hidrotexnik sözü azərbaycan dilində

hidrotexnik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hidrotexnik • 91.3043%
  • Hidrotexnik • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hidrotexnika
Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır. Hidrotexnika aşağıdakı sahələri öyrənir. Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını; Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır; Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir; Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır. Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir. == Hidrotexniki qurğular == Hidrotexniki qurğular təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) səmərəli istifadə etmək məqsədi ilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğularıdır. Bu qurğular vasitəsilə suları və axınları idarə etmək-suyun səviyyəsini və sərfini tənzimləmək, onun miqdarını, sürətini, istiqamətini, rejimini və s.-ni tələbata uyğun dəyişdirmək olur. Hidrotexniki qurğular dəniz, çay, göl, yerüstü, yeraltı ola bilər və ümumi təyinatlı və xüsusi hidrotexniki qurğulara ayrılır. === Ümumi təyinatlı qurğular === Ümumi təyinatlı qurğulara suyun qarşısını saxlayan və səviyyə düşgüsü yaradan qurğular (bənd, damba), suötürən, sutoplayıcı, sugötürücü qurğular, tənzimləyici qurğular və s.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz — çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi hovuz. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.

hidrotexnik sözünün leksik mənası və izahı

  • 1 [yun.] Hidrotexnika mütəxəssisi. …Geoloqlar, hidrogeoloqlar, hidrotexniklər, geodezistlər, aqronomlar kanal boyunca Qaraqum səhrasını hər cəhətcə öyrənməkdədirlər. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / hidrotexnik

hidrotexnik sözünün rus dilinə tərcüməsi

hidrotexnik sözünün ləzgi dilinə tərcüməsi

"hidrotexnik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hidrotexnik nədir? #hidrotexnik sözünün mənası #hidrotexnik nə deməkdir? #hidrotexnik sözünün izahı #hidrotexnik sözünün yazılışı #hidrotexnik necə yazılır? #hidrotexnik sözünün düzgün yazılışı #hidrotexnik leksik mənası #hidrotexnik sözünün sinonimi #hidrotexnik sözünün yaxın mənalı sözlər #hidrotexnik sözünün əks mənası #hidrotexnik sözünün etimologiyası #hidrotexnik sözünün orfoqrafiyası #hidrotexnik rusca #hidrotexnik inglisça #hidrotexnik fransızca #hidrotexnik sözünün istifadəsi #sözlük