hidroaeromexanika sözü azərbaycan dilində

hidroaeromexanika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hidroaeromexanika • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hidroaeromexanika
Hidroaeromexanika — axıcı maddələrin (mayelərin, qazların və plazmaların) mexanikasını və onlara təsir edən qüvvələri öyrənən fizika sahəsi. Onun mexaniki, mülki, kimyəvi və biotibbi mühəndislik, geofizika, okeanoqrafiya, meteorologiya, astrofizika və biologiya da daxil olmaqla geniş spektrdə tətbiqləri var. Onu maye və qazların statikasına, yəni sükunətdə olan axıcıların öyrənilməsinə və onların dinamikasına, yəni qüvvələrin axıcıların hərəkətinə təsirinin öyrənilməsinə ayırmaq olar. O maddənin atomlardan təşkil olunduğunu nəzərə almadan onu modelləşdirən bütöv mühit mexanikasının bir qoludur; yəni burada maddə mikroskopik yox, makroskopik baxımdan modelləşdirilir. Hidroaeromexanika, xüsusən də hidroaerodinamika tipik olaraq kompleks riyazi aktiv tədqiqat sahəsidir. Bir çox problemlər qismən və ya tamamilə həll edilməmişdir və ən yaxşı formada isə ədədi üsullarla, adətən, kompüterlərdən istifadə etməklə həll edilmişdir. Hesablamalı hidroaerodinamika adlanan müasir elm sahəsi bu yanaşmaya həsr edilmişdir. Axınların vizuallaşdırılması və analizi üçün eksperimental üsul olan hissəciklərin sürətinin vizual ölçülməsi də axının yüksək vizual təbiətinə əsaslanır. == Qısa tarix == Hidroaeromexanikaya dair çalışmalar öz başlanğıcını ən azı Antik Yunanıstandan götürür. Bu dövrün ən sanballı çalışması Arximed tərəfindən maye və qazların statikasına və qaldırma qüvvəsinin tədqiqinə həsr olunmuş "Üzən Cisimlərə Dair" əsəridir.

hidroaeromexanika sözünün leksik mənası və izahı

  • 1 is. [yun. ὕδσξ.. "su" + ἀήξ… "hava" + lat. mēchanicus < yun. κεραληθόο "bacarıqlı"] Mexanikanın bölməsi; maye və qaz mühitlərin müvazinətini, hərəkətini, onların bir-biri ilə və bərk cisimlərlə qarşılıqlı təsirini öyrənir. Hidroaeromexanika dənizçilik və hərbi işin tələbatı ilə yaranmış və inkişaf etmişdir.

    Yeni sözlər və yeni mənalar lüğəti / hidroaeromexanika

hidroaeromexanika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. гидроаэромеханика (раздел механики, изучающий равновесие и движение жидких или газообразных сред и их взаимодействие между собой)

    Azərbaycanca-rusca lüğət / hidroaeromexanika

Oxşar sözlər

#hidroaeromexanika nədir? #hidroaeromexanika sözünün mənası #hidroaeromexanika nə deməkdir? #hidroaeromexanika sözünün izahı #hidroaeromexanika sözünün yazılışı #hidroaeromexanika necə yazılır? #hidroaeromexanika sözünün düzgün yazılışı #hidroaeromexanika leksik mənası #hidroaeromexanika sözünün sinonimi #hidroaeromexanika sözünün yaxın mənalı sözlər #hidroaeromexanika sözünün əks mənası #hidroaeromexanika sözünün etimologiyası #hidroaeromexanika sözünün orfoqrafiyası #hidroaeromexanika rusca #hidroaeromexanika inglisça #hidroaeromexanika fransızca #hidroaeromexanika sözünün istifadəsi #sözlük