* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Qəzəbə, hiddətə gəlmək; hirslənmək, qəzəblənmək, qeyzlənmək. [Gülər Gülsabaha:] Sən çığırmasaydın, mən də hiddətlənməsəydim, danışmayacaqdım. C.Cabbarlı. Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / hiddətlənmək1 qəzəblənmək — qeyzlənmək — hirslənmək — acıqlanmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək2 azğınlaşmaq — quduzlaşmaq — qudurğanlaşmaq — coşğunlaşmaq — qızğınlaşmaq — dəliləşmək
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək3 HİDDƏTLƏNMƏK Ata qızının hiddətləndiyini görüncə yavaş-yavaş səsini alçaldıb özünü toxdadı... (S.Rəhimov); ACIĞI TUTMAQ Uşaqlar içinə düşər gülüşmək; Sənin do acığın tutar, ağlarsan (M.P.Vaqif); ACIQLANMAQ (dan.) [Qəndab:] Qönçə üzümə baxmadan acıqlandı... (B.Bayramov); AĞZI KÖPÜKLƏNMƏK (fr.v.) Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi (M.İbrahimov); COŞMAQ (məc.) Bayaq pəncərənin qabağında dayanarkən onun Fərruxun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu (İ.Məlikzadə); CİN ATINA MİNMƏK (fr.v.) Lakin Mina xanım daha da qızışdı, lap cin atına mindi (M.İbrahimov); CİNİ TUTMAQ Hacı Mehdi: Onun hərdənbir cini tutur (Ə.Haqverdiyev); CİNLƏNMƏK (bərk hirslənmək) Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu (Mir Cəlal); BAŞINDAN TÜSTÜ ÇIXMAQ (fr.v.) Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı (Mir Cəlal); DARILMAQ Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (H.Cavid); HİKKƏLƏNMƏK Nə var, qaban? – Alo əmi hikkələndi (S.Rəhimov); HİRSLƏNMƏK Cövdət Əzizdən artıq hirsləndi, heyrət və qəzəbdən dişini dişinə sıxdı (H.Abbaszadə); İTƏ DÖNMƏK (fr.v.) Mən tapdaram uşaqları, arvad dönər itə (M.Ə.Möcüz); KÖPÜRMƏK (məc.) Şakro: Bizi məhv etdirəcəksən bir gün; Duysa knyaz köpürüb çıldıracaq (H.Cavid); QEYZƏ GƏLMƏK Ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə... (C.Məmmədquluzadə); QEYZLƏNMƏK Kəndlilər qızışıb qeyzlənərək; Qarılar, qocalar qiyamət edər (S.Vurğun); QƏZƏBİ TUTMAQ Axı bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur (M.F.Axundzadə); QƏZƏBLƏNMƏK Bu sözlərdən professor doğrudan da qəzəbləndi (M.Hüseyn); QƏZƏBNAK OLMAQ Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin (S.S.Axundov); QIZIŞMAQ Heç qızışma, qışqırma da (M.S.Ordubadi); QIZMAQ (məc.) Vahid: Yaman qızıb gəlib üstümə, bilmirəm nə təhər başımdan eləyim (M.İbrahimov); ÖZÜNDƏN ÇIXMAQ (fr.v.) Dilarə: Çıxma özündən sən allah (Anar); ÖFKƏLƏNMƏK (dan.)
Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətlənmək1 HİDDƏTLƏNMƏK – SAKİTLƏŞMƏK Zeyil bunları düşünərək hiddətlənir, coşur (Çəmənzəminli); Şamxal bir az sakitləşdi (İ.Şıxlı).
Azərbaycan dilinin antonimlər lüğəti / hiddətlənmək1 горячиться, разгневаться, разозлиться, неистовствовать, разъяриться, рассвирипеть, прийти в бешенство, ярость, исступление
Azərbaycanca-rusca lüğət / hiddətlənmək2 глаг. гневаться, разгневаться, возмущаться, возмутиться, сердиться, рассердиться. Boş yerə hiddətlənmək зря (попусту) гневаться, xalq hiddətlənir народ возмущается 2. разъяряться, разъяриться, свирепеть, рассвирепеть (о стихийных явлениях). Dəniz hiddətlənib море рассвирепело
Azərbaycanca-rusca lüğət / hiddətlənmək1 f. to get* / to become* furious, to get* into a fury, to fly* into a passion; to become* / to get* infuriated / enraged
Azərbaycanca-ingiliscə lüğət / hiddətlənmək1 f. fâcher (se), mettre (se) en colère, courroucer (se) ; irriter (s’)
Azərbaycanca-fransızca lüğət / hiddətlənmək