* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Qəzəbə, hiddətə gətirmək; qəzəbləndirmək, qeyzləndirmək. Onun pis hərəkəti hamını hiddətləndirdi. – Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər(di). S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / hiddətləndirmək1 HİDDƏTLƏNDİRMƏK Göyərçinin bütün ölçüləri ötüb-keçən, daha deyiləsi olmayan bicliyi.. Pasını., hiddətləndirdi (S.Rəhimov); ACIĞINI TUTDURMAQ Görürdün, yol gedəndə [Səmədin] gözləri çanaqdan çıxıb oynayır, ..acığını tutduranı döyməmiş olmurdu (Çəmənzəminli); CİN ATINA MİNDİRMƏK (fr.v.) Həmidin bugünkü məqaləsi Poladovu cin atına mindirmişdi (Ə.Qasımov); CİNLƏTMƏK (bərk hirsləndirmək) Xala: Ay bala, çəni cinlətmək üçün elə deyirdi (Ə.Məmmədxanlı); HİRSLƏNDİRMƏK Minnətov: Məni hirsləndirməyin, mənim qəlbim xəstədir (R.Rza); QƏZƏBLƏNDİRMƏK Usta: Bu ədalətsizlik gərək Heybətin özünü qəzəbləndirəydi (M.Hüseyn); QIZIŞDIRMAQ (məc.) Elman Rafiqi qızışdırır, Rafiq Ədhəmi sancır.. (Ə.Kərim); ACIQLANDIRMAQ, ASİLƏNDİRMƏK, QEYZLƏNDİRMƏK.
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətləndirmək1 разгневать, разозлить, разъярить, привести в бешенство, вызвать исступление
Azərbaycanca-rusca lüğət / hiddətləndirmək2 глаг. гневить, прогневить, разгневать, возмущать, возмутить, сердить, рассердить кого-л. Bu fitnəkarlıq hamını hiddətləndirdi эта провокация разгневала всех, onu hiddətləndirmək çətin deyil рассердить его нетрудно
Azərbaycanca-rusca lüğət / hiddətləndirmək1 f. fâcher vt, mettre vt en colère, courroucer vt ; mettre en fureur
Azərbaycanca-fransızca lüğət / hiddətləndirmək