Hil-oba sözü azərbaycan dilində

Hil-oba

Yazılış

  • Hil-oba • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oba
Oba — XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xususi qurum (birlik) və həm də oturaq əhalinin muvəqqəti yaşayış məskəni olmuş, tədriclə daimi yaşayış məskəninə – kəndə çevrilmişdir. == Ümumi məlumat == Azərbaycanın ayrı-ayrı bolgələrində movcud olmuş belə obalar kəndə cevrilərkən kənd adlarında oba komponentini də saxlayırdı. Məsələn, Kəndoba (Ağsu rayonu), Vəlioba, Mollaoba, (Masallı rayonu), Mahmudoba (Şahbuz rayonu), Aşıqoba (Qusar rayonu) və b. Oba heyvandarlıq təsərrufatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlmişdi. Daimi yaşayış məskənindən-kənddən nisbətən aralı salınan obada, adətən, qohum ailələr məskunlaşırdı. Bəzən bir obada bir necə qohum nəsil birgə yaşayırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, qışlaqlarda obalar xırda vahidlərə-dəngələrə bolunur, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild Bakı,2007, səh.24-25.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cu ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) - Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hil-hil oyunu
Hil-hil oyunu - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən,özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir.Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun.Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir. Hər oyunçuya bir dəyənək və 4-5 santimetrlikdə bir hil(pəl) lazımlıdır. Duz yerdə bir çala-mərə qazılır və ağacla asanca itələmək üçün üstündən 30-40 sm uzunluğunda bir arxcıq düzəldilir. Sonra oyunçuların sayına görə həmin mərənin xırda,çala("yuva") deyilən çalalar qazılır.
Kul-Oba
Kul-Oba (ukran. Куль-Оба; rus. Куль-Оба, krım tatar: Kül Oba; kırım tatarcasında "kül təpəsi" mənasını verir.) skiflərin dəfn tumulusu (kurqan), Krımın şərqində Kerç yaxınlığındadır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb.Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. == Həyatı == 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib. Evlənməsinə baxmayaraq nisbətən müstəqil həyat keçirib və 1959-cu ildə təhsil almaq üçün ABŞ-yə köçərək Viskonsin Universitetinə, daha sonra Vaşinqton Universitetinə daxil olub.
OBA Market
"OBA Market" MMC — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1200-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə "gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir".2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf saylarının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. 2023-ci il 11 Mart tarixində "OBA" market 7 yaşını qeyd etmişdir. == Market sayı == OBA Market MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1100-dən çox marketə malik olan market şəbəkəsidir.
Oba (dəqiqləşdirmə)
Oba
Oba (İğdır)
Oba — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 13 sentyabr 1919-cu ildə ermənilər tərəfindən öldürülən azərbaycan türklərinin toplu halda basdırıldığı çuxurların bir qismi 1986-cı ildə kənddə aparılan qazıntılar zamanı aşkarlanmışdır. Bu quyularda ermeni daşnaq qüvvələrin tərəfindən öldürülən 90 azərbaycan türkünün skeletləri tapılmışdır. Qərb Cəphəsi Komandanı Kazım Qarabəkir Paşanın 1919-cu ili sentyabrında Heyət-i Təmsiliyəyə yolladığı teleqramda bunlar bildirilir: 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. Oba kəndi 1928-ci ildən bəri eyni adla kənd statusunu sürdürməkdədir. 12 sentyabr 2001-ci ildə "Oba Kənd Şəhidlik Abidəsi" İğdır valiliyinin vəsaiti hesabına qoyulmuşdur. 13 sentyabr 2005-ci ildə isə abidə valilik tərəfindən yenilənmişdir. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.
Tsuqumi Oba
Tsuqumi Oba (yap. 大場 つぐみ Ōba Tsugumi) — yapon manqaka. Əsasən digər müəlliflərlə birgə işlərin üzərində işləyir. O, ən çox 2003 və 2006 illərin arasında çıxan, Takeşi Obata tərəfindən çizilən, Death Note manqa serialın müəllifi kimi bilinir. == Layihələri == Death Note - Takeşi Obata ilə (2003–2006) Bakuman - Takeşi Obata ilə (2008–2012) Skip! Yamada-kun - Robiko ilə (2014) == Mükafatları və nəmizədləri == 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Bizvari hil
Bizvari hil, Nepal hili (lat. Amomum subulatum) - hil cinsinə aid bitki növü.
Con Hil
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Girdə hil
Girdə hil (lat. Amomum globosum) - hil cinsinə aid bitki növü.
Hil (bitki)
Hil (lat. Amomum) - zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %). == Məlumat == Hil zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir.
Hil rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. == Tarixi == 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Hacı Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar. Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir.
Napoleon Hil
Napoleon Hil (ing. Napoleon Hill; 26 oktyabr 1883, Vayz[d], Virciniya – 8 noyabr 1970, Cənubi Karolina) — amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və zənginləş" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. O, geniş şəkildə müvəffəqiyyət haqqında yazan böyük yazıçılardan biri hesab olunur.Napoleon Hill (26 oktyabr 1883 – 8 noyabr 1970), Amerikalı yazıçı və müasir şəxsi-inkişaf haqqında növün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Think and Grow Rich" (Fikirləş və Zənginləş) bütün dövrlərin ən çox satılan kitablarından biridir. Həyat hekayəsini qeydə alanlara görə Napoleon, Vircinya Vays Kauntinin Paund qəsəbəsində 2 otaqlı bir daxmada kasıb ailədə dünyaya gəlib. Anası Napoleon 10 yaşında ikən vəfat edib, atası iki il sonra yenidən evlənib. 13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır. Hüquq oxumaq istədiyinə görə müxbirliyə başlasada iqtisadi səbəblərdən fikrini dəyişir.
Nottinq-Hil
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. == Tarixi == Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. == Mədəniyyəti == 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Saylent Hil
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Əsl hil
Əsl hil (lat. Amomum repens) — hil cinsinə aid bitki növü.
Ətirli hil
Ətirli hil, Benqal hili (lat. Amomum aromaticum) — hil cinsinə aid bitki növü.
Sarıbulaq oba yeri
Sarıbulaq oba yeri — Şərur rayonunda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində ev və küz xarabalıqları, nisbətən yaxşı qorunub saxlanmış 6 ədəd təndir qalığı, saxsı qab (xüsusilə nehrə) qırıqları və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. IX–XIX əsrlərə aid edilən oba yerinin yay mövsümündə Şərurun maldar tayfalarının və Araz boyu əhalinin istirahət və yaylaq yeri olduğu ehtimal edilir.
Nottinq Hil karnavalı
Nottinq Hil karnavalı (ing. Notting Hill Carnival) — Böyük Britaniyanın paytaxtı Londonda hər il təşkil olunan əyləncəli mərasim. == Tarixi == Bu karnaval 1964-ci ildən təşkil edilir. Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
Saylent Hil 2
Silent Hill 2 — "Team Silent" tərəfindən hazırlanan və "Konami" tərəfindən buraxılan qorxu oyunu. Oyun 2001-ci ildə PlayStation 2 oyun platformasında, daha sonra isə Windows və Xbox üçün də çıxmışdır. Məşhur oyunlar seriyasından sayca 2-ci olan bu oyunda oyunun baş qəhrəmanı Ceyms adlı şəxsdir. Son vaxtlar o 3 il əvvəl ölmüş arvadından məktublar almağa başlayır. Arvadı onu "Silent Hill" adlı dumanlı şəhərciyə gəlməyini istəyir. Lakin Ceyms şəhərə gəldikdə hər şeyin dəyişdiyini anlayır. Qəribə məxluqlar, qatı duman və itmiş insanlar...
Saylent Hil 3
Silent Hill 3 — "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən yayımlanmış 2003-cü il qorxu oyunu. Oyun "Silent Hill 2" kimi böyük uğur qazanmasa da, bir çox gamer tərəfindən müsbət qiymətləndirilmişdir.
Saylent Hil 4
Silent Hill 4: The Room (azərb. Sakit təpə 4: Otaq‎) — 2004-cü ildə Konami tərəfindən hazırlanmış survival horror janrında olan oyun. == Giriş == == Məzmun == Silent Hill The room digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit səmtə köcür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsədə, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şüphələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış bayıra çıxma!

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#hil-oba nədir? #hil-oba sözünün mənası #hil-oba nə deməkdir? #hil-oba sözünün izahı #hil-oba sözünün yazılışı #hil-oba necə yazılır? #hil-oba sözünün düzgün yazılışı #hil-oba leksik mənası #hil-oba sözünün sinonimi #hil-oba sözünün yaxın mənalı sözlər #hil-oba sözünün əks mənası #hil-oba sözünün etimologiyası #hil-oba sözünün orfoqrafiyası #hil-oba rusca #hil-oba inglisça #hil-oba fransızca #hil-oba sözünün istifadəsi #sözlük