəbləndi (M.Hüseyn); QƏZƏBNAK OLMAQ Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin (S.S.Axundov); QIZIŞMAQ Heç qızışma, qışqırma da (M.S.Ordubadi); QIZMAQ (məc.) Vahid: Yaman qızıb gəlib üstümə, bilmirəm nə təhər başımdan eləyim (M.İbrahimov); ÖZÜNDƏN ÇIXMAQ (fr.v.) Dilarə: Çıxma özündən sən allah (Anar); ÖFKƏLƏNMƏK (dan.)

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək

hiddətlənmək sözünün antonimləri (əks mənalı sözlər)

hiddətlənmək sözünün rus dilinə tərcüməsi

  • 1 горячиться, разгневаться, разозлиться, неистовствовать, разъяриться, рассвирипеть, прийти в бешенство, ярость, исступление

    Azərbaycanca-rusca lüğət / hiddətlənmək
  • 2 глаг. гневаться, разгневаться, возмущаться, возмутиться, сердиться, рассердиться. Boş yerə hiddətlənmək зря (попусту) гневаться, xalq hiddətlənir народ возмущается 2. разъяряться, разъяриться, свирепеть, рассвирепеть (о стихийных явлениях). Dəniz hiddətlənib море рассвирепело

    Azərbaycanca-rusca lüğət / hiddətlənmək

hiddətlənmək sözünün inglis dilinə tərcüməsi

hiddətlənmək sözünün fransız dilinə tərcüməsi

hiddətlənmək sözünün ləzgi dilinə tərcüməsi

hiddətlənmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#hiddətlənmək nədir? #hiddətlənmək sözünün mənası #hiddətlənmək nə deməkdir? #hiddətlənmək sözünün izahı #hiddətlənmək sözünün yazılışı #hiddətlənmək necə yazılır? #hiddətlənmək sözünün düzgün yazılışı #hiddətlənmək leksik mənası #hiddətlənmək sözünün sinonimi #hiddətlənmək sözünün yaxın mənalı sözlər #hiddətlənmək sözünün əks mənası #hiddətlənmək sözünün etimologiyası #hiddətlənmək sözünün orfoqrafiyası #hiddətlənmək rusca #hiddətlənmək inglisça #hiddətlənmək fransızca #hiddətlənmək sözünün istifadəsi #sözlük